Bakıda Latviya rəssamlarının sərgisi açılıb
27.11.2015 [10:09]
Noyabrın 26-da Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının “Müxtəlif dənizlər. Bir dünya” adlı sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanda “Latviyanı duyun” devizi altında keçirilən Latviya günləri çərçivəsində təşkil edilib. Sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunur.
Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək bildirib ki, indiyədək Mərkəzdə 30-dək sərgi keçirilib. Latviyanın üç rəssamının 30-dan çox əsərinin yer aldığı budəfəki sərgi ölkənin incəsənətini təqdim etmək baxımından da əhəmiyyət daşıyır. A.Kərimli sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Latviyanın İqtisadiyyat Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə və Latviya Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib.
Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola təmsil etdiyi nazirliyin adından qonaqları salamlayaraq deyib: “Sərginin adından məlum olduğu kimi, “Müxtəlif dənizlər. Bir dünya” mövzusu bir-birindən fərqli olan iki müxtəlif ölkəni, yəni, Baltik dənizi sahilində yerləşən və onun incisi olan Latviyanı və Xəzər dənizi sahilində yerləşən və onun incisi olan Azərbaycanı bir araya gətirəcək. Düşünürəm ki, incəsənət hər bir yerdə onu dərk edən adamlar üçün maraq doğurur. Ümidvaram ki, insanlar bu peyzaj janrında əsərlərə baxanda rahatlıq tapacaqlar. Bilirəm ki, azərbaycanlılar çox dinamik insanlardır. Onlar bu rəsm əsərlərinə baxanda həm rahatlıq, eyni zamanda, bir qədər olsa da həyəcan duyacaqlar”.
Latviyalı nazir sərginin xoş təəssürat yaradacağına ümidvar olduğunu deyib.
Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs sərginin Heydər Əliyev Mərkəzində təşkilindən qürur duyduğunu bildirib. Azərbaycanda üç aydır ki, səfir kimi fəaliyyət göstərdiyini bildirən latviyalı diplomat Mərkəzdə ilk dəfə olmasını və bu ecazkar məkanın onda böyük təəssürat yaratdığını vurğulayaraq deyib: “Gündəlik həyatımızda biz bir çox proseslərin şahidi oluruq. Lakin düşünürəm ki, biz incəsənəti unutmamalıyıq. Bu sərgi azərbaycanlıları Latviya rəssamlarının əsərləri ilə daha yaxından tanış edəcək. Belə sərgilərin sayı çox olacaq”.
Sərgidə əsərləri nümayiş olunan rəssamlardan biri, Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov çıxış edərək diqqətə çatdırıb ki, böyük həcmdə əsərlərin yer aldığı bu sərgi artıq Avropa ölkələrində, ABŞ-da və Honq-Konqda olub. O, sərgidəki əsərlərin azərbaycanlılara xoş təəssürat bağışlayacağına ümidvar olduğunu deyib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Aleksey Naumov tanınmış peyzaj ustası və müasir Latviya plener rəngkarlığının görkəmli nümayəndəsidir. Hazırda o, Latviya Rəssamlıq Akademiyasının rektorudur. Onun 60-dan artıq fərdi sərgisi keçirilib, 40-dan çox birgə sərginin iştirakçısı olub.
Kristaps Zarins Latviya Rəssamlıq Akademiyasının prorektoru və professorudur. Latviya və digər ölkələrdə bir sıra fərdi sərgiləri keçirilib, birgə sərgilərdə iştirak edib. Onun əsərləri Latviya və Rusiyanın müxtəlif muzeylərində, Avropa ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.
Andris Vitolins sənaye rəngkarlığının təmsilçilərindən biri kimi tanınır. Əsasən insan tərəfindən yaradılmış obyektlərin rəsmini çəkir, lakin yaradıcılığında təbiət mənzərələrinə də yer ayırır. İndiyə qədər 10-dan artıq fərdi sərgisi açılıb, 40-dan çox birgə sərginin iştirakçısı olub. Latviya Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının dosentidir.
Latviya rəssamlarının sərgisi 2016-cı il fevralın sonunadək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

