UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir
16.10.2024 [15:21]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov “TEKNOFEST 2024”ün qalibi olan Rəqəmsal iqtisadiyyat fakültəsinin kompüter elmləri ixtisasının II kurs tələbəsi Aşurbəy Məmmədzadə ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Aşurbəy Məmmədzadə qalib olduğu layihə və qələbəyə aparan yol barədə təəssüratlarını rektorla bölüşüb. O bildirib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEXNOFEST”də bu il 788 min 161 komanda və 1 milyon 630 min iştirakçı ilə rekord say qeydə alınıb. Türkiyənin Boğaziçi, İstanbul Texniki və digər aparıcı universitetlərinin qatıldığı yarışda onun rəhbəri olduğu “Versetech” komandası “PsychoAI” layihəsi ilə “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyasında 76.88 xal toplayaraq, 80 min TL qazanıb.
A.Məmmədzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Baykar” şirkətinin İdarə Heyətinin rəhbəri Selcuk Bayraktarın, eləcə də ölkəmizin dövlət qurumlarının rəhbərlərinin onların stendinə yaxınlaşaraq layihə ilə maraqlandıqlarını bildirib. Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində isə Türkiyə Prezidenti tərəfindən medal və kubokla təltif edildiyini deyib.
Rektor UNEC-in hər zaman tələbələrinin uğurları ilə qürur duyduğunu, onlara bu istiqamətdə universitet tərəfindən daim dəstək göstəriləcəyini bildirib. UNEC tələbələrinin startaplara cəlb olunmasının əhəmiyyətindən söz açan rektor universitetdə İsrail təcrübəsi əsasında İnnovativ Biznes İnkubatorun, eləcə də Rəqəmsal iqtisadiyyat fakültəsi nəzdində tələbə klublarının fəaliyyət göstərdiyini deyib.
Görüş zamanı UNEC-də startap hərəkatının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

