Aleksandriyada Azərbaycan Evi...
23.08.2024 [10:40]
Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Vaşinqtonda ABŞ-dakı Azərbaycan icması ilə görüş keçirib. Görüşə paytaxt Vaşinqton və ətraf ştatlardan olan diaspor fəalları qatılıblar. F. Muradov komitənin son illər gördüyü genişmiqyaslı layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrə diqqət çəkib.
Dünyanın 17 ölkəsində...
Bildirilib ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-dakı icma hər zaman azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirib, informasiya müharibəsində fəal iştirak edib, səmərəli fəaliyyət nəticəsində diasporun nüfuzunun artmasına nail olub. F.Muradov dünyanın 17 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini bildirib və növbəti Azərbaycan Evinin ABŞ-da açılacağını diqqətə çatdırıb.
Azərbaycan gənclərinin forumu keçiriləcək
Komitə sədri bildirib ki, ABŞ-da yaşayan Azərbaycan icması ilə mütəmadi olaraq görüşlər olur, planlar müzakirə edilir. F.Muradov avqust ayının sonunda Azərbaycan Amerika Təşkilatı tərəfindən Corctaun Universitetində ABŞ-da yaşayan Azərbaycan gənclərinin forumunun keçiriləcəyini diqqətə çatdırıb: “Bu gün həmin gənclərlə görüşdük, tədbirə hazırlığın gedişatı ilə maraqlandıq. 70-dən çox iştirakçı seçilib və artıq proqram da təsdiq olunub. Ümid edirəm ki, Azərbaycan icması üçün vacib tədbir olacaq”.
F.Muradovun sözlərinə görə, ABŞ-da yaşayan Azərbaycan diasporu sistematik şəkildə fəaliyyət göstərir. “Çox sevindirici haldır ki, diaspor təşkilatlarımız ABŞ-ın bir çox ştatlarında Azərbaycanın müdafiəsi, haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər. Təbii ki, işlər çoxdur, təkmilləşmə hələ də gedir. Əsas odur ki, icmamız Azərbaycanla hər zaman fəxr edir və Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Çalışırlar ki, yaşadıqları ştatlarda Azərbaycanın mövqeyini müdafiə edib, Azərbaycanı təbliğ etsinlər
Daha sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev Azərbaycan diasporunun fəaliyyətini və icmanın daha da güclü olması üçün DİDK-lə əməkdaşlığın səmərəliliyini diqqətə çatdırıb.
ABŞ-da yaşayan tanınmış həkim Şapur Ənsari çıxış edərək güclü Azərbaycanın diasporunun da gücləndiyini, yeni dövrün çağırışlarına hazır olduğunu, Vətən üçün daha çox iş görməyin vacibliyini vurğulayıb. Çıxışlarda həmçinin avqustun 1-dən 7-dək Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin dünya azərbaycanlılarının böyük rəğbəti ilə qarşılandığı qeyd olunub.
Vaşinqtondakı Azərbaycan icması ilə görüşdən sonra ABŞ-da Azərbaycan Evinin açılışı olub. Virciniya ştatının paytaxt Vaşinqtona yaxın yerləşən Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin açılışı mərasimində ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, DİDK əməkdaşları iştirak ediblər.
Əsas məqsəd dilimizin tədris edilməsidir
Açılış lentini komitə sədri F. Muradov kəsib. Daha sonra çıxış edən Azərbaycan Evinin həmtəsisçisi Ayan Əliyeva bildirib ki, Azərbaycan Evinin açılmasının əsas məqsədi ilkin mərhələdə Azərbaycandan gələn, ABŞ-da doğulmuş uşaqlara doğma dilimizin tədris edilməsidir. Onun sözlərinə görə, bu mərkəz Azərbaycan və Türk dünyası üçün mühüm rol oynayacaq.
5 illik ideya
Azərbaycan Evinin digər həmtəsisçisi Sevda Tahirli isə 5 ildir bu ideya üzərində iş apardıqlarını bildirib. O, qeyd edib ki, uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxinin təbliğatı istiqamətində gördükləri işləri artıq Azərbaycan Evi adı altında davam etdirəcəklər. S.Tahirli əsas missiyalarının hər kəsin bir araya gələcəyi, problemlərini həll edəcəyi, güvənəcəyi bir məkan olması olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də səfirliyin azərbaycanlıların bu istiqamətdəki fəaliyyətlərinə dəstəyini ifadə edib.
DİDK sədri F. Muradov isə Azərbaycanın dövlət olaraq bu fəaliyyətləri hər zaman dəstəkləməyə davam edəcəyini bildirib. O, vurğulayıb ki, Azərbaycan evlərinin funksional şəkildə fəaliyyət göstərməsi vacibdir və bu fəaliyyətlər əsasən icmanın istəkləri istiqamətində olmalıdır. Fuad Muradov avqustun əvvəllərində Laçında Diaspor Gənclərinin V Yay Düşərgəsinin keçirdiyini xatırladaraq, gənclərin də bu fəaliyyətlərə qoşulmasının əhəmiyyətini qeyd edib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

