Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri Qırğızıstan səfirliyində olublar

Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri Qırğızıstan səfirliyində olublar

18.01.2017 [10:05]

Millət vəkilləri bu ölkədə baş verən təyyarə qəzası ilə bağlı başsağlığı veriblər
Dünən Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olan millət vəkilləri Qırğızıstanda baş vermiş təyyarə qəzası ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində olublar. Qırğızıstanın ölkəmizdəki səfiri Aycigit Buranovla görüşən Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Musa Quliyev, eləcə də işçi qrupunun üzvləri Məlahət İbrahimqızı, Hikmət Babaoğlu və Nizami Cəfərov Qırğızıstanda baş vermiş təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı veriblər. Millət vəkili Musa Quliyev baş verən hadisədən təəssüfləndiklərini bildirib, həlak olanların yaxınlarına səbir diləyib. Öz növbəsində səfir A.Buranov da Azərbaycan parlamentinin üzvlərinə təşəkkür edib, onların belə ağır gündə həmrəylik nümayiş etdirməsini böyük mənəvi dəstək adlandırıb.
Daha sonra Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Musa Quliyev baş verən faciə ilə bağlı xatirə kitabına ürək sözlərini yazıb.
PƏRVİZ

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30