/ / YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın Sumqayıt şəhər təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşüb
YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın Sumqayıt şəhər təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşüb
29.06.2013 [10:00]
Əli Əhmədov: YAP-ın V Qurultayının Prezident İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi ilə bağlı çıxardığı qərar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın Sumqayıt şəhər təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, artıq bir müddətdir ki, partiyamızın yerli strukturları ilə görüşlər keçirilir. Partiya fəalları ilə qarşıdan gələn prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar fikir mübadilələrinin aparıldığını və müvafiq tövsiyələrin verildiyini bildirən Əli Əhmədov növbəti belə bir görüşün Sumqayıt şəhər təşkilatının fəalları ilə keçirildiyini söyləyib: “Hesab edirəm ki, YAP-ın hər bir üzvü üçün partiyanın V Qurultayında Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi böyük sevinc və iftixar hissidir. Eyni zamanda, YAP-ın V Qurultayının Prezident İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi ilə bağlı çıxardığı qərar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir. Əslində, YAP-ın Qurultayının keçirilməsindən əvvəl də ölkəmizdə növbəti prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə ictimai ovqatın başlıca tərkib hissəsi və başlıca vacibliyi kimi qəbul olunurdu. Azərbaycan vətəndaşları 2003-cü ildə də ölkəmizdə keçirilən Prezident seçkilərində yalnız İlham Əliyevin namizədliyinin irəli sürülməsini dəstəkləyirdilər. Hesab edirəm ki, belə bir qənaətin formalaşması da çox ciddi əsaslara söykənir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin böyük uğurları belə bir qənaətin formalaşmasının həlledici əsasını təşkil edir”.
YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, 10 ilə yaxındır ki, Prezident İlham Əliyev Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirir. Bu 10 il ərzində Azərbaycanda böyük dəyişikliklər baş verib. “Hansı sahə olursa olsun, həyatımızın bütün sferalarında əzəmətli, möhtəşəm dəyişikliklər, irəliləyiş, yüksəlişlər baş verib. Təbii ki, hər şeydən öncə ölkəmizin iqtisadiyyatında böyük inkişaf qeydə alınıb. Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Bu statistika ilk baxışdan sadə görünür, amma bu, olduqca böyük bir işdir. Dünyada elə bir nümunəni tapmaq mümkün deyil ki, 10 ilə yaxın bir müddət ərzində bir ölkə öz iqtisadiyyatını 3 dəfə artırmış olsun. İqtisadiyyatın artımı həyatımızın bütün sahələrində dəyişikliklərə səbəb olub. Bu, bütün sahələrdə, sferalarda, təbii ki, ilk növbədə, insanların yaşayış səviyyəsində, insanların rifahının yüksəlməsində özünü göstərir. Azərbaycan vətəndaşları indi fərqli bir həyatda yaşayırlar, onların həyat tərzi dəyişib, həyatlarının standartları dəyişib. İnsanların həyat standartlarının tərkibi, məzmunu əvvəlkindən köklü surətdə fərqlidir. Vaxtilə Azərbaycanda insanlar yaşamaq haqqında düşünürdülər, indi isə yaxşı yaşamaq haqqında düşünürlər. Bu iki anlayış arasında böyük fərq var. 1990-cı illərin əvvəllərində Azərbaycan vətəndaşlarını düşündürən bu idi ki, ən zəruri maddi ehtiyaclarını ödəyə bilsinlər. İndi isə insanlar daha yaxşı yaşamaq, daha yaxşı həyat haqqında düşünürlər ki, bunlar bir-birindən tamamilə fərqlidir”, - deyən YAP-ın Sədr müavini-İcra katibi qeyd edib ki, bu gün hökumətimizin apardığı böyük siyasət, həyata keçirdiyi əzəmətli işlər nəticəsində insanların həyat standartlarında böyük dəyişikliklər baş verib və bu dəyişikliklər ondan ibarətdir ki, insanlar təsəvvürlərini yaxşı yaşamaq meyarı əsasında formalaşdırırlar. Demək, insanın ən zəruri tələbatlarının ödənilməsi onun həyat standartlarının əsasını təşkil etmir: “Bu gün insanların tələbatları forma və məzmun etibarilə zənginləşib. İnsanlarımızın həyat standartlarında baş verən bu dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində formalaşan reallıqların bilavasitə əsasıdır və nəticəsidir. İnsan həyata indi başqa baxışlarla baxır. İnsanların gələcəklə bağlı düşüncələri, istəkləri, arzuları köklü sürətdə fərqlənir. İqtisadi inkişaf insanların həyatının səviyyəsini yüksəldib. Bu dəyişikliklər insanların həyat standartlarında yeniliklər yaradıb, yeni bir həyat standartı ortaya çıxıbdır. Bu yeni həyat standartına, eyni zamanda, ölkəmizdəki sabitlik, əmin-amanlıq, təhlükəsizlik də daxildir. Sabitlik olmasaydı iqtisadi inkişafı təmin etmək mümkün deyildi. Sabitlik və əmin-amanlıq olmadığı halda hər bir ailənin mənsub olduğu var-dövlət də bir dəyər kəsb etməzdi. İnsanın özünün, ailəsinin təhlükəsizliyi yoxdursa, sabitlik əmin-amanlıq yoxdursa, var-dövlət də bir dəyər kəsb etmir. Bizim hər birimiz informasiyalara diqqət yetirəndə görürük ki, sabitliyin pozulduğu ölkələrdə insan həyatının mənası da itib. İnsanlar sərbəst, rahat yaşaya bilmir, sabaha inamları yoxdur. Belə olan yerdə, təbii ki, var-dövlət də heç bir dəyər kəsb etmir. Bizim ölkəmizdə insanın həyatının vacib bir cəhəti ondan ibarətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sabitliyi, əmin-amanlığı, dincliyi və rahatlığı təmin edir”.
“Gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Bu reallıqlar, həmçinin, insanların ölkəmizin indiki gerçəkliyini yüksək dəyərləndirməsi, gələcəyə böyük ümidlərlə baxması qarşıdan gələn seçkilərlə əlaqədar həm əhval-ruhiyyəni, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan cəmiyyətinin formalaşmış mövqeyi YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsindən ibarətdir”, - deyən YAP İcra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyinin irəli sürülməsini hər bir vətəndaş özünün istək və arzularının reallaşması üçün növbəti şans hesab edir.
Əli Əhmədov qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarının rəhbərlərinə müvafiq tövsiyələr verib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

