Makron Yeni Kaledoniyaya niyə gedib?
25.05.2024 [10:55]
Fransa prezidentinin səfəri bölgədə sabitlik yaratmayacaq
N.BAYRAMLI
Özünü demokratiyanın “beşiyi” kimi təqdim etməyə çalışan Fransanın müxtəlif xalqlara qarşı tarixən müstəmləkəçilik və işğal siyasəti həyata keçirdiyi sirr deyil. Yaşadığımız XXI əsrdə belə özünün neokolonialist niyyətlərindən əl çəkməyən rəsmi Paris hələ də bir çox xalqları istismar altında saxlayır və bu xalqların azadlıq mübarizəsini boğmağa çalışır. Zaman keçdikcə isə Fransanın bu işğalçı siması daha çox ifşa edilir və rəsmi Parisin xarici və daxili siyasətində ciddi böhran yaşaması faktı ortaya çıxır. Artıq istismar edilən xalqlar açıq şəkildə azadlıqlarını tələb edirlər və Fransa keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir. Belə bir şəraitdə, rəsmi Paris bölgəyə ordu və jandarm qüvvələri göndərib.
Ordu və polis göndərildikdən sonra Fransa Prezidenti Emmanuel Makron da Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib. Onu daxili işlər naziri Jerald Darmanen, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edib. Makron bildirib ki, onun əsas “prioriteti” asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər. Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.
Makron deyib ki, Fransız polisi və jandarm qüvvələri lazım olduğu müddətə qədər Yeni Kaledoniyada qalacaq. “Le Monde” qəzetinin məlumatına görə, E.Makron Fransa Ali Komissarlığının Yeni Kaledoniyadakı ofisinə səfəri zamanı arxipelaqa göndərilən hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 3 min nəfərə çatdırılacağını bildirib və əlavə edib ki, onlar hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala bilərlər. Əlavə edib ki, yerli ictimai-siyasi xadimlər barrikadaların götürülməsinə çağırsalar, fövqəladə vəziyyət uzadılmayacaq.
Məlumdur ki, Fransa hakimiyyəti adada etnik tərkibi köklü surətdə dəyişməyə çalışır. Hazırda Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun 40 faizi, yaxud 112 mini kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. 2018-ci və 2020-ci illərdə keçirilmiş birinci və ikinci referendumda Parislə əlaqələrin saxlanmasının tərəfdarları cüzi səs çoxluğu əldə edib, üçüncü dəfə isə müstəqilliyi dəstəkləyən partiyalar hakimiyyətin bu referendumu təxirə salmaq istəmədiyi üçün səsverməni boykot etmək qərarına gəldilər. Fransa tələm-tələsik, koronavirus pandemiyası dövründə üçüncü referendumu keçirdi.
Hazırkı etirazlara səbəb olan qanuna əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə səsvermə hüququ veriləcək. Bu isə adanın yerli əhalisini, kanakların narazılığına səbəb olub. Onlar bundan sonra siyasi təsir imkanlarının azalacağından narahatdırlar. Ekspertlər hesab edirlər ki, yeni qanun qəbul olunduqdan sonra seçicilərin sayı 14,5 faiz Fransadan gətirilənlərin hesabına artacaq. Bu perspektiv arxipelaqın Fransadan müstəqilliyini böyük əksəriyyəti ilə dəstəkləyən kanakları narahat edir. Onlar hesab edirlər ki, islahat onların seçki və referendumda çəkisini azalda, xalqını marginallaşdıra, bununla da onları adanın taleyini təyin etmək imkanından məhrum edə bilər. Adada yaranmış etnik vəziyyətə əsasən, Fransa orada keçirəcəyi mümkün istənilən ümumxalq səsverməsi kampaniyasında qalib gələcək.
Makronun Yeni Kaledoniyaya səfəri və səfər zamanı verdiyi açıqlamalar onu göstərir ki, Paris müstəmləkəçi siyasətindən əl çəkmək niyyətində deyil. Ümumiyyətlə, neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirməkdə maraqlıdır.
Bu gün Yeni Kaledoniyada baş verənlər məhz Parisin müstəmləkə siyasətinə qarşı açıq mübarizədir. Maraqlıdır ki, bu məsələdə Fransa nəşrləri hakimiyyətlə eyni mövqe nümayiş etdirir. Bu ölkədə heç bir media qurumu kanakların azadlıq mübarizəsindən, dinc sakinlərin öldürülməsindən yazmır və ya yaza bilmir. Acınacaqlı hal odur ki, Yeni Kaledoniyada baş verən hadisələrdə Fransa ordusu 10-a yaxın etirazçını qətlə yetirib, təxminən 200 nəfər isə yaralanıb. Həbs olunanların da sayı çoxdur. Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün bölgədə “Tik-Tok” sosial şəbəkəsini bağlayıb. Bütün bunların fonunda Makronun adaya səfəri vəziyyəti yaxşılığa doğru dəyişdirməyəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

