Naqif Həmzəyev: Ölkəmizin gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər
04.02.2017 [12:06]
“Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu modeldir”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər: “Bütün gənclərin hamisi və qayğıkeşi olan Prezident İlham Əliyev çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, gənclər yaradılmış geniş imkanlardan, şəraitdən maksimum faydalansınlar. Müasir gəncliyin innovativ potensialından hərtərəfli istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycan gənclərinin təşkilatlanması əsas vəzifə kimi qarşıya qoyulub. Gənclərimizin bütün sahələrdə fəallığı, uğurları daha da artıb. Möhtərəm Prezidentimizin Azərbaycan gənclərinin I Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclərinin bir qrupu ilə görüşünü xüsusilə vurğulamaq istəyirəm”.
Naqif Həmzəyev deyib ki, dövlət başçısının imzaladığı sərəncamlar, təsdiq etdiyi gənclər haqqında Dövlət proqramları ölkəmizdə gənclərə göstərilən qayğının bariz nümunəsidir: “Azərbaycanın ikinci böyük şəhəri olan Şeyx Nizami yurdunun gəncləri də 2016-cı ili və bu ilin 2 Fevral - Gənclər Gününü həyatlarının zəfərlə, yeniliklərlə, nailiyyətlərlə dolu ən yaddaqalan məqamları olaraq xatırlayacaqlar. 2016-cı ildə Avropanın Gənclər Paytaxtında ilboyu keçirilən unudulmaz görüşlər, gənclər forumları, festivallar, konfranslar, rəsm və foto sərgiləri, fləşmoblar, diskussiyalar, çoxsaylı layihələr sosial şəbəkələrdə gənclərin fəallığına, dünya gəncləri ilə həmrəyliyin, əməkdaşlığın, dostluq münasibətlərinin genişlənməsinə və möhkəmlənməsinə şərait yaradıb. Həmçinin 4 min yaşı olan Şeyx Nizami yurdunun qədim tarixinin, zəngin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin dünyada daha yaxından tanınmasında mühüm rol oynayıb. Qədim Gəncə şəhəri beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirib”.
N.Həmzəyev onu da qeyd edib ki, 2016-cı ildə Avropa Gənclər Paytaxtı olan Gəncədə bu layihə çərçivəsində 250 yerli və beynəlxalq tədbir həyata keçirilib. Həmin tədbirlərdə 50 mindən artıq gənc, o cümlədən yüzlərlə avropalı gənc iştirak edib: “Gənclərimizin dövlət gənclər siyasəti sahəsində qazandığı uğurların və topladığı təcrübələrin nəticəsində bu məsuliyyətli layihəni layiqincə yerinə yetirdik. Yola saldığımız 2016-cı il başqa sahələrdə olduğu kimi, Gəncə idmanında da gənclər üçün uğurlu il olub. 460-dan çox idmançımız 28 respublika, 6 beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 Paralimpiya yarışlarında iştirak edərək 57 qızıl, 43 gümüş, 31 bürünc medal qazanıb, ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər. Hər bir mükafat, fəxri ad, yüksək kürsülərdə Azərbaycan bayrağının dalğalanması, himnimizin səsləndirilməsi Gəncənin idman şöhrətini yüksəklərə qaldırıb. Şəhərimizdə 3 universitet, 3 kollec fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 16700 tələbə təhsil alır. Ümumilikdə, gənclərin sayı 95 mindir. Bu rəqəm şəhər əhalisinin 32 faizini təşkil edir. 6 tələbə-gənclər təşkilatı, 5 gənclər klubu, 9 gənclər ictimai birliyi, 17 idman təşkilatı fəaliyyət göstərir. Təşkilatların hər biri Vətənimizin qüdrətlənməsinə, daha da güclənməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini verir. İl ərzində Gənclər Evi, Avropa Gənclər Paytaxtı İctimai Birliyinin ofisi, Kitab Evi, Gəncə Avropa Gənclər Paytaxtı Parkı və başqa obyektlərin açılması ölkə rəhbərinin Nizami yurduna olan diqqət və qayğısının təzahürüdür”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

