Avropanın geosiyasi taleyi necə olacaq?
09.02.2022 [10:34]
“Qoca qitə”nin təhlükəsizliyi risk altındadır?
Nardar BAYRAMLI
Dünyada baş verən geosiyasi proseslər Avropa üçün müəyyən problemlər yaradır. Bu səbəbdəndir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel bildirib ki, Avropada təhlükəsizlik soyuq müharibə dövründən bəri ən çətin vəziyyətdədir. “Biz Ukrayna-Rusiya sərhədində gərginliyin artmasından dərin narahatlıq keçiririk. Fikrimcə, biz soyuq müharibə dövründən sonra ən təhlükəli dövrü yaşayırıq. Eyni zamanda, hesab edirik ki, diplomatiya üçün hələ də şans var”, - deyə J.Borrel ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib.
J.Borrelin bu fikri Avropa məkanında və dünya miqyasında təhlükəsizliklə bağlı hansı reallıqları ifadə edir? Dünya yeni qütbləşməyə doğru gedir? Bəs “yeni soyuq müharibə” Avropanın geosiyasi taleyi üçün nə vəd edir?
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı qəzetimizə açıqlamasında bildirib ki, ABŞ-NATO və Rusiya arasındakı qarşıdurma beynəlxalq ekspertlər tərəfindən də haqlı olaraq “yeni soyuq müharibə” adlandırılır. Onun sözlərinə görə, Qərb mediası və rəsmiləri Rusiyanın nə qədər Ukraynaya hücum edəcəyini bildirsə də, Moskvanın buna gedəcəyi ehtimalı azdır: “Burada əsas məsələ Moskvanın Ukrayna sərhədinə bu qədər qoşunu niyə yığması, Vaşinqtonun “Rusiyanın Ukraynanı işğal etməsi”ndən niyə bu qədər danışmasıdır. Rusiya da anlayır ki, təqdim etdiyi təhlükəsizlik müqaviləsi qəbul olunmayacaq, ABŞ da qarşı tərəfdən istəyinin yerinə yetirilməyəcəyini bilir. Buna rəğmən, hər iki tərəf gərginliyin yüksəldilməsində maraqlı görünür. Fikrimcə, Ukrayna “yeni soyuq müharibə”də tərəflərin üz-üzə gəldiyi cəbhə rolunu oynayır və hər iki tərəf bu məsələdən istifadə edərək öz cəbhəsini qurmağa çalışır. Bayden Administrasiyası ilk gündən Ukrayna məsələsindən əvvəlki cəbhəni qurmaq üçün istifadə edir. Bu məqsədlə Rusiya təhlükəsi qabardılır, Avropanın bu təhlükəyə qarşı birləşməsinə çalışırlar. Baydenin hakimiyyətə gəlişindən dərhal sonra Avropa turnesinə çıxması, Şərqi Avropada NATO-nun fəaliyyətlərinin genişləndirilməsi və s. buna hesablanmışdı. Əslində, hər iki tərəfin öz maraqları olduğu kimi, ortaq görünən maraqları da var. Çünki ABŞ qarşısında ikinci qütb ola biləcək ölkə güc baxımından Rusiya yox, Çindir. Çinin son illər bütün istiqamətlərdə güclənməsi də bunu göstərir və təsadüfi deyil ki, Vaşinqton da əsas rəqib kimi Pekini görür. Baş verənlərə bu kontekstdə də baxa bilərik. Çünki ABŞ üçün dünyanı güclənən Çinlə nüfuz dairəsinə bölməkdənsə, daha zəif hesab etdiyi Rusiya ilə bölməsi daha sərfəlidir. Rusiya da yeni dünya nizamında ikinci qütb kimi qəbul edilməsini istəyir. Şərqi Avropadan başlanan “yeni soyuq müharibə”nin yekun hədəfinin bu olduğunu düşünürəm. Burada risk altında qalan Avropadır”.
Həmsöhbətimiz qeyd edib ki, ABŞ Avropanı öz cəbhəsinə çəkmək üçün Rusiya təhlükəsini böyüdür, Moskva da ABŞ-la mübarizədə Avropadan istifadə etmək üçün qaz rıçaqlarını işə salır: “Borrelin bu açıqlaması təsadüfi deyil, çünki istənilən qarşıdurma, yaxud hazırki vəziyyət Avropanın təhlükəsizliyini risk altına atır. Birincisi, enerji təhlükəsizliyinə problemlər yaranır. Son günlər alternativ tədarükün artırılmasına çalışırlar, lakin qaz tədarükü adətən bir il öncədən edildiyi üçün bu qış istəklərinə nail olacaqları çətin görünür. İkincisi, faktiki ABŞ və Rusiya, yəni iki cəbhə arasında qalıblar və bu, Avropanın geosiyasi proseslərdə qəbul edilən güc mərkəzi rolunu zəiflədir. Üçüncüsü, dünyanın yeni nüfuz bölgüsündə Avropanın kənarda qalmaq təhlükəsi getdikcə artır. Fransa prezidentinin Rusiyaya səfəri, eyni gündə Almaniya kanslerinin ABŞ-a getməsi göstərir ki, Avropa baş verənlərdə öz maraqlarının da nəzərə alınmasına çalışır. Lakin proseslər göstərir ki, hər iki tərəf - ABŞ və Rusiya Avropanı üçüncü tərəf kimi yox, öz yanlarında görmək istəyirlər və bu, Brüssel üçün vəziyyəti bir qədər də qəlizləşdirir. Bu baxımdan, Borrel haqlıdır, Avropanın təhlükəsizliyi təhdid altındadır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

