Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bayram Səfərov: Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bu addımı böyük razılıqla qarşılayır

Bayram Səfərov: Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bu addımı böyük razılıqla qarşılayır

10.02.2017 [10:13]

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən və işğalı dəstəkləyən mövqe ilə çıxış edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi mühüm hadisədir”. Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı Prezidentimizin qəti mövqeyi bütün cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bu addımı böyük razılıqla qarşılayır.
“Ərazilərimizə qanunsuz səfər edənlər bilməlidirlər ki, onları da bu aqibət gözləyir. Ona görə də Azərbaycanın qanunlarına əməl etməlidirlər. Ermənistanın işğalçılıq siyasətini müdafiə etmək bu cinayətə şərik olmaqdır. Bu səbəbdən də heç kim işğala dəstək verməməli, əksinə, işğalçılıq siyasətini pisləməlidir”, - deyə B.Səfərov vurğulayıb.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30