Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaponiyalı alim Multikulturalizm Mərkəzində konfransda iştirak edib

Yaponiyalı alim Multikulturalizm Mərkəzində konfransda iştirak edib

06.11.2015 [10:06]

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın məşhur Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. Konfransa Vaseda Universitetinin və ADA Universitetinin tələbələri də qatılıblar.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara BBMM-in yaranması və fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə tarixən formalaşan tolerant mühitinin, burada yaşayan müxtəlif dini konfessiyaların və milli etnik qrupların əsrlər boyu dostluq, sülh şəraitində birgə yaşamasının məntiqi nəticəsi olub. Məhz bu səbəbdən Bakıda belə bir mərkəzin yaranması dünyada heç kəsi təəccübləndirməyib. Hazirda multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bu siyasət uğurla davam etdirilir.
Vaseda Universitetinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli şəkildə təhlil edib. O, Yaponiyada Azərbaycandakı kimi müxtəlif milli etnik qrupların yaşamadığını söyləyib. Professor vurğulayıb ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir. Bu ölkədə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq.
Mərkəzin analitika və informasiya şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında məlumat verib. Bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır. Azərbaycanlıların etnogenezində türk əksəriyyətli olanlarla bərabər bir sıra başqa etnoslar da iştirak ediblər ki, bu, tarixən gəlişmiş azərbaycanlı kimliyini fərqli mədəniyyətlərə açıq saxlayan amillərdən biridir. Cəsarətlə demək olar ki, azərbaycanlı kimliyinin özü multikultural bir mahiyyətdədir. Bu kimliyin müsbət nəticələr verməsində Azərbaycan multikulturalizminin siyasi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları da kifayət qədər böyük rol oynayıb.
Vurğulanıb ki, IX əsrədək Azərbaycan şairləri üç dildə - Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradıblar. Şərqdə Avropa üslublu dramaturgiyanın əsasını qoyan və Qərb ədəbi dairələrində hələ öz sağlığında ikən “Şərqin Molyeri” adlandırılan Mirzə Fətəli Axundzadə komediyalarını Azərbaycan dilində yazıb, rus şairi Puşkinin ölümünə həsr etdiyi poemasını farsca qələmə alıb və poemanı da özü rus dilinə tərcümə edib. Bu nümunələrdə tərbiyə alan azərbaycanlıların multikulturalizmi, əlbəttə, nümunəvi bir model yaratmalı idi. Hazırda bu modelə maraq artmaqdadır və Azərbaycan multikulturalizmi dünyadakı multikulturalizm modelləri arasında diqqət çəkir.
Mərkəzin təşkilat şöbəsinin müdiri Hikmət Babayev qurumun həyata keçirdiyi layihələrdən danışarkən deyib ki, fəaliyyətimizdə əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir. Biz bunu təkcə xarici ölkələrdə deyil, eyni zamanda, öz ölkəmizdə də həyata keçiririk. Qarşılıqlı anlaşmanın və birgəyaşayış normalarının çox zəif olduğu dünyamız münaqişələrdən yaxa qurtara bilmir. Bu baxımdan Azərbaycanda mövcud olan tolerant mühit öyrənilir. Biz tolerantlığı və multikultural dəyərləri bütün dünyada təbliğ etməyə çalışırıq və tezliklə bu geniş bir hərəkata çevriləcək. Yaponiyalı tələbələri bu zəruri və əvəzolunmaz dəyərləri öyrənib təbliğ etməkdə bizimlə bir sırada durmağa çağırırıq.
Konfransda Vaseda və ADA universitetlərinin tələbələri arasında fikir mübadiləsi aparılıb və “Tolerantlıq diyarı Azərbaycan” sənədli filmi nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30