YAP tərəfindən yaşıllaşdırma kampaniyası artıq ənənəyə çevrilib
30.12.2011 [13:43]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə növbəti yaşıllaşdırma aksiyası keçirilib. Nərimanov rayonu ərazisində keçirilən aksiyada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak ediblər.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu kampaniya Bakının abadlaşan bir guşəsində həyata keçirilir. Onun sözlərinə görə, YAP dəfələrlə belə yaşıllaşdırma kampaniyaları keçirib və bu, artıq ənənə halını alıb. Bu aksiya da YAP-ın çağırışı ilə keçirilən növbəti tədbirdir. “Hesab edirəm ki, bu tədbir Azərbaycan Prezidentinin paytaxtımızın abadlaşdırılması, yaşıllaşdırılması işinə Onun rəhbərlik etdiyi partiyanın göstərdiyi dəstəyin nümunələrindən biridir. Bildiyiniz kimi, bu aksiyanı Nərimanov rayonunda keçiririk. Tədbir zamanı bu ərazidə 2012 ağac əkiləcək. Bu, simvolik bir rəqəmdir. Yaxın zamanlarda Bakı şəhərinin bu guşəsi yaşıl bir zolağa çevriləcək. Qeyd edim ki, yaşıllaşdırma kampaniyamız bundan sonra da davam etdiriləcək. Hesab edirəm ki, biz Bakının daha da gözəlləşməsinə, şəhərimizin abadlaşmasına və ekologiyasının yaxşılaşmasına böyük töhfə vermiş oluruq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da yaşıllaşdırma kampaniyasını yüksək qiymətləndirib: “Bu aksiya bundan əvvəlki aksiyaların davamıdır. Belə tədbirlər artıq partiyamızın fəaliyyətində aparıcı istiqamətlərdən birini təşkil edir. Ətraf mühit, ekoloji təmizlik insanlar üçün çox vacibdir ki, YAP bu istiqamətdə addımlar atır. Biz bu prosesdə çox yaxından iştirak edirik, həmçinin, Azərbaycanda son illər bu istiqamətdə görülən işlərdə partiyamızın öz yeri və rolu var. Mən çox şadam ki, biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində belə bir xeyirxah işdə iştirak edirik. YAP-ın fəalları, əsasən də gənclər buradadırlar və bu işlər təkcə partiya üzvləri üçün yox, bütün xalqımız üçündür. Ona görə də, mən xalqımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Arzu edirəm ki, dövlətimizin ərazi bütövlüyü təmin olunsun və biz belə işləri işğaldan azad edilmiş torpaqlarımızda da həyata keçirək”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, partiyamız mütəmadi olaraq belə kampaniyalar keçirir: “Bu aksiya da YAP və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə reallaşıb. Partiyamızın Milli Məclisdə təmsil olunan deputatları, rayon və şəhər təşkilatlarının fəalları bu işə qoşulub. ümumilikdə, YAP mütəmadi olaraq ağacəkmə mövsümündə yaşıllaşdırma aksiyası həyata keçirir. Bu məsələ daim diqqət mərkəzindədir. İndiki aksiya zamanı partiyamızın üzvləri tərəfindən xeyli sayda ağac əkilib ki, bu da savab işdir”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, partiyamız tərəfindən hər il yaşıllaşdırma kampaniyası keçirilir. Onun sözlərinə görə, istər Bakı şəhərində, istərsə də, rayonlarda YAP üzvləri yüzminlərlə ağacın əkilməsində iştirak edirlər. “Bu tədbir də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilir. Ağac əkmək bizim tarixi ənənəmizdir. Hər bir insan ömründə dəfələrlə ağac əkməlidir. çünki ağac əkmək savab bir işdir. Biz də bu savab işlə məşğuluq”, - deyə YAP İcra katibinin müavini qeyd edib.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev ötən ildə də belə bir tədbirin keçirildiyini xatırladıb: “YAP ilə Nərimanov rayon İcra Hakimiyyəti 2010-cu ildə də birgə aksiya keçirib. Bu gün Azərbaycan xalqı Prezidentimizin rəhbərliyi ilə görülən işlərin nəticəsi olaraq 2012-ci ili yüksək əhval-ruhiyyə ilə qarşılayır. Biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə belə bir aksiyanı keçirməyi qərara aldıq. Eyni zamanda, dövlətimizin başçısının vurğuladığı kimi, ekoloji proseslərə yanaşma bir ilin çərçivəsində yekunlaşmamalıdır. Yəni hər zaman Bakı şəhərində, o cümlədən, rayonumuzda yaşıllaşdırma aksiyaları davam etməlidir. Gördüyünüz bu məkan 8 hektarlıq ərazini əhatə edir. Biz YAP-la birlikdə burada böyük bir yaşıllıq zolağının salınmasını qərara almışıq. Bu ərazi mühafizə olunmaq üçün hasara alınıb, suvarma sistemi təşkil olunacaq və ayrıca briqada ilboyu yaşıllıq zolağına xidmət göstərəcək. Yaxın gələcəkdə burada təxminən 15 hektar ərazini əhatə edən meşə zolağının şahidi olacaqsınız. Hesab edirəm ki, bu da şəhərin ekoloji durumuna YAP tərəfindən göstərilən ən böyük xidmətlərdən biridir”.
“Yeni Azərbaycan Partiyasının yaşıllaşdırma kampaniyası ilə bağlı təşəbbüsləri çox təqdirəlayiqdir”. Bu fikri isə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib. V.Novruzov bildirib ki, belə tədbirlər davamlı xarakter daşıyır. Onun sözlərinə görə, Abşeronda nə qədər çox ağac əkilsə bir o qədər yaxşıdır. “çünki Abşeronun təbiəti digər ərazilərdən fərqli olaraq şıltaq iqlimdir, burada hər ağac bitmir. Amma Nərimanov rayonu ərazisində əkilən bu ağaclar həm iqlimə, həm də torpağa tam uyğundur. İnanıram ki, bu ağacların 95-98 faizində bitiş olacaq. Məlumat üçün deyim ki, 2011-ci ildə yaşıllaşdırma kampaniyası bu ilin yaz aylarından başlayıb və bu dövr ərzində Bakı şəhərində on minlərlə ağac əkilib. çünki təkcə Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu işlə məşğul olmur. YAP və digər qurumlar da ardıcıl olaraq belə aksiyalar həyata keçirirlər”, - deyə V.Novruzov qeyd edib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov qeyd edib ki, partiyamız daim mütərəqqi addımlar atır. Onun sözlərinə görə, yaşıllaşdırma kampaniyasının keçirilməsi də YAP-ın ideyalarından irəli gələn məsələdir: “Əlbəttə ki, bu cür tədbirlər yalnız alqışa layiqdir. Gələcəkdə də belə tədbirlərin davamlı olacağı şübhəsizdir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu aksiyanın gözəl bir tədbir olduğunu deyib: “Düşünürəm ki, bu park Bakı sakinlərinə partiyamızın gözəl bir yadigarı olacaq”.
YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov da hesab edir ki, belə tədbirlərin sayı çox olmalıdır: “Vaxt gələcək, burda əkdiyimiz ağacların kölgəsində insanlar dincələk və oksigen alacaqlar”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə qeyd edib ki, Nərimanov rayonunun bu hissəsi Bakı şəhərinin ən gözəl parkına çevriləcək.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, belə tədbirlərlə partiyamız digər siyasi təşkilatlara nümunə göstərir: “Başqa siyasi partiyaları da bizim kampaniyamıza qoşulmağa dəvət edirəm”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da yaşıllaşdırma kampaniyasının əhəmiyyətli olduğunu vurğulayıb: “Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını belə tədbirlərlə də sübuta yetirir”.
Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov yaşıllaşdırma kampaniyasının Azərbaycan paytaxtının ekologiyasına əhəmiyyətli təsir göstərəcəyini deyib: “Yaşıllaşdırma kampaniyasında YAP Gənclər Birliyinin yüzlərlə üzvü iştirak edir. İnanıram ki, gələcəkdə də bu aksiyaların davamı olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

