/ / Bahar Muradova: Biz Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri kimi baxırıq
Bahar Muradova: Biz Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri kimi baxırıq
08.02.2017 [09:59]
“Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında hərtərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması baxımından mövcud əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçiddir. Artıq bu istiqamətdə tərəflər arasında danışıqlar başlayır və gələcək münasibətləri özündə əks etdirən sazişdə bu münasibətlərin siyasi, iqtisadi, ticari və humanitar aspektləri nəzərə alınacaq. Azərbaycan Avropa İttifaqı üçün bir çox məsələlərdə həm maraqlı ölkədir, həm də yüksəksəviyyəli tərəfdaşdır. Biz Azərbaycan-Aİ əlaqələrinə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri kimi baxırıq”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, həm enerji, həm ticarət, həm nəqliyyat sahəsində tərəflər arasında əlaqələrin inkişafı üçün gözləntilər böyükdür. Onun sözlərinə görə, Azərbaycan geosiyasi, geostrateji mövqeyi ilə tarixi İpək Yolunun üzərində yerləşməsi və İpək Yolunun dinamik bir şəkildə işlənməsinin təşəbbüskarı, bu yol üzərindəki bir sıra layihələrin təşkilatçısı olan ölkə kimi Aİ üçün çox önəmlidir: “Nəzərə alsaq ki, Azərbaycan tolerant, multikultural dəyərlərə malikdir, eyni zamanda həm Şərq ənənələrini, həm də müasir Avropa dəyərlərini özündə daşıyır, bu baxımdan da, ölkəmiz Aİ üçün maraqlıdır. Bu gün sivilizasiyalararası, dinlərarası münasibətlərin çox ciddi çağırışlarla üz-üzə olduğu bir məqamda Azərbaycanın bütün potensialı ilə Aİ kimi mühüm bir təşkilatla hərtərəfli əlaqələri tənzimləyən saziş üzərində danışıqlara başlaması çox vacib hadisədir. Əlbəttə, bu, Aİ üçün də çox vacibdir. Çünki Aİ-nin bu regionda Azərbaycan kimi prinsipial, ardıcıl və məqsədyönlü bir tərəfdaş rolunda çıxış edən ölkəyə ehtiyacı var. Və bütün bunların fonunda münasibətlərin yeni bir mərhələsi başlayır”.
Vitse-spiker həmçinin qeyd edib ki, Azərbaycanın dəmiryolu nəqliyyatı sahəsində başladığı iş, həm də yükdaşımalar sahəsində olan mövcud problemləri aradan qaldırmaq üçün çox vacibdir. Ölkəmizin Aİ-lə enerji sahəsində mühüm sənəd imzaladığını xatırladan B.Muradovanın fikrincə, danışıqların başlanması enerji sahəsində layihələrin uğurla reallaşması baxımından da önəmlidir.
“Hesab edirəm ki, bu danışıqlar çox yüksək səviyyədə keçəcək. Eyni zamanda, Azərbaycanın Aİ-lə qeyd etdiyim sahələr üzrə əlaqələrinin təkmilləşdirilməsi ilə yanaşı ölkəmizə yönəlik bir sıra planların qarşısının alınması üçün də bu əməkdaşlığın çox böyük töhfələri ola bilər. Bilirsiniz ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadır və erməni diasporunun beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı kampaniya da eyni məqsədə xidmət edir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar həqiqətlərin yayılmasında və erməni diasporunun Azərbaycana yönəlik fəaliyyətinin təsirini azaltmaq üçün də Azərbaycan-Aİ əlaqələri müsbət rol oynaya bilər. Dövlətimizin başçısı ilə görüşündə Aİ Şurasının prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin və status-kvonun dəyişməsinin zəruriliyini vurğulaması bu baxımdan əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan Aİ ilə münasibətlərin bütün aspektlərində çox etibarlı və obyektiv tərəfdaş kimi çıxış edəcək. Ən əsası bizim Aİ-yə daxil olan bir sıra ölkələrlə ikitərəfli strateji əməkdaşlığa əsaslanan münasibətlərimiz var ki, bu da danışıqların bünövrəsi kimi çıxış edə bilər. Bu amilin üzərindən qurulan siyasət nəticəsində həm ayrı-ayrı ölkələrlə, həm də onların birləşdiyi Aİ ilə Azərbaycanın əlaqələri daha yüksək səviyyəyə qalxa bilər. Mən yeni başlanan danışıqların hər iki tərəf üçün faydalı olacağına və uğurla nəticələnəcəyinə inanıram” - deyə B.Muradova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

