/ / Tahir Mirkişili: ATƏT Parlament Assambleyasını Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq
Tahir Mirkişili: ATƏT Parlament Assambleyasını Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq
08.10.2019 [09:55]
Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili ATƏT Parlament Assambleyasının “Avropa-Aralıq dənizi regionunda təhlükəsizliyin təmin olunmasında ATƏT və onun partnyorlarının rolu” mövzusuna həsr olunan payız sessiyasında Daimi Komitənin iclasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Tahir Mirkişili çıxışında regional, beynəlxalq təhlükəsizlik və sabitlik mövzusunun çox önəmli məsələ olduğunu bildirib. Qeyd edib ki, bu mövzu həm də humanitar cəhətdən prioritetdir. Belə ki, təkcə Aralıq dənizi regionunda ilin əvvəlindən bu günə minlərlə insan həyatını itirib.
O deyib: “Münaqişələrdən danışarkən, əvvəlcə biz ATƏT regionunda olan münaqişələrin həlli üçün daha qətiyyətli mövqe ortaya qoymalıyıq. ATƏT regionunda həll olunmayan münaqişələr digər regionlarda da yeni münaqişələrin yaranmasına səbəb olur. Bildiyiniz kimi, Ermənistan uzun illərdir Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olur. Ermənistanın aqressiv siyasətini davam etdirməsi və hərbi işğala əsaslanan mövcud status-kvonun saxlanılması üçün atdığı addımlar, bu yaxınlarda bu ölkənin rəhbərinin anneksiya ilə bağlı verdiyi bəyanat da daxil olmaqla, - baxmayaraq ki, bu bəyanat daxili auditoriyaya yönəlmişdi, - regionda situasiyanın gərginləşməsinə səbəb olub. Bir neçə həftə öncə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistanın bir hissəsi elan edib. Bir neçə gün öncə isə Ermənistan əsgərlərinin açdığı atəş nəticəsində Azərbaycan-Ermənistan sərhədində daha bir mülki şəxs öldürülüb. Rusiya Xarici İşlər Nazirliyi və ABŞ səfirliyi gərginləşən bu situasiyadan narahatlıqlarını bildiriblər. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi, sülh yolu ilə həllinə xidmət etmir. Əksinə, münaqişənin həlli üzrə son danışıqların mahiyyətinə ziddiyyət təşkil etməklə, danışıqlar prosesinin pozulmasına yönəlib. Belə bir situasiyada biz ATƏT Parlament Assambleyasını susmamağa, sahib olduğu imkanlardan istifadə etməklə Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq”.
Tahir Mirkişili, həmçinin qeyd edib ki, müasir dünyada insanlar öz valideynlərinin qəbirlərini ziyarət etmək istəklərinə görə həbsxanalarda yatmamalıdırlar. “Hazırda erməni tərəfinin həbsxanalarında belə azərbaycanlı girovlar var. Hələ 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif etmişdi. Amma bu günə qədər erməni tərəfindən müsbət cavab verilməyib. Mən Ermənistan nümayəndə heyətinin də burada iştirakından istifadə edərək, onları öz hökumətləri ilə birlikdə bu humanitar aktı reallaşdırmağa və insanları evlərinə qaytarmağa səsləyirəm”, - deyə Milli Məclisin deputatı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

