KTMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir
25.07.2009 [11:04]
ötən həftə MDB ölkələrinin bir sıra kütləvi informasiya vasitələrində özünü “qırğız eksperti” kimi qələmə verən anonim mənbəyə istinadla dərc edilmiş məqalədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan münaqişə zonasında sülhyaratma əməliyyatında iştirak etməyə hazır olduğu bildirilmişdi. Bir neçə gün sonra, iyulun 17-də isə KTMT-nin mətbuat xidməti bu məsələ ilə əlaqədar bəyanat yaydı. Bəyanatda bildirilir ki, Azərbaycan KTMT-də təmsil olunmadığından, bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində bilavasitə iştirak etməsi gözlənilmir: “... Azərbaycan KTMT-yə üzv ölkələr sırasında yer almadığından, biz Bakının razılığı olmadan öz hərbi hissələrimizi onun ərazisinə daxil edə bilmərik”.
Bəyanatda o da vurğulanır ki, KTMT Azərbaycanın istəyi və razılığı olmadan onun ərazisində sülhyaratma missiyası funksiyasını öz üzərinə götürməyəcək və bu qurum Dağlıq Qarabağ məsələsi ilə məşğul olmur.
Göründüyü kimi, bəyanatda Dağlıq Qarabağ və onun ətraf rayonları konkret olaraq Azərbaycanın tərkib hissəsi kimi göstərilir. Bununla da münaqişənin həlli ətrafında Azərbaycanın suveren hüquqları əsas prinsip kimi götürülür. Bu isə o deməkdir ki, Azərbaycanın tutduğu rasional mövqe və sərgilədiyi praqmatik xarici siyasət kursu nəticəsində ölkəmizin ərazi bütövlüyünü tanıyan və dəstəkləyən təşkilatlar sırasına KTMT də qoşulub. Uzun müddət KTMT-nin Dağlıq Qarabağ münaqişəsi ətrafında tutduğu mövqe anlaşılmaz - sürüşkən müstəvidə cərəyan etsə də, hazırda bu qurum Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması prinsipini dəstəkləməkdədir. Belə ki, təşkilatın üzv dövlətləri Rusiya, Qazaxıstan, Qırğızıstan, özbəkistan, Tacikistan və Belarusla Azərbaycan arasında müxtəlif istiqamətli qarşılıqlı faydalı münasibətlər mövcuddur və əlaqələr inkişaf müstəvisindədir. Bununla yanaşı, həmin ölkələr tərəfindən dəfələrlə səsləndirilən bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsinin vacibliyi vurğulanıb.
Digər tərəfdən, KTMT-nin aparıcı dövləti Rusiya ilə Azərbaycan arasında münasibətlər daim yüksələn xətlə inkişaf etməkdə və qarşılıqlı tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətləri mövcud olmaqdadır. Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də yüksək fəallıq nümayiş etdirməkdə və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləməkdədir. Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşün ikisinə Rusiyanın ev sahibliyi etməsi və Moskvanın təşəbbüsü ilə tərəflər arasında atəşkəs elan edilməsindən bu yana ilk dəfə siyasi bəyannamə - “mayndorf bəyannaməsi”nin imzalanması buna təcrübi faktdır. Eyni zamanda təşkilat üzvlərinin münaqişə ətrafında tutduğu mövqedən bəlli olur ki, Ermənistan KTMT-nin üzvü olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqeyə və sərgilədiyi fəaliyyətə görə təşkilat üzvləri tərəfindən dəstəklənmir.
Dolayısıyla, Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi ətrafında sərgilədiyi qəti mövqeyinə paralel olaraq KTMT də daxil olmaqla regional və qlobal aktorların, demək olar ki, hamısı tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmaqda və dəstəklənməkdədir.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43

