/ / Sahibə Qafarova: Mehriban xanım Əliyeva uğurlu fəaliyyəti ilə xalqımızın böyük təqdirini və etimadını qazanıb
Sahibə Qafarova: Mehriban xanım Əliyeva uğurlu fəaliyyəti ilə xalqımızın böyük təqdirini və etimadını qazanıb
22.02.2017 [10:03]
“Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalanması çox əlamətdar və tarixi hadisədir”. Bunu Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, bu, bir çox cəhətdən əlamətdir. “Əvvəla, Azərbaycanın Birinci vitse-prezidentinin təyin edilməsi dövlətçilik tariximizdə yenilikdir, bir ilkdir. Buna qədər ölkəmizdə faktiki olaraq belə bir idarəetmə institutu olmayıb. İkincisi, bununla Azərbaycanın idarəçilik sistemində tamamilə yeni bir mərhələnin əsası qoyuldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu yeni bir mərhələyə qədəm qoydu. Bu vəzifəyə məhz Mehriban xanım Əliyevanın təyin olunmasının özü isə ayrılıqda tarixi bir hadisədir. Hesab edirəm ki, dövlətimizin başçısının bu addımı xalqın gözləntilərinə cavab verir, ictimai rəyi dolğun əks etdirir”.
Sahibə Qafarova deyib ki, Mehriban xanım Əliyeva bu ali vəzifəyə layiq olduğunu və gələcəkdə də bu məsuliyyətli vəzifəni yüksək bacarıqla icra edə biləcəyini bu günə qədər gördüyü işlərlə sübuta yetirib. “Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən haqlı olaraq Mehriban xanım Əliyevanı çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insan kimi xarakterizə etdi. Mehriban xanım Əliyeva həm ölkəmizin birinci xanımı, həm Heydər Əliyev Fondunun prezidenti, həm də millət vəkili kimi uğurlu fəaliyyəti ilə xalqımızın böyük təqdirini və etimadını qazanıb. Mehriban xanım Əliyeva daim insanlarla ünsiyyətdə olub, onları düşündürən, narahat edən məsələlərin həlli ilə bağlı müxtəlif tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edib. O, xalqımızın və dövlətimizin maraqlarının beynəlxalq miqyasda qorunması, mədəniyyətimizin, tarixi dəyərlərimizin təbliği istiqamətində mühüm işlər görüb. Həmçinin, onun rəhbərliyi ilə bir çox beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsi, “Eurovision”, İlk Avropa Oyunlarının paytaxtımızda ən yüksək standartlara uyğun baş tutmasının Azərbaycanın dünyadakı nüfuzunun artmasına önəmli töfhələr verməsi bir daha Mehriban xanımın təşkilatçılıq bacarığının təsdiqi idi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan Amnistiya aktları minlərlə insana, yüzlərlə ailəyə sevinc bəxş edib. O, ölkəmizdə səhiyyə, təhsil sahələrində mühüm layihələrin təşəbbüskarı kimi də uğurlu fəaliyyətini davam etdirib. Bütün bunlar isə bir daha Prezidentimiz İlham Əliyevin nə qədər düzgün bir qərar verdiyini sübuta yetirir”, - deyə Sahibə Qafarova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

