Mədəni yaddaşımız...
23.12.2023 [12:15]
Tarixi abidələrimiz bərpa edilir
Müxtəlif zamanlarda xalqımıza məxsus olan tarixi-mədəni abidələrə dair faktlar ermənilər tərəfindən saxtalaşdırılıb. Hətta mövcud faktların saxtalaşdırılması ilə bərabər təəssüf ki, mədəni sənət nümunələrimiz tamamilə məhv edilib. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb. Mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda, təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.
Ancaq tarix ədaləti bərpa edir. Bu, hər zaman belə olub, bu gün də belədir. İndi həm Qarabağ, həm də Şərqi Zəngəzur gündən-günə inkişaf edir, öz tarixi əzəmətini geri qaytarır. Ölkə başçısının müvafiq göstərişləri əsasında xalqımızın yurd yerlərimizdə olan milli-mədəni, tarixi abidələri bərpa edilir.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş sərgi açılıb. Dekabrın 15-də açılışı olan “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunub. Qeyd edək ki, sərgi gələn il fevralın 28-dək davam edəcək.
100-ə yaxın eksponatın nümayişi...
Tədbiri açan Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərgi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təşkil olunub. Ş.Məlikova bildirib ki, Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Qızılı Xalçalar” Qalereyasının kolleksiyasından təsviri və dekorativ tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri və s. nümayiş etdirilir. Muzeyin direktoru qeyd edib ki, sərgidə 100-ə yaxın eksponat təqdim olunacaq.
Dövlətçilik tariximizin təbliği...
Sərgidə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova 2023-cü ilin bir çox vacib hadisələrlə yadda qaldığını deyib. O, xalqımızın bu il Heydər Əliyevin 100 illiyini qeyd etdiyini, həmçinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib. S.Yusifova qiqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi “bir gün Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikri reallaşacaq. Nazir müavini bildirib ki, bu sərgi Qərbi Azərbaycan mədəniyyətinin geniş ictimaiyyətə çatdırılması və tarixi yaddaşın yenilənməsində, həmçinin dövlətçilik tariximizin dünyada təbliğ olunmasında mühüm rol oynayır. Qərbi Azərbaycanın qədim mədəniyyət nümunələri ilə zəngin olduğunu qeyd edən S.Yusifova əlavə edib ki, onların bir çoxu vandalizmə məruz qalıb, dağıdılıb, bəziləri isə saxtalaşdırılıb.
Memarlığımızın şah əsəri...
Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş nadir sənət abidələrimiz dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğrayıb. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı da var. Təqdim olunan ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya ilə canlandırılıb. Təqdim olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Ekspozisiyada, həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş olunub.
Sərgidə görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi “Qaçqınlar” silsiləsi təqdim edilib.
Burada Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin dövlətçilik atributlarından olan İrəvan xanlığına aid bayraqların surətləri, vaxtilə İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələri də yer alır. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar sərgidə nümayiş etdirilən eksponatlar sırasına daxildir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

