Bahar Muradova: Bu kimi hərəkətə yol verənləri Lapşinin taleyinin gözləməsi birmənalıdır
09.02.2017 [09:04]
Milli Məclisin sədr müavini Bahar Muradova Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsini haqqın, ədalətin, hüququn qələbəsi adlandırıb.
Sədr müavini “Modern.az”a açıqlamasında kimliyindən asılı olmayaraq hamının qanun qarşısında cavabdeh olduğunu bildirib: “Lapşinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçılığı dəstəkləyən çıxışlarına görə haqqında cinayət işi açılması və onun ölkəmizə ekstradisiya edilməsi hər şeydən əvvəl beynəlxalq hüququn, haqqın, ədalətin qələbəsidir. Hansı ölkəyə mənsubluğundan və hansı ölkəyə qarşı cinayət törətməsindən asılı olmayaraq, bu, hər kəsə şamil edilməlidir. Son dövrlər dünya düzəni tamamilə pozulub. Beynəlxalq hüquq, onun prinsipləri, ölkələrin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi nəinki şübhə altına alınır, hətta onun pozulması istiqamətində açıq-aşkar fəaliyyətlər göstərilir. Ölkələr, xalqlar, sadə vətəndaşlar bundan zərər çəkirlər”.
Vitse-spiker hazırda dünyanın çox ciddi təhlükələrlə üz-üzə olduğunu qeyd edib: “Qanunsuzluğun hüququ, ədalətsizliyin ədaləti üstələməsi, cinayətlərin artması, cinayətkarların məsuliyyətdən yayınaraq cəzasız gəzməsi o qədər adiləşməkdədir ki, indiki məqamda Lapşinin Azərbaycana ekstradisiya olunması qeyri-adi hadisə effekti doğurub. Hesab edirəm ki, bu, çox normal, təbii, hüquqa söykənən qərardır. Hər kəs bunu belə qəbul etməlidir”.
B.Muradova bu ekstradisiyanın iki ölkə arasında bağlanmış hüquqi sənədlərə əsaslandığını vurğulayıb: “Bu günlərdə belə bir məlumat oxudum ki, Ukrayna vətəndaşına qarşı cinayət törətmiş Azərbaycan vətəndaşı həmin ölkəyə ekstradisiya olunub. Bu, ölkələr arasında imzalanan sənədlərə əsasən həyata keçirilir. Ona görə də bu kimi hallar birinin digərinə qarşı simpatiyası kimi qiymətləndirilməməlidir. Hesab edirəm ki, Belarus hüquq-mühafizə orqanları çox obyektiv bir qərar qəbul ediblər. Əminəm ki, qərar indiyə qədər bu kimi hərəkətlərə yol vermiş və yol vermək niyyətində olanları həmin addımı atmazdan əvvəl düşünməyə vadar edəcək. Ekstradisiya, eyni zamanda, dünya üzrə bu kimi hərəkətlərə qarşı uyğun mövqeni sərgiləməyə çağırış, mesaj olaraq qəbul edilməlidir. Çünki ola bilməz ki, bir ölkədə cinayət törədib digərində gizlənəsən, eyni zamanda, başqa bir ölkənin vətəndaşlığını əlində qalxan edəsən və beynəlxalq hüququ da ayaqlar altına atasan. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının, Azərbaycan hüquq-mühafizə orqanlarının uğuru, cənab Prezident İlham Əliyevin müstəqil siyasi iradəsinin və Dağlıq Qarabağa yönəlmiş hüquqazidd hərəkət edənlərə qarşı göstərdiyi birmənalı mövqeyin nəticəsidir. Ona görə də bu kimi hərəkətə yol verənləri Lapşinin taleyinin gözləməsi birmənalıdır”.
Bahar Muradova bu ekstradisiyadan sonra Ermənistan tərəfinin narahatlığının başadüşülən olduğunu deyib: “Ermənistan nəinki təcavüzkar siyasət yeridir, eyni zamanda, Azərbaycan torpaqlarını işğal altında saxlayır, insanları yerindən-yurdundan didərgin salıb, onların ən fundamental hüquqlarını pozub, humanitar fəlakətə düçar edib. Üstəlik də qeyri-qanuni zəbt etdikləri ərazilərin tanıdılması istiqamətində beynəlxalq aləmdə çox fəal şəkildə iş aparmaqdadırlar. Ermənilər indiyə qədər göstərdikləri fəaliyyətin təkcə Lapşinin Azərbaycana ekstradisiya edilməsi ilə bir anda göyə sovrulduğunun fərqindədirlər. Narahatlıqları anlaşılandır və narahat olmalıdırlar da”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

