YAP GB-nin “Yay məktəbi” davam edir
03.07.2013 [01:48]
“Yay məktəbi”nin üçüncü günündə müxtəlif mövzulara dair təlimlər keçirilib, maraqlı diskussiyalar aparılıb
İyunun 30-dan start verilən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin “Yay məktəbi”nin üçüncü günü arxada qalıb. 100-ə yaxın fəal gəncin iştirak etdiyi Oğuz “Yay məktəbi”ndə dövlətin gənclər siyasəti barədə fikir mübadiləsi, mühazirələr ötən gündə də davam etdirilib.
Qrup rəhbəri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda, Onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə gənclərə diqqət və qayğıdan, bu istiqamətdə təsdiqlənən Dövlət proqramlarından ətraflı bəhs edib. Baş redaktor bildirib ki, gənclərə diqqət və qayğı Ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edib. Ümummilli lider bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Əgər Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha da səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun rolu inkaredilməzdir. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur.
O da bildirilib ki, 1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanırdı. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür. “Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar”.
Bu günümüzün reallıqları Ulu öndər Heydər Əliyevin bu fikirlərinin təsdiqidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 600 mindən artıq üzvünün 40 faizini gənclərin təşkil etməsi də onlara diqqət və qayğının davamlılığının göstəricisidir. Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə yönəlib. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması da əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
V.Rəhimzadə bildirib ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək, öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfələrini verməlidirlər.
“Yay məktəbi”nin üçüncü günündə müxtəlif layihələrlə bağlı təlimlər də keçirilib. Həmin təlimlərdə gənclərə donor təşkilatlarla işləmə qaydası, büdcənin təhlili mövzularında məlumatlar verilib.
Büdcənin təhlili mövzusunda təlimdə bildirilib ki, büdcə iqtisadiyyatın aynasıdır. Büdcədə ilbəil nəzərə çarpan artımlar ölkə iqtisadiyyatının inkişafı barədə aydın təsəvvür yaradır. Müqayisə üçün qeyd olunub ki, 10 il bundan öncə dövlət büdcəmiz 1,3 milyard dollar idi. Bu gün isə dövlət büdcəsinin 25 milyard dollardan artıq olması onu göstərir ki, iqtisadi islahatlar öz müsbət nəticəsini verir. Yeni hədəflərin müəyyənləşdirilməsi onlara çatmağın yollarını da açıqlayır ki, bunların da yüksək səviyyədə həyata keçirilməsi ölkənin iqtisadi və maliyyə imkanları ilə bağlıdır. Dövlət büdcəsindən bu və ya digər sahələrə yönələn vəsaitlərə də artımların edilməsi iqtisadi tərəqqidən xəbər verir.
Təlimdə o da bildirilib ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan öz-özünü təmin edən ölkədir. 2009-cu ildən başlanan, nəticələri bu günə kimi davam edən dünya iqtisadi və maliyyə böhranı hər bir ölkənin iqtisadi imkanlarının hansı səviyyədə olduğunu göstərdi. Azərbaycan bu dövrdə iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bunu şərtləndirən əsas amil iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. İqtisadi artımın yalnız neft-qaz sektorunun hesabına olmamasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişafını, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini diqqətə çatdırdı. Son 10 ilə yaxın dövr ərzində bir milyondan artıq yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 5,2 faizdir. Bu uğurlar ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasını təsdiqləyir.
Donor təşkilatlarla işləmə qaydaları da maraqlı mövzular sırasında olub. Bu sahədə də şəffaflıq prinsipinə əməl olunması ən vacib amil kimi önə çəkilib. Bildirilib ki, alınan vəsaitin təyinatı üzrə hara xərclənməsi barədə dolğun məlumatların verilməsi sözsüz ki, fəaliyyətdə də şəffaflığın yüksək səviyyədə qorunmasını təmin edir.
Təlimlərdəki çıxışlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bu istiqamətlərdə müxtəlif layihələr həyata keçirməsi və onların öz müsbət nəticəsini verdiyi də xüsusi qeyd olunub. Vurğulanıb ki, YAP rəhbərliyi hər zaman gənclərə onları düşündürən mövzularda layihələrini təqdim etməyi və onlara dəstək olmağa hazır olduqlarını bildirir. Ölkəmizin uğurlu gələcəyi üçün hərtərəfli formalaşmaq, dərin biliklərə malik olmaq, bilik-təcrübə mübadiləsini yüksək səviyyədə həyata keçirmək, ən əsası birgə səylər göstərməyə çalışmaq vacib şərtlərdəndir.
Gənclər diskussiya şəklində davam edən bu kimi təlimlərdə əldə etdikləri biliklərdən, məlumatlardan məmnunluqlarını ifadə edib, bir daha bu gerçəkliyi təsdiqləyiblər ki, “Yay məktəbi” biliklərin mübadiləsinə yardımçı olan layihələrdəndir.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

