Demokratlar yeni namizəd axtarışında...
10.07.2024 [10:38]
Dünyanın supergüc dövlətlərindən olan Amerika Birləşmiş Ştatlarında cari il prezident seçkiləri ilidir. Hazırda seçki marafonunun əsas simaları qismində 81 yaşlı hazırkı prezident Cozef Bayden və 78 yaşlı sabiq prezident Donald Tramp çıxış edirlər. Onların hər ikisi namizədliklərini təmin etmək üçün ilkin seçkilərdə (praymeriz) qalib gəlib. Bayden və Tramp müvafiq olaraq Demokratlar Partiyasının və Respublikaçılar Partiyasının təmsilçiləridirlər. Noyabrda keçiriləcək seçkilər yaxınlaşdıqca ehtiraslar daha da qızışır. Xüsusilə də, ölkədə hazırkı prezidentin namizədliyi birmənalı qarşılanmır.
Bayden seçkilərə qatılmaqda israrlıdır
Tərəddüdlərə və ölkə boyunca artan inamsızlığa rəğmən, Cozef Baydenin özü seçkilərə qatılmaqda israrlıdır. O, bir daha seçki yarışından geri çəkilmək niyyətində olmadığını və respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib.
Cozef Bayden son qərarını Konqresdəki demokratlar fraksiyasının rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib. Məktubun mətni onun “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Ağ evin hazırkı sahibi vurğulayıb ki, “mətbuatdakı fərziyyələrə baxmayaraq, o, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır”. Bayden deyir ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”.
“Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”, - deyə Cozef Baydan məktubunda vurğulayıb.
ABŞ prezidenti üçün “pis gecə”
ABŞ-ın hazırkı prezidentinin namizədliyi ilə bağlı tərəddüdlər onunla Tramp arasında iyunun 27-də baş tutan teledebatdan sonra intensivləşib. Teledebat bütün parametrlər baxımından Cozef Bayden üçün uğursuz olub. Xüsusilə də onun səhhətidəki problemlər debat zamanı daha qabarıq şəkildə nəzərə çarpıb. Belə ki, debatın sonunda növbəti kuryoz hadisə yaşanıb - Cozef Bayden tərəddüd içində olub, nə edəcəyinin, hara gedəcəyinin qərarını verməkdə çətinlik çəkib. Onun köməyinə yenə də həyat yoldaşı Cill Bayden gəlib. O, Ağ Ev rəhbərinə səhnədən düşməyə köməklik göstərib.
Lakin bu, Baydenin namizədliyinə inamsızlığı artıran yeganə səbəb deyil. Debat boyunca namizədlər arasında yaş fərqi özünün qabarıq şəkildə göstərib. Boğuq və yavaş səslə çıxış edən Baydenin Trampla fikir ayrılıqlarını aydın şəkildə ifadə edə bilməməsi xüsusi diqqət çəkib. Debatda Baydenin əsas vəzifələrindən biri yaşı ilə bağlı seçicilərin narahatlığına son qoymaq olsa da, o, bunu bacarmayıb.
Cozef Baydenin özü də debatdakı uğursuzluğunu etiraf edib. O, ABC kanalına müsahibəsində dəfələrlə debatın baş tutduğu günü “pis gecə” adlandırıb.
Demokratların yeni namizədi kim olacaq?
Namizədlərlə bağlı son qərar partiyaların qurultayında veriləcək. Respublikaçılar Partiyasının namizədi iyulun 15-18-də Viskonsin ştatının Milouki şəhərində keçiriləcək partiya qurultayında elan ediləcək. Demokratlar Partiyasının qurultayı isə 19-22 avqust tarixlərində Çikaqo şəhərində baş tutacaq.
Hələlik respublikaçıların düşərgəsindən ilkin qalib namizədin dəyişdirlməsi ilə bağlı hansısa tərəddüdlər müşahidə edilmir. Ancaq bunu demokratlar barədə demək mümkün deyil. Məlum debatdan sonra onlar alternativ namizəd axtarışını daha da sürətləndiriblər. Baydenin teledebatdakı çıxışı Demokratlar Partiyası və donorlar arasında ciddi narazılıq yaradıb. Hazırkı prezidentin tərəfdarlarından biri, konqresmen Ceyms Klaybörn iyulun 3-də CNN-ə müsahibəsi zamanı Demokratlar Partiyasının avqustda keçiriləcək qurultay öncəsi daha bir kiçik praymerizin təşkil olunmasının zəruriliyi fikrini səsləndirib. “Biz gördüyümüzü gördük və bu, narahatlıq doğurur”,- deyə o, açıqlamasında qeyd edib. Texasdan olan konqresmen Lloyd Doggett də açıq şəkildə Baydeni mübarizədən çəkilməyə çağırıb.
Hazırda demokratların düşərgəsində Cozef Baydeni əvəzləyə biləcək bir neçə namizədin adı çəkilir. Sıyahıdan ayrı-ayrı qubernatorların və administrasiya rəsmilərinin adları keçir. Xüsusilə də bəzi demokratlar vitse-prezident Kamala Harrisin noyabrda respublikaçı real namizəd Donald Trampla mübarizədə Baydeni əvəz edə biləcəyi fikrini açıq şəkildə nəzərdən keçirməyə başlayıblar.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

