/ / Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunan seminarlara başlayıb
Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunan seminarlara başlayıb
25.10.2019 [09:55]
Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.
AZƏRTAC xəbər verir ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-nın maarifləndirmə proqramı çərçivəsində oktyabrın 24-dən növbəti layihəyə start verilib. Bakı şəhərində Hyatt Regency hotelində keçirilən tədbir bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunub.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayan seminarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin tanışlıq məqsədilə hər bir iştirakçıya MSK-nın bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş kitabçası təqdim edilib.
Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən bu tədbir dairə seçki komissiyalarının məlumatının artırılması və bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan seminar iki gün davam edəcək və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarını əhatə edəcək. Tədbirlərdə seçki keçirilən dairələrin hər birindən iki təmsilçi - sədr və bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində yaradılan işçi qrupunun rəhbərləri olmaqla, ümumilikdə 250-yə yaxın aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

