Prezident Administrasiyasında Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirilib
08.06.2026 [16:10]
Prezident Administrasiyasında Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirilib.
Bununla bağlı məlumat Partiyanın Mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 8 iyun tarixində Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüşüb.
Prezident Administrasiyasında keçirilən görüş zamanı beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiya prosesləri fonunda Azərbaycanın sərgilədiyi prinsipial mövqe, bilavasitə daxili siyasət ilə əlaqədar olan bir sıra önəmli məsələlər ətrafında söhbət aparılıb. Görüşdə “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra partiyaların normal və legitim fəaliyyəti üçün dövlət tərəfindən görülmüş müxtəlif səpgili tədbirlər, həmçinin ölkədə yaranmış sağlam siyasi iqlimin mövcudluğunu şərtləndirən digər amillər müzakirə olunmuşdur.
Vurğulanıb ki, bilavasitə ali siyasi iradənin təcəssümü olan siyasi partiyaların inkişafına göstərilən dəstək sayəsində ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesi ardıcıl şəkildə davam edir. Bu mənada sağlam əməkdaşlıq mühitinin qorunması prosesinin siyasi partiyalar tərəfindən aktiv şəkildə dəstəklənməsi faktı da müstəsna əhəmiyyətə malikdir.
Həmçinin qeyd olunub ki, xüsusilə Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra Azərbaycana qarşı artan qərəzli informasiya təxribatları ilə mübarizədə vətənpərvər siyasi qüvvələrin aktiv iştirakının təmin olunması məsələsində də siyasi partiyaların rolu əvəzolunmazdır. Ölkənin vətənpərvər gənclərinin də milli maraqlar naminə birləşməsi istiqamətində siyasi partiyalarla aparılan əməkdaşlıq əlaqələrinin önəmli istiqamətlərindən biridir.
Dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyan milli birliyin qorunması, habelə informasiya məkanında yaşanan məkrli təxribatlar ilə mübarizədə hər zaman dövlətin yanında olduğunu bildirən Partiya sədri mövcud istiqamətlərdə dövlət tərəfindən atılacaq hər bir təşəbbüsün dəstəklənməsinin zəruriliyini xüsusi olaraq vurğulamışdır.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli dövlətçilik ənənələrinin və milli maraqların qorunması yolunda Ağ Partiyasına uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

