AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
18.09.2019 [09:09]
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Tazpit agentliyi arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən tərəflər gündəlik xəbər mübadiləsinə başlayıblar.
İsrail agentliyi son günlər öz saytında AZƏRTAC-ın təqdim etdiyi bir neçə materialı yerləşdirib. Bu materialların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr barədədir. Digər informasiyada isə israilli oxuculara Azərbaycanın son illər neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, “Əsrin müqaviləsi”nin 25 illik nəticələri haqqında məlumat çatdırılır.
Oktyabrda Bakıda ilk dəfə dünyanın ən böyük hackathonu - “NASA Space Apps Challenge” keçiriləcək. İki gün davam edəcək müsabiqədə iştirakçılar öz təcrübə və biliklərini bölüşməklə yanaşı, innovativ məhsul yaratmaq imkanı qazanacaqlar. Tazpit öz saytında AZƏRTAC-ın bununla bağlı informasiyasını da təqdim edib.
AZƏRTAC da öz növbəsində, israilli həmkarlarının təqdim etdikləri materiallara saytında yer ayırıb. “İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir” sərlövhəli məqalə ölkələrimiz arasında 1992-ci ildə əsası qoyulmuş və daim genişlənən strateji əməkdaşlıq əlaqələrindən bəhs edir. Ticarət dövriyyəsinə, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf göstəricilərinə diqqət çəkən müəllif, həmçinin Azərbaycanda yəhudilərə bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə edir. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş Naziri Benyamin Netanyahunun ölkələrimizin strateji əməkdaşlığının əhəmiyyəti, xalqlarımızın tarixi dostluğu barədə fikirlərinə geniş yer ayrılıb.
Agentliyin digər informasiyası ölkə həyatında çox mühüm hadisə - İsrail parlamentinə təkrar seçkilər haqqındadır. Seçkilərin yekunlarına əsasən, Knessetin tərkibi müəyyənləşəcək, eyni zamanda, hökumət koalisiyası formalaşdırılacaq və Baş Nazir təyin olunacaq.
İsrailli həmkarlarımızın təqdim etdikləri daha bir xəbərdə isə bu ölkə yanğınsödürənlərinin Amazonda meşə yanğınlarının söndürülməsində Braziliyaya köməyi barədə məlumat verilir.
Xatırladaq ki, sentyabrın əvvəlində AZƏRTAC və Tazpit arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Agentliklərin rəhbərləri Aslan Aslanov və Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsini, kadr hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

