Azərbaycan Könüllüləri şəhidlərimizin əziz xatirəsini yad ediblər
27.09.2024 [21:16]
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan könüllülərinin iştirakı ilə 27 sentyabr – Anım Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.
Anım Günü ilə əlaqədar olaraq ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan Könüllüləri II Şəhidlər Xiyabanını ziyarət ediblər. 300-dən çox Azərbaycan Könüllüsü, könüllü təşkilatlarının rəhbər və nümayəndələri ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər gül dəstələri qoyublar.
Daha sonra Azərbaycan Könüllüləri, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, “Gənc Könüllülər” İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş döyüşçü qazilərlə görüşüb. Qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər.
Eyni zamanda Azərbaycan Könüllüləri, Zəfər parkını ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırır. Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirərək, suverən, bütövləşmiş Azərbaycan torpaqlarında şanlı bayrağımızı ucaltdı.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19

