Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır
02.02.2012 [13:09]
Dünən 2 fevral Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində Qarabağ bölgəsini təmsil edən gənclərlə görüşü keçirilib. Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, sədr müavinləri Samirə Quliyeva və Aytac Əliyeva, partiyanın Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov, YAP-ın Ağcabədi, Bərdə, Yevlax, Goranboy, Tərtər, Laçın, Füzuli rayon təşkilatlarının rəhbərləri və gənclər birliyinin sədrləri, eləcə də bölgənin fəal gəncləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu öndərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ağdam Dövlət Dram Teatrının binasında keçirilən tədbiri YAP Ağdam rayon təşkilatının sədri İskəndər Quliyev açaraq ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, Azərbaycan gəncliyinin həyatına Gənclər Günü ən xoş hadisələrdən biri kimi daxil olub: “Bu il Gənclər Günü həm də müstəqil respublikamızın həyatında baş verən, yadda qalan hadisələrlə zəngin olan bir dövrə təsadüf edir. Bu gün həmçinin, bizim üçün ikiqat sevincli və əlamətdardır ona görə ki, Gənclər Gününü məhz sizinlə, hörmətli qonaqlarla, bütün qarabağlı gənclərlə birlikdə qeyd edirik. Ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan gəncliyi sağlam, vətənpərvər, milli köklərə bağlı, demokratik düşüncə tərzinə yiyələnərək böyüməli və yetişməlidir”. Ulu öndərimiz həmin prinsipləri xüsusi vurğulamaqla hər kəsə aydın şəkildə başa salırdı ki, xalqın və dövlətin gələcəyi gənc nəslin məhz bu dəyərlər əsasında formalaşmasından asılıdır”.
Daha sonra ötən il Ağdam rayonunda gənclər sahəsində görülən işlərlə bağlı videomateral nümayiş etdirilib.
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov çıxışında qeyd edib ki, Azərbaycan gəncləri dövlətimizin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir: “Odur ki, gənclərimiz müstəqil respublikamızın daha da çiçəklənməsində və inkişafında habelə içtimai-siyasi həyatında daima yaxından və fəal iştirak edirlər”.
A.Cavadov YAP-ın gənclərlə bağlı siyasətinin gənc nəsil tərəfindən yüksək qiymətləndirildyini bildirib. Onun sözlərinə görə, partiyanın Gənclər Birliyinin həyata keçirdiyi layihələri gənclərimiz təqdir edir.
YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu gün ölkəmizdə həyata keçirilən siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. “Bu gün biz məcburi köçkün həyatı yaşayırıq. Amma gənclərimiz sabaha inamını itirmir. Onlar torpaqlarımıza qayıdacaqlarına inanır və öz yurdlarımızı işğalçılardan azad etmək üçün hər an döyüşməyə hazırdırlar” - deyə YAP Füzuli rayon təşkilatının sədri vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov görüşdə çıxış edərək Azərbaycan dövlətinin gəncliyimizə olan diqqət və qayğısından ətraflı bəhs edib. 2 fevral Gənclər Günü münasibətilə Qarabağ bölgəsini təmsil edən gəncləri təbrik edən S.Orucov bildirib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətində gənclərlə iş xüsusi yer tutur. Gənclərlə bağlı bir sıra proqramların həyata keçirildiyini xatırladan YAP Gənclər Birliyinin sədri ölkə başçısı tərəfindən ötən il imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu sənədin təsdiq olunması bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar”.
YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük və güclü gənclər təşkilatı olduğunu deyən S.Orucov partiyamızın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırıb. O, partiya tərəfindən gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün imkanların yaradıldığını qeyd edib. S.Orucov gəncləri partiyanın Gənclər Birliyinə yeni layihələr və təkliflər təqdim etməyə çağırıb.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov isə çıxışında 2 fevral Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və gənclərə fəaliyyətlərində uğurlar arzulayıb. N.Sadıqov bildirib ki, Ağdam rayonunda gənclər bu bayramı yüksək əhval-ruhiyyə ilə qarşılayır. İcra başçısı dövlət gənclər siyasətinin Ağdam rayonunda da yüksək səviyyədə həyata keçirildiyini bildirib.
Tədbirdə həmçinin, gənc nəsli vətənə, dövlətə və dövlətçiliyə məhəbbət ruhunda haraylayan “Sən ellərin İlhamısan” və “O, kənd bizim kəndimizdir” adlı videokliplər nümayiş etdirilib. Eyni zamanda, görüş iştirakçıları Ağdam “Şur” ansambılının hazırladığı “Mahuri Hindi” muğamının məşqinə tamaşa ediblər.
Bununla yanaşı, görüşdə YAP sıralarına yeni qoşulmuş ağdamlı gənclərə partiya vəsiqələri təqdim olunub. Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

