Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: Olland açıqlaması ilə prezidentliyi dövründə Qarabağ probleminin həllinə qeyri-obyektiv yanaşdığını etiraf etmiş oldu

Hikmət Babaoğlu: Olland açıqlaması ilə prezidentliyi dövründə Qarabağ probleminin həllinə qeyri-obyektiv yanaşdığını etiraf etmiş oldu

15.02.2017 [10:09]

“Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyan, beynəlxalq hüququn yaradılması prosesində iştirak edən, üstəlik ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan bir ölkə kimi dəqiq bilir ki, Dağlıq Qarabağ ermənilərindən söhbət gedərkən onlar haqqında beynəlxalq hüquqda olan öz müqəddəratını təyinetmə hüququndan danışmaq olmaz. Ona görə ki bu hüquq dövləti olmayan xalqlara aiddir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, ermənilər isə artıq bir dəfə Azərbaycan ərazisində öz dövlətlərini yaradıblar: “Əgər Fransua Olland bunu az hesab edirsə, qoy Fransada yaşayan ermənilərə öz müqəddəratlarını təyinetmə hüququ çərçivəsində torpaq versin və ermənilər orada öz dövlətlərini qursunlar. Əgər Dağlıq Qarabağda cəmisi 30-40 min erməni varsa, Fransada 500 mindən çox erməni var. Deməli, daha ağlabatan olar ki, elə yarım milyondan çox erməni dövlət qursun, nəinki 30-40 min erməni. Ancaq məsələ ondadır ki, belə açıqlamaların nə qədər qeyri-ciddi olduğunu, beynəlxalq hüquqa zidd olduğunu, siyasi əxlaq baxımdan doğru olmadığını F.Olland özü də yaxşı bilir. Üstəlik Azərbaycanın öz ərazi bütövlüyünü gec-tez bərpa edəcəyini də çox yaxşı dərk edir. Çünki həmsədr ölkənin prezidenti kimi problem və onun ətrafında formalaşan güc proporsiyasından da xəbərdardır. Azərbaycanın hərbi gücü haqqında da kifayət qədər məlumatlıdır.
Əslində, Olland bu açıqlaması ilə həm də prezidentliyi dövründə problemin həllinə qeyri-obyektiv yanaşdığını etiraf etmiş olur. Belə etiraflar isə dostumuzu və düşmənimizi daha yaxşı tanımaqda bizə kömək edir. Onsuz da Azərbaycan öz torpaqlarını Ali Baş Komandanımızın rəhbərliyi ilə azad edəcək və bu proses artıq başlayıb”.

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30