Müdrikliyin yaşı yoxdur
10.03.2022 [11:24]
Uşaqların xəyalları bizim gələcəyimizdir!
Müşfiqə BAYRAMLI
Hər bir valideynin əsas məqsədi sağlam, xoşbəxt, özünə güvənən, məsuliyyətli övlad böyütməkdir. Psixoloq Doğan Cüceloğlu deyirdi ki, uşaqlarınızın öz həyatlarını dolu-dolu yaşamalarını istəyirsinizsə, onlara səhv etmələrinə icazə verin. Çünki 7-dən 70-ə hər yaşa xitab edən psixoloq yaxşı bilirdi ki, yaşanmamış yaşamların təməli elə uşaqlıq illərindən qoyulur...
Balaca bədəndə böyük ürək
Yaradıcı fəal gənc nəslin yetişdirilməsi müasir cəmiyyətin əsas vəzifələrindən biridir. Mütəxəssislərin fikrincə, uşaqlarda yaradıcılığı inkişaf etdirməyin ən yaxşı yolu düşünmələrinə imkan verməkdir. Övladlarınızın dünyaya orijinal fikirlər gətirməsini istəyirsinizsə, onlara istəklərini həyata keçirməyinə icazə verməlisiniz. Uşaqların təxəyyülünü və yaradıcılığını inkişaf etdirmək, bədii təcrübəsini zənginləşdirmək və genişləndirmək üçün onları yaradıcılığı təşviq etmək və dəstəkləmək lazımdır.
Uşaqlar müharibəsiz dünya istəyir!
Biz uşaq ikən nağıl qəhrəmanlarına bənzəmək, Aya çıxmaq, ulduzlara daha yaxın olmaq xəyallarını qururduqsa, bugünkü uşaqların ən böyük arzuları virussuz və müharibəsiz bir dünyadır. Dünya uşaqlarının dörddəbiri müharibə zonasında yaşayır. Milyonlarla uşaq müharibənin qurbanına çevrilir.
Uşaqlıq və ilk gənclik illəri məhz müharibə dövrünə təsadüf edən Xalq şairi Məmməd Arazın “Müharibə olmasa” şeiri bu zaman yada düşür. Ustadın da dediyi kimi, Yerlə Mars arasında körpü yaratmağa, Ayı, ulduzu yerə gətirməyə qadir insan bir müharibəyə çözüm gətirə bilmədi?!
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi söz,
Sözü məhəbbət olar
Müharibə olmasa!
Uşağın iradə gücü
Bu gün uşaqların ən böyük problemlərindən biri də güclü iradəyə sahibi olmamasıdır. Vəziyyətdən asılı olmayaraq uşağınıza hər zaman inanmalı, seçimlərinə hörmət etməli və qeyd-şərtsiz sevgi göstərməlisiniz. Güvənildiyini, qərarlarına hörmət edildiyini, sevildiyini bilən uşağın özünə inamı yüksək olacaq. Həm özünə, həm də əhatəsindəki insanlara dəyər verməyi öyrənəcək. Nəticədə istəmədiyi bir həyatı yaşamaq məcburiyyətində qalmayacaq. Uşağınızı öz qəliblərinizə salmazdan öncə onun da bir fərd olduğunu unutmayın. Əks təqdirdə, aranızda bərpası çətin uçurumlar yarana bilər.
Hekayə zamanı!
Uşaqlarınızın xəyal dünyasını daha da zənginləşdirmək üçün onlara hekayələr danışın. Belə olan halda onlar oxşamaq istədikləri qəhrəmanlarını, həm də həyatda öz yerlərini daha asan tapacaqlar. Bunu tərcümə etdiyim hekayənin məzmunu da təsdiqləyir.
Deməli, günlərin bir günü türk yazıçısı Sunay Akına “necəsən” deyə sual verirlər. O da necə olduğunu sənətin qüdrətini nümayiş etdirən hekayəsiylə anlatmağa çalışır.
Hadisə Amerika qitəsindəki ölkələrdən birində cərəyan edir. Burada baş vermiş hərbi çevrilişdən sonra yazıçılar, bəstəkarlar, rəssamlar, müəllimlər, bir sözlə, bütün ziyalılar həbs olunur. Məhbuslara yalnız ildə bir dəfə bir ailə üzvüylə görüşmək, yaxud da telefonla danışmaq imkanı yaradılır.
Dustaq şairlərdən biri 8 yaşlı qızıyla görüşmək istədiyini deyir. Görüş zalında hər kəs intizarla öz doğmasını gözləyir.
Şairin ötən bir ildə görmədiyi qızı atasının üstünə qaçmaq istəyəndə mühafizəçi sərt şəkildə onu saxlayır:
- Əlindəki nədir? Nə şəklidir o elə?
Qız qorxa-qorxa:
- Quş, - deyə cavab verir.
Mühafizəçi içəri keçirilməsi qadağan edilən əşyaların siyahısına nəzər yetirəndən sonra şəkli qızın əlindən alıb cırır:
- İndi atanın yanına gedə bilərsən.
Atasıyla görüşəndə qız ağlamsınmış:
- Ata, sənin üçün şəkil çəkmişdim, amma əlimdən aldılar, - deyir.
Şair beş dəqiqəlik görüşü qızını sakitləşdirməyə, ona təsəlli verməyə həsr edir...
Bir il sonra ata-bala yenidən görüşür. Bu dəfə də qızın əlində rəsm olur. Mühafizəçi qəzəbli səslə yenə qızdan əlindəkinin nə olduğunu soruşur.
Bu dəfə qızın əlindəki ağac şəkliymiş. Mühafizəçi yenə qadağan olunmuş əşyalar siyahısına baxır, amma ağac şəklinin yasaq olunmasıyla bağlı bir təlimata rast gəlmir. Bu dəfə rəsmin əlindən alınmadığını görən qız çəkdiyi şəkli sevincək atasına verir.
- Nə gözəl ağac çəkmisən, - ata deyir, - budaqlarında meyvələri də var. Bunlar nə meyvədir belə?
Qız döyükə-döyükə pıçıldayır:
- Ata, bunlar meyvə deyil, quşdur. Heç kim görməsin deyə ağacın yarpaqları arasında gizlətmişəm...
Hekayəsini bitirən yazıçı nəfəsini dərib deyir:
- Soruşurdunuz ki, necəyəm? Quş rəsminin yasaq olunduğu o məkana sənətin gücüylə yüzlərlə quş keçirən uşaq kimiyəm.
Ağacın budaqları arasında
gizlənən azad və xoşbəxt quşlar
“Uşaqların xəyalları bizim gələcəyimizdir” deyən Sunay Akının ürəklərə sərinlik gətirən bu hekayəsi uşaq təxəyyülünün necə zəngin olduğunu bir daha sübuta yetirir. Demək ki, müdrikliyin yaşı yoxdur. Onun ağacın budaqları arasında gizlətdiyi azad və xoşbəxt quşları var.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

