İsa Qəmbər və Əli Kərimli siyasi ömürlərini başa vurublar
04.02.2017 [12:03]
Qüdrət Həsənquliyev: Radikallar öz məqsəd və maraqları üçün anti-azərbaycançı mərkəzlərlə əməkdaşlıq edirlər
AXCP və Müsavat Partiyasının xaricdəki ermənipərəst dairələrin, o cümlədən anti-azərbaycançı mərkəzlərin tapşırıq və təlimatları ilə fəaliyyət göstərən “5-ci kolon” funksiyasını yerinə yetirdikləri hər kəsə bəllidir. Bu partiyaların rəhbərləri hər fürsətdə ölkəmizdə ictimai rəyi manipulyasiyaya məruz qoymağa, cəmiyyətdə çaşqınlıq yaratmağa, o cümlədən Azərbaycanda sabitliyi pozmağa yönəlmiş təxribat planlarında yer almağa çalışırlar. Bütün fəaliyyətləri xəyanət və satqınlıq üzərində qurulan Əli Kərimli və İsa Qəmbər kimi “siyasətbazlar” hər zaman Azərbaycan xalqı tərəfindən haqlı narazılıqla qarşılanıb və ölkənin siyasi həyatından faktiki olaraq siliniblər. Bu siyasi dəllalların əməlləri ölkəmizdə fəaliyyət göstərən digər müxalifət partiyalarının rəhbərləri və funksionerləri tərəfindən də ciddi tənqid edilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə də söhbətimiz bu haqdadır.
- Qüdrət müəllim, məlum olduğu kimi, radikal müxalifət düşərgəsində bir sıra şəxslər, o cümlədən Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli həm Azərbaycanın siyasi palitrasında, həm də müxalifət düşərgəsində heç də müsbət obraz kimi xarakterizə olunmurlar. Bu şəxslərin fəaliyyətinə yaxından bələd olan siyasətçi kimi onların belə bir mənfi imic qazanmasını şərtləndirən amillər haqqında nə deyə bilərsiniz?
- Təbii ki, bu şəxslərin belə imic qazanmasının obyektiv səbəbləri var. Belə ki, hər iki şəxs siyasi fəaliyyətlərində daima milli maraqları deyil, şəxsi maraqları üstün tutub. Ona görə də onlar cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmurlar. Elə onların neçə illərdir ki, keçirdikləri mitinqləri xatırlamaq kifayətdir. Belə ki, bu şəxslər müxtəlif vasitələrlə rayonlardan da öz tərəfdarlarını Bakıya gətirsələr də, mitinq iştirakçılarının sayı bir neçə yüz nəfərdən o tərəfə keçmir. Yəni, fakt odur ki, nə İ.Qəmbərin, nə də Ə.Kərimlinin arxasında proseslərə təsir edə biləcək qüvvə yoxdur. Əslində bu da təbiidir. Çünki siyasi fəaliyyətləri, keçmişi ziddiyyətli olan adamların bu günü də belə olmalıdır. Bir sözlə, İsa Qəmbər və Əli Kərimli siyasi ömürlərini başa vurublar.
- Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Azərbaycanın siyasi palitrasında öz siyasi ömrünü çoxdan başa vurmuş şəxslərdən biridir. Belə olan halda, onun yenidən siyasi gündəmə gəlmək üçün uğursuz cəhdlərini necə qiymətləndirirsiniz?
- İsa Qəmbər uzun illər “Müsavat”ın başqanı olub, indi isə həmin partiyanın sıravi üzvüdür. Azərbaycanda demokratik şərait var və hər kəsin sərbəst fikir söyləmək hüququ var. Amma məsələ ondadır ki, kim və hansı fikir söyləyir və bunu söyləməyə mənəvi haqqı varmı? Qeyd etdiyim kimi, İ.Qəmbərin siyasi keçmişi qaranlıqdır və ziddiyyətlidir. Ona görə də belə bir adamın demokratiyadan danışması, insanlara öyüd-nəsihət verməsi sabun köpüyündən başqa bir şey deyil. Əslində, bu adamların fikirlərinə elə də əhəmiyyət vermək lazım deyil. Bəzi mətbuat orqanları bu kimi şəxslərdən yazılar hazırlayırlar, fikirlərini işıqlandırırlar. Əgər həmin mətbuat orqanları olmasa, İ.Qəmbər kimilərinin siyasi mövcudluğu, ümumiyyətlə, hiss olunmaz.
- Həm İsa Qəmbərin, həm də Əli Kərimlinin zərərli fəaliyyətindən elə müxalifət düşərgəsinin özü də kifayət qədər ciddi ziyan görüb. Bu məsələyə münasibətiniz necədir?
- Əlbəttə ki, bu şəxslər müxalifət düşərgəsinə güclü mənəvi-psixoloji zərbələr vurublar. Məhz onların demokratik prinsiplərdən uzaq idarəçiliyinin nəticəsidir ki, bəzi müxalifət partiyaları parçalandı, cəmiyyətdə sosial dayaqlarını tamamilə itirdi.
Əslində, bu gün həmin adamlar indi eyni tədbirlərdə iştirak edir və bununla da guya bir-birilərilə yaxşı münasibətdə olduğu təsəvvürünü yaratmağa cəhd göstərirlər. Amma mən tam səmimi deyirəm ki, bu gün Ə.Kərimlinin İ.Qəmbərə qarşı nifrəti hədsizdir. Ötən dövrdəki fəaliyyət və qarşılıqlı münasibətlər bunu təsdiqləyir. Mən bir faktı xatırlatmaq istəyirəm. Bilirsiniz ki, 2003-cü il prezident seçkilərində Ə.Kərimli öz namizədliyini AMİP sədri Etibar Məmmədovun xeyrinə geri götürdü. Halbuki, 1992-1993-cü illərdə hakimiyyətdə olduğu zaman Ə.Kərimli İ.Qəmbərlə eyni komandada çalışırdı. İ.Qəmbər parlamentin spikeri, Ə.Kərimli isə dövlət katibi idi. AMİP isə hakimiyyətə qarşı əsas müxalifət partiyası idi. 1993-cü ildə Əbülfəz Elçibəy və komandasının hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı sənədi də E.Məmmədovun rəhbərlik etdiyi AMİP hazırlamışdı. Yəni onu demək istəyirəm ki, 2003-cü il prezident seçkilərində Ə.Kərimli vaxtilə eyni komandada çalışdığı adamı deyil, onları hakimiyyətdən uzaqlaşdırmağa çalışmış bir şəxsi müdafiə etdi. Bir sözlə, bu adamların xarakterləri, siyasi fəaliyyətləri bu kimi hadisələrlə “zəngindir”.
Elə götürək radikalların toplaşdığı “Milli şura”nın sədri Cəmil Həsənlini. C.Həsənli Milli Məclisin deputatı olarkən yazdığı kitablarda Prezident İlham Əliyevin Azərbaycanın inkişafında rolunu xüsusi vurğulayırdı. Eləcə də deputatlığı dövründə mərhum dövlət başçısı Heydər Əliyevin doğum və vəfatı günlərində Fəxri xiyabana gedib və Onun məzarı qarşısında baş əyirdi. Amma deputat seçilmədikdən sonra C.Həsənlinin mövqeyi 180 dərəcə dəyişdi.
Bundan başqa, bu şəxslər ötən prezident seçkilərində radikal müxalifətin “vahid namizədi” kimi Rüstəm İbrahimbəyovun müəyyən edilməsi tapşırığını almışdılar. Halbuki, özlərini qərbyönümlü, Avropaya inteqrasiyanın tərəfdarı olan siyasətçilər kimi təqdim edən bu adamlar R.İbrahimbəyovun seçiləcəyi təqdirdə dövlətin xarici siyasəti ilə əlaqədar referendumun keçiriləcəyini bəyan etdilər. Əslində, bunun nə məqsəd daşıdığı cəmiyyətə məlum idi - məqsəd xarici siyasət kursunun istiqamətinin dəyişdirilməsi idi. Yəni burada da şəxsi maraqlar öndə dayanırdı. Bilirsiniz ki, demokratik ruhu olmayan şəxslərin siyasətdə perspektivi yoxdur. Bu şəxslər də fəaliyyətlərində demokratik şüarlara istinad etsələr də, onlarda demokratik ruh yoxdur. Ona görə də radikalların hər hansı perspektivindən söhbət gedə bilməz.
- Qüdrət müəllim, radikal müxalifət düşərgəsi xaricdən aldıqları qrantları, ideoloji tezisləri, ümumilikdə xarici dəstəyi öz fəaliyyətlərinin nəfəsliyi hesab edir. Siz bu fəaliyyətin milli maraqlara qarşı yönəlməsi baxımından bunu necə dəyərləndirirsiniz?
- Azərbaycanın torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunub və biz düşmənlə üz-üzəyik. Xüsusilə erməni diasporu bizim güclü düşmənimizdir. Çünki erməni diasporu dünya ölkələrinin siyasətinə təsir edə bilir. Ona görə də bizim əsas hədəflərimizdən biri erməni diasporuna qarşı, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün güclü mübarizə aparmaqdır və bu istiqamətdə işlər gedir. Həm dövlət, həm konstruktiv müxalifət, həm də cəmiyyətin müxtəlif təmsilçiləri öz fəaliyyətini bu ümummilli məsələ üzərində qurub.
Amma radikallar isə tam əks fəaliyyət göstərirlər. Onlar xaricdən qrant, maliyyə və başqa dəstək almaq üçün, yalnız öz maraqları üçün çalışırlar. Radikallar öz məqsəd və maraqları üçün anti-azərbaycançı mərkəzlərlə əməkdaşlıq edirlər. Ölkəmizdə ən kiçik məsələləri belə siyasiləşdirərək şişirdib dünyaya çatdırmaq istəyən radikal düşərgə Qərb ölkələrində demokratiya və insan haqları ilə əlaqədar olan hadisələrə münasibət bildirmirlər. Çünki Qərbdən maliyyə və digər dəstəyə ümid edirlər.
Təbii ki, Azərbaycan cəmiyyəti bütün bunları görür, dəyərləndirir və radikalları qəbul etmir. Çünki onlar Azərbaycanı Suriyanın vəziyyətinə sala bilərlər. Dünyadakı məlum dairələr və onların yerli əlaltıları Suriya üçün də müxtəlif vədlər verirdilər. Amma əvəzində nələrin baş verdiyi hamımıza məlumdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

