Həqiqət carçısı
04.09.2024 [09:34]
Söz azadlığı demokratiyanın meyarı və ölçüsüdür...
Cəmiyyətdə cərəyan edən proseslər və həqiqətlər barədə mətbuat sayəsində müntəzəm informasiyalar əldə edirik. Kütləvi İnformasiya Vasitələri (KİV) müəyyən hadisələr haqqında məlumat çatdırmaqla yanaşı, həmin hadisələrin də mahiyyətini açıb ortaya qoyur. Bəzi məsələlər təhlil olunur və reallığın nədən ibarət olduğu açıqlanır ki, cəmiyyət üçün bunun da önəmi olduqca böyükdür.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.
Haqq carçıları sözün məhkum olmasına imkan vermədilər
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, KİV-lər hər bir ölkədə ictimai fikri formalaşdıran bir institutdur. Bu baxımdan bəzən “media” adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir.
Professorun sözlərinə görə, KİV-lər həmçinin xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir: “Buna görə də, müstəqil dövlətlər yerli mətbuata xüsusi önəm verir. Azərbaycanın siyasi həyatında sözün azadlığı uğrunda mücadilələr müxtəlif tarixi mərhələlərdən adlayıb keçib. Mətbuat, onun əsas silahı olan söz də, azad düşüncə də həqiqi azadlığa, sözün əsl mənasında yalnız 20-ci əsrin sonlarında qovuşdu. Azərbaycanın, xalqın azadlıq savaşında cəmiyyətin bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə söz fədailəri oldular. Xalqın tarixinin qərinələrindən gələn azadlıq və müstəqillik arzuları sözün qüdrəti ilə mücadilə bayrağına, ən kəskin silaha çevrildi. Dünənə qədər sözü azadlıqdan məhrum edən imperiya qulları ölkədən qovulandan, müstəqilliyin ilk qələbələri, azadlığın ilk müjdələri gələndən sonra hakimiyyət başına keçənlər yenidən sözə həbs cəzası kəsmək istədilər. Haqqın carçıları sözün qüdrətilə azadlıq qazandıqları ölkədə döyüldülər, təhqir olundular, amma sözün məhbəsə, məhkum olmasına imkan vermədilər. Mübarizə dayanmadı, sözün azadlıq savaşı bitmədi”.
Söz azadlığının bərqərar olması davamlı prosesdir
C.Məmmədli qeyd edib ki, azad ölkədə azad sözün qüdrətini və dəyərini bilən söz sahibi xalqın sözünü eşidib, tələbini qəbul edib hakimiyyətə gəldi: “Gəldi ki, Azərbaycanı yenidən boyunduruğa salıb imperiya köləsinə çevirməsinlər. Gəldi ki, müstəqil Azərbaycanda demokratiyanın bərqərar olması üçün sözün azadlığına birdəfəlik hökm versin...
1993-cü ildə hakimiyyətə yenicə qayıtmış Heydər Əliyev yaxşı başa düşürdü ki, totalitar bir quruluşdan yenicə qopub demokratiyaya keçid edən bir ölkədə mətbuat hələ “dördüncü hakimiyyət” rolunu oynamağa hazır deyil. Ona görə də gənc demokratik ölkədə mətbuatı azad bir müstəviyə çıxarmaq əsas vəzifələrdən biri kimi irəli sürüldü.
Zaman göstərdi ki, söz və mətbuat azadlığının bərqərar olması davamlı prosesdir və Prezident İlham Əliyev Heydər Əliyevdən sonra bu təkmilləşdirmə prosesinin estafetini uğurla davam etdirməyə başladı. Ümummilli liderin demokratik dövlətçilik strategiyasının prioritetlərindən biri kimi söz və mətbuat azadlığının, KİV-in inkişafına xüsusi qayğı ilə yanaşan İlham Əliyev bunun bir mühüm məqamının da iqtisadi sferadan keçdiyini bildiyi üçün onun ilk addımlarından biri məhz qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının silinməsi barədə sərəncamı oldu. 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olundu və bir qrup jurnalist bu fəxri ada layiq görüldü və bundan sonra jurnalistlərin təltif olunması ənənəyə çevrildi. Söz və mətbuat azadlığı dedikdə, zənnimcə, ilk növbədə məsuliyyət hissi əsas amil kimi nəzərə alınmalıdır. Çünki söz azadlığı, mətbuat azadlığı o demək deyil ki, hər kəs istədiyini yaza, istədiyi fikri bildirə bilər. Təbii ki, təkcə mətbuat orqanları, KİV nümayəndələri yox, hər birimiz azərbaycanlı olaraq, məsuliyyət hissini unutmamalı və bu hissdən çıxış edərək, hərəkət etməliyik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

