Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
07.02.2012 [12:36]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəvəti ilə Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyətinə Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub, Gənclik Forumunun katibləri Yusif Acrulla və ümid Rəcəb daxildirlər. Qonaqlar dünən Fəxri Xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarın önünə gül dəstələri düzüblər. Makedoniya Türk Demokratik Partiyasının Gənclər Forumunun üzvləri, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndə heyəti ilə dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin mərkəzi ofisində görüş keçirilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov Makedoniyadan gəlmiş türk gəncləri Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. S.Orucov Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun üzvlərinə müasir Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də, beynəlxalq arenada qazandıqları uğur və nailiyyətlər barədə məlumat verib. Partiyanın Gənclər Birliyinin sədri bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. O, bu gün gənclərin xarici ölkələrdə təhsil aldıqlarını, xaricdə ölkəmizi şərəflə təmsil etdiklərini də diqqətə çatdırıb.
S.Orucov YAP gənclərinin geniş beynəlxalq əlaqələrə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu səfər makedoniyalı gənclərlə əməkdaşlıq üçün böyük imkanlar yaradır: “Biz bir sıra dövlətlərin siyasi partiyalarında təmsil olunan gənclərlə fəal əməkdaşlıq edirik. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz mövcuddur. YAP Gənclər Birliyi olaraq bir sıra layihələr həyata keçiririk. Bunlardan yay və qış məktəblərini misal göstərmək olar. Eyni zamanda, beynəlxalq konfranslar keçirmişik ki, həmin tədbirlərdə müxtəlif ölkələrdən gənc siyasətçilər iştirak ediblər. Bu istiqamətdə fəaliyyətimizi, layihələrimizi davam etdiririk”.
YAP Gənclər Birliyinin sədri Azərbaycanda gənclərə yüksək dövlət qayğısının olduğunu da qonaqların diqqətinə çatdırıb. O, qeyd edib ki, dövlətimiz gəncliyin inkişafı üçün bütün imkanları yaradıb. “Müəyyən dövlət strukturları var ki, məhz gənclərlə iş üzrə fəaliyyət göstərir. Eyni zamanda, gənclərlə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Bundan əlavə, ölkə Prezidenti tərəfindən gəncliyin inkişafı ilə əlaqədar dövlət proqramları qəbul olunub. ötən il ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunub. Bu proqramda gənclərin sosial problemlərinin həllindən tutmuş digər məqamlar öz əksini tapıb. Bundan başqa, 2012-ci il Azərbaycanda “İdman ili” elan olunub ki, bu da gənclərimiz üçün mühüm hadisədir. çünki gəncliyimizin sağlam ruhda böyüməsi üçün ölkəmizdə idmanın inkişafına da xüsusi diqqət yetirilir”, - deyə S.Orucov vurğulayıb.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə təşkilatın beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. O, YAP-ın gənclərinin bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini xatırladıb. Buna nümunə kimi, o, Avropa Demokrat Tələbə Gənclər Təşkilatı və Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı ilə əməkdaşlığı göstərib: “Yeni Azərbaycan Partiyası Gənclər Birliyi beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndə heyətinin ölkəmizə səfəri də bu əməkdaşlığın nümunəsidir”.
R.Məmmədov deyib ki, YAP Gənclər Birliyinin dəvəti ilə reallaşan bu səfər hər iki tərəf üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, YAP Gənclər Birliyi xarici ölkələrin partiyalarının gənclər təşkilatları ilə sıx əlaqələr qurmağa qərarlıdır və əməkdaşlıq qarşılıqlı təcrübələrin öyrənilməsi baxımından vacibdir. “Ona görə də, biz, YAP Gənclər Birliyi olaraq, Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndələrinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Hesab edirəm ki, partiyalarımızın gəncləri arasında əlaqələr davamlı olacaq və yüksələn xətlə inkişaf edəcək”, - deyə YAP Gənclər Birliyinin sədr müavini qeyd edib.
Nümayəndə heyətinin üzvləri - Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub, Forumun katibləri ümid Rəcəb və Yusif Acrulla da bu görüşün gələcək əməkdaşlıq üçün böyük imkanlar yaradacağından əmin olduqlarını bildiriblər. Qonaqlar Azərbaycan və Makedoniya gəncliyi arasında bundan sonra daha geniş əlaqələr qurulması, təmsil etdikləri partiyanın Gənclik Forumu ilə YAP Gənclər Birliyi arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində işlər görəcəklərini diqqətə çatdırıblar.
“Azərbaycana səfərimiz ilk növbədə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əlaqələri gücləndirmək məqsədi daşıyır”. Bunu ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub deyib. Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduğunu bildirən qonaq ölkəmizə ilk dəfə səfər etdiklərini, Bakının çox gözəl olduğunu və şəhərin yüksək inkişaf dövrünü yaşadığını vurğulayıb. “Biz burada Makedoniyadakı bütün türk dostlarımızı təmsil edirik. Səfərimiz zamanı YAP Gənclər Birliyi və digər gənclər təşkilatları ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlığı müzakirə edəcəyik. Düşünürük ki, birlikdə yeni layihələr həyata keçirək. Hədəfimiz Avropa Parlamentinə qatılmaqdır. Bütövlükdə isə, gələcəkdə daha çox qarşılıqlı səfərlər etməyi məqsədəuyğun sayırıq. Ən qısa zamanda YAP Gənclər Birliyinin nümayəndə heyətinin də Makedoniyaya səfər etməsini gözləyirik. ümumiyyətlə, YAP Gənclər Birliyi ilə əməkdaşlığımızın çox perspektivli, uğurlu olacağını düşünürəm”, - deyə Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun sədr müavini vurğulayıb.
Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun katibi ümid Rəcəb də Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib: “Bu səfəri etməkdən çox məmnunuq. Azərbaycanlı dostlarımızı görməkdən çox sevindik. İnanıram ki, əlaqələrimiz gələcəkdə daha da güclənəcək. Biz Makedoniyada türk gəncliyini təmsil edirik. Orada Osmanlıdan qalan dəyərləri qoruyur, yaşadırıq. Türk olaraq qardaş azərbaycanlı gənclərlə əlaqələrə xüsusi əhəmiyyət veririk. Bu baxımdan YAP gənclərinin bu dəvətini alqışlayırıq. Bakının simasında Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduq. Bizim ölkəmiz də 20 ildən artıqdır ki, müstəqilliyini əldə edib və bu baxımdan oxşar tariximiz var. Düşünürəm ki, gənclərimiz arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edəcək”.
Təşkilatın digər katibi Yusif Acrulla isə təmsil etdiyi partiya haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Makedoniyada 80 min türk yaşayır: “Biz partiyamızda türk gənclərini birləşdiririk və onların bu ölkənin siyasi həyatında fəal olmasına çalışırıq. Hazırda Makedoniya parlamentində partiyamızı bir nəfər təmsil edir. Hökumətdə də bir nazir bizim partiyanı təmsil edir. Hədəflərimiz böyükdür və beynəlxalq əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bu mənada YAP Gənclər Birliyi ilə əlaqələrə yüksək dəyər veririk. İnanırıq ki, bu əlaqələr hər iki tərəf üçün çox səmərəli olacaq. Bu dəvətə görə YAP-çı dostlarımıza təşəkkür edirəm”.
Görüşün sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Daha sonra qonaqlar YAP Gənclər Birliyinin ofisi ilə yaxından tanış olublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

