Zəlimxan Yaqubun Zəngəzur bayatıları
22.11.2022 [10:14]
(On birinci məqalə)
Hörmətli dostlar, layihəmizin on birinci məqaləsini bir həzin və nisgilli xatirə ilə davam etdirmək istəyirəm. Düz iyirmi il əvvəlin, 2002-ci ilin söhbətidir. Milli Məclisin növbəti iclas günlərinin birində foyedə xalq şairi, millət vəkili Zəlimxan Yaqubla üz-üzə gəldik, hal əhval tutandan sonra böyük şair və səmimi insan, saz-söz xiridarı, el-oba adamı rəhmətlik Zəlimxan müəllim özünə məxsus ləngərli, gur səsi, şirin Borçalı ləhcəsi ilə soruşdu:
- Musa qağa, təzə nə yazersən, çoxdandı maa şeir oxumeersən?
Zəlimxan muəllim, - dedim, - Zəngəzurun tarixi, etnoqrafiyası, toponimləri ilə bağlı araşdırmalarla məşğulam, belə kitablar həm indi lazımdır, həm də bizdən sonra gələn nəsillər üçün yol xəritəsi ola bilər. Bir də ki, poeziyamızın Zəlimxan Yaqubu olan yerdə bizim şeirlərimizə o qədər də ehtiyac yoxdur.
Sözlərim, xüsusi ilə sonrakı ifadələr xoşuna gəldi, ürəkdən gülərək əlavə etdi:
- Yox, elə demə, şeir yazmağı davam et, hər ağacın öz meyvəsi, hər meyvənin öz dadı var. Hər şair poeziyamıza bir rəng qatır, bir töhfə verir.
Sonra isə birdən çöhrəsinə kədər çökdü:
- Heyif o dağlarımızdan, buz bulaqlarımızdan, o elləri itirməklə təkcə torpağımızı itirmədik, yer adlarımız, nəğməmiz, bayatımız, adət-ənənəmiz, bölgə genofondumuz unudula, dağıla bilər. Zəngəzur vacib mövzudur, şeiri sonra da yazmaq olar.
Beləcə, bir xeyli Zəngəzurdan danışdıq.
Bu söhbətin üstündən bir neçə gün keçmişdi ki, Zəlimxan Yaqub bir axşam ev telefonumuza zəng vurdu, adəti üzrə mehribancasına hal-xoş edəndən sonra dedi:
- Ogünükü Zəngəzur barədə söhbətimizi heç unuda bilmirəm. Zəngəzur deyəndə ilk ağlıma gələn Sarı Aşıq, Sarı Aşıq deyəndə isə bayatı olur. Böyük bayatı ustadını rəhmətlə xatırlayaraq, istəyirəm mən də Zəngəzur bayatıları yazam. (Sarı Aşıq və Zəngəzur bayatıları haqqında növbəti məqalələrimizin birində məlumat verməyə çalışacağam - M.U).
Sevindim, - çox gözəl olar, Zəngəzura böyük tohfə olar, mən də kitabıma əlavə edərəm.
- “Mənə Zəngəzurda məşhur olan bir neçə toponim söylə, qoy bayatıda bu adlarımız yaşasın”, -dedi böyük şairimiz!
Eləcə telefonda ekspromt olaraq bir neçə toponim, hidronim və mikrotoponimi sadaladım, Zəlimxan müəllim də xəttin o başında vərəqə köçürdü.
Milli Məclisin növbəti iclasında xalq şairimiz 12 bayatı yazılmış vərəqi mənə verdi, istəsən kitabında istifadə edə bilərsən, - dedi.
Beləcə gözəl bir yaradıcılıq nümunəsi meydana gəldi.
İndi Zəngəzur haqqında silsilə məqalələri yazarkən bənzərsiz şairimiz Zəlimxan Yaqubu bir daha rəhmətlə anıram və onun Zəngəzura böyük sevgi ilə həsr etdiyi bayatıları hörmətli oxucularımızla bölüşməyi faydalı hesab edirəm. Doğrudan da, yazıya pozu yoxdur, yazılan qalır: Zəngəzur ellərindən salam olsun haqq dünyasındakı Zəlimxan Yaquba!
*
Gül çəmənin mehrimi,
Qaya dağın möhrümü?
MEHRİM uzaqda qalıb
Kimə salım mehrimi?
*
Bu torpaq ZƏNGİLANDI,
Haqqa səcdə qılandı.
Boynumuza dolanan,
Gör, neçə rəng ilandı.
*
Canımda bir sazaq var,
Yaxın yoxdu, uzaq var.
Nə NÜVƏDİ, QAÇARAN,
Nə də ki, AĞBULAQ var.
*
ƏYİNLİ əyin dilər,
Bəysizlər bəyin dilər.
BƏRGÜŞADA boylanan
Görəsən nəyin dilər?
*
UZ kəndi, UZ elləri,
Yanşaq, qopuz elləri.
Hanı bəy babalarım,
Hanı OĞUZ elləri?
*
Gur çaylarım gur idi,
Həsrət gördü qurudu.
Göz görmür, əl yetişmir,
Necə gəzim URUDU?
*
SALVARTI mənim idi,
Sünbülüm, dənim idi.
BƏRK DƏRƏ nin bərkliyi,
Düşmənə qənim idi.
*
Yandıran sənəm ola,
Od tutan sinəm ola.
SARIYAL göy yaylağım,
ÇADIRDAŞ binəm ola.
*
Baxdım bağa-bostana,
Həsrət döndü dastana.
Görünmür PALANTÖKƏN,
GÜLLÜ YURD, AĞ YASTANA.
*
Mən qəmin təkəriyəm,
Tək dərdin tək əliyəm.
Tora düşmüş LAÇINAM,
Hönkürən HƏKƏRİYƏM.
*
Zəngilanda qar sızlar,
Qara düşər, yar sızlar.
BAHARLI əldən gedib,
Neyləsin baharsızlar?
*
Dağ başı QUBATLIDI,
Şimşəkdən qanatlıdı.
Hər gün qisas almağa
Oğulları atlıdı.
Məqalənin əvvəlində qeyd etdiyim kimi, bu bayatıları böyük şairimiz 2002- ci ildə yazmışdı. Bu bayatıların hər sətrində o illərin nisgili, həsrəti və qayıdış ümüdi hiss olunmaqdadır.
Çox heyif ki, Zəlimxan Yaqub dünyasını vaxtsız dəyişdi, Qarabağın, Şərqi Zəngəzurun azad günlərini, ölkəmizin bütövləşmiş yeni tarixini görmək ona qismət olmadı. Ruhu şad olsun!
...İndi daha Laçın torda deyil, Həkəri hönkürüb ağlamır, əksinə, azad Vətən torpağında xoşbəxtcəsinə çağlayaraq bağlarımıza, əkinlərimizə bərəkət gətirir.
...İndi daha Zəngilanda qar sızlamır, əksinə, həyat qaynayır, Ağalıda ağıllı, vətənpərvər gənc nəsil böyüməkdədir.
...İndi daha həsrətimiz dastana dönmür, tarixə qovuşur. Dastana dönən isə Dəmir Yumruq, Tunc İnam, Zəfər Paradıdır!
...İndi “Bərk dərənin bərkliyi” Dəmir yumruğa dönərək düşməni yerində otuzdurub, qəhrəman əsgərlərimiz İşıqlı dağında, Salvartı yaylağında Vətənin keşiyini çəkirlər, Urudu, Uz yurdunu, Oğuz ellərini gedub gəzməyə sanılı günlər qalıb.
...İndi daha Mehri uzaqda qalmayıb, lap yaxındadı, bu gün, sabah Mehridən, Nüvədidən keçib Naxçıvana, Qarsa, Avropaya gedəcəyik.
...Qədim İpək yolunun Zəngəzur dəhlizi ilə irəlilədikcə qatardan o gözəl dağlara, dərələrə, çaylara əl edəcəyik və var səsimizlə dünyaya səslənəcəyik:
ZƏNGƏZUR AZƏRBAYCANDIR!
Musa Urud, millət vəkili
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

