/ / Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan əsgərinin nəşinin qaytarılması məsələsini diqqətdə saxlayır
Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan əsgərinin nəşinin qaytarılması məsələsini diqqətdə saxlayır
27.01.2017 [10:10]
Yanvarın 26-da Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı (BQXK) ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxunub, Beynəlxalq Qırmızı Xaç Komitəsi işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışıb. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş soydaşlarımızın aqibətini önə çəkib.
2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyindən narahatlığımız xanım E.A.Sesseranın diqqətinə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin müntəzəm pozulduğu, sərhədyanı bölgələrdə yaşayan dinc əhalimizin fiziki-mənəvi təcavüzə uğradığı bildirilib. Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfdə saxlanılaraq qeyri-insani rəftara məruz qaldığı qeyd olunub. Bildirilib ki, yerli və beynəlxalq qurumların çoxsaylı müraciətlərinə, çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan beynəlxalq hüquq normaları, o cümlədən Cenevrə Konvensiyası ilə daban-dabana zidd olan mövqeyini davam etdirərək hələ də Çingiz Qurbanovun nəşini qaytarmayıb.
Milli Məclis sədrinin müavini rəhbərlik etdiyi insan hüquqları komitəsinin bu məsələ ilə bağlı yanvarın 23-də bəyanat yaydığını, beynəlxalq təşkilatları bu istiqamətdə zəruri və təxirəsalınmaz tədbirlər görməyə çağırdığını bildirib. Kəlbəcərli girovların, şəhid əsgərimizin nəşinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsini bütün imkanlarından istifadə etməyə çağırıb.
BQXK Bakı ofisinin rəhbəri Elena Aymone Sessera Çingiz Qurbanovun nəşinin qaytarılması məsələsini diqqətdə saxladıqlarını vurğulayıb. O, qurumun mandatı çərçivəsində yalnız humanitar fəaliyyət göstərdiklərini, siyasi məsələlərə qarışmaq səlahiyyətlərinin olmadığını bildirib. BQXK nümayəndələrinin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə vaxtaşırı baş çəkdiklərini, həmin prosesdə həkimin də iştirak etdiyini söyləyib.
Söhbət zamanı əsir və girovların saxlanılması, döyüş zamanı həlak olanların nəşinin qarşı tərəfə qaytarılması kimi məsələlərin beynəlxalq təcrübədə necə tənzimləndiyi müzakirə olunub. Xanım E.A.Sessera bununla bağlı beynəlxalq hüquqdakı müddəalardan söhbət açıb.
Görüşdə BQXK ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

