YAP Sabirabad rayon təşkilatının IX hesabat konfransı keçirilib
20.08.2021 [10:05]
Avqustun 19-da Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva hesabat məruzəsi ilə çıxış edib. M.Ağayeva Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib. Məruzədə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi partiya mövcud deyildir.
Vurğulanıb ki, YAP Sabirabad rayon təşkilatı öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurub. Rayon təşkilatı özündə 94 ərazi ilk partiya təşkilatını birləşdirir. Hazırda rayon üzrə partiya üzvlərinin sayı 12052 nəfər təşkil edir ki, onların 4338 nəfəri qadınlar, 4848 nəfəri isə gənclərdir.
Sonra YAP Sabirabad rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Cavid Cavadovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Sabirabad rayon təşkilatı İdarə Heyətinin üzvü, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, rayon təşkilatının Şura üzvü, əməkdar mədəniyyət işçisi Şüküfə Əsgərova, rayon təşkilatının Gənclər Birliyinin sədri Varis Rüstəmov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O, qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. Ə.Tağıyev vurğulayıb ki, YAP yeniliklərə böyük önəm verən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı şəkildə bəhs edib, YAP Sabirabad rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Sabirabad rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

