Ərzaq təhlükəsizliyi təmin olunacaq
03.03.2022 [10:11]
Nardar BAYRAMLI
Son illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı prosesində mühüm nəticələr əldə olunur. Aqrar sektor da bölgələrin inkişafında vacib yer tutur. Hazırda aqrar sektorda istehsal imkanlarının artırılması, o cümlədən ölkə üzrə ərzaq təminatının möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində toxumçuluğun inkişafına da böyük diqqət göstərilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, ölkəmizdə kənd təsərrüfatı sahəsində toxumçuluğu inkişaf etdirmək əsas məqsədlərdən biridir. Belə ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Hazırda Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir. Belə ki, Füzuli rayonunda toxum əkilmiş sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb, səpindən sonra aparılacaq aqrotexniki qulluqla bağlı tövsiyələr verilib. Bundan əvvəl isə Şabran, Xaçmaz, Şəki rayonlarında fermer və toxumçularla müxtəlif görüşlər keçirilib, aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib. Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır.
Fermer və təsərrüfat sahiblərinə, həmçinin karbamid gübrəsi haqqında da geniş məlumat verilib. Qeyd olunub ki, karbamid kənd təsərrüfatı bitkilərinə verilən gübrələr içərisində ən yüksək azot tərkibinə malik olan gübrədir. Bu gübrə kənd təsərrüfatında çox əhəmiyyətlidir. Karbamid gübrəsi həm qranullar şəklində, həm də suda həll olunmaqla tətbiq olunduğu üçün bitkilər tərəfindən həm torpaq, həm də yarpaqlar vasitəsilə mənimsənilə bilir. Eyni zamanda, karbamid gübrəsinin satış qiyməti digər azot gübrəsinə nisbətən təxminən 2 dəfə ucuzdur. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.
Onu da qeyd edək ki, taxılçılıq kənd təsərrüfatının əsasını təşkil edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yemdir. Bu baxımdan, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində təsdiq edilən 2-ci strateji hədəflə ərzaqlıq buğda istehsalının əkin sahəsini genişləndirmədən məhsuldarlıq və keyfiyyət göstəriciləri yüksəldilməklə artırılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq aqrar elmin qarşısında duran əsas məsələ vahid əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsidir.
Taxılların becərilmə texnologiyasında göstərilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür. Buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və sair) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə edilməyə və nəzarətə tabe olmur. Azərbaycan şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla, payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmır. Ölkədə mövcud olan belə əlverişli təbii-iqlim şəraiti payızlıq taxıllardan daha yüksək - hər hektardan 70-80 sentner məhsul almağa imkan verir. Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, yaşıl malanın çəkilməsi, alaqlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılması və sair) amillər? yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq mümkündür. Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühitin əlverişsiz amillərinin təsirindən inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə də zəmilərə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır. Bu səbəblərdən Kənd Təsərrüfatı Nazirliyi mütəmadi olaraq fermerlərlə iş aparır və yüksək məhsuldarlıq əldə etmək üçün tövsiyələr verilir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

