Zelenski tələb edir
11.07.2024 [10:45]
Kiyev hələ də vəd edilən F-16 qırıcılarını ala bilməyib
2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər hər iki tərəfin döyüşlərdə, ümumilikdə, on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar var. İlk vaxtlarda Qərb Ukraynaya hərbi baxımdan ciddi dəstək versə də, sonradan həm Avropa İttifaqı, həm də ABŞ-da Ukraynaya yeni yardımların edilməsi ilə əlaqədar müəyyən problemlər yarandı. Xüsusilə, ABŞ Konqresinin uzun müddət Kiyevə əlavə yardımları təsdiqləməməsi vəziyyəti daha da çətinləşdirdi. Bu da Ukraynanın yeni ərazi itkisinə səbəb oldu. Amma “Ramştayn” platforması”, NATO-Ukrayna Şurası Kiyevə hərbi dəstəyi azaltmamaq üçün imkanlar axtarır. Bu ilin yazında ABŞ Konqresi də Ukraynaya hərbi yardım üçün müvafiq qanun qəbul etdi. Yaz aylarından etibarən Ukraynaya növbəti silah tədarükünə başlansa da, bu, cəbhədə vəziyyəti dəyişməyib.
Kiyev F-16 qırıcılarını çox önəmli hesab edir
Bütün bunların fonunda F-16 qırıcılarının Ukraynaya verilməsi məsələsi qüvvədə qalır. Kiyev bu qırıcıları əks-hücum əməliyyatları üçün çox önəmli hesab edir. Lakin ABŞ F-16-ların verilməməsini ukraynalı pilotların onları idarə etməyə hazır olmamaları ilə əsaslandırırdı. Bu ilin yanvarında Qərb mətbuatında Ukrayna Hərbi Hava Qüvvələrinə artıq F-16 qırıcılarının təhvil verilməsi barədə xəbərlər yayılsa da, Kiyev tərəfindən təkzib olunmuşdu. “Newsweek” nəşri adı açıqlanmayan mənbəyə istinadən bildirmişdi ki, Qərb ölkələrinin vəd etdiyi F-16 qırıcılarının birinci partiyası artıq Ukraynadadır. Jurnal qeyd edib ki, son günlər “bəzi rusiyapərəst və ya anti-Ukrayna kanalları” Ukraynanın Rusiya hədəflərini məhv etmək üçün F-16-lardan istifadə etməsi barədə məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat isə bu məlumatı təkzib edərək demişdi ki, “Newsweek” materialında təqdim olunan məlumat həqiqətə uyğun deyil.
Zelenski: Bizə 128 ədəd F-16 verin
Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da keçirilən NATO sammitinin ilk günündə çıxış edərkən bildirib ki, Qərbin Ukraynaya tədarük edəcəyi F-16 qırıcıları yetərli deyil, Kiyevə yüzdən çox belə təyyarə lazımdır. Zelenski Vaşinqtondakı Ronald Reyqan Mərkəzində çıxışı zamanı deyib: “F-16 ilə bağlı problem onların sayı və tədarük vaxtıdır... Bizim 10-20 qırıcı haqqında qərarımız var, 50 olsa da, bu heç nədir”. Ukrayna Prezidenti 128 ədəd qırıcı tələb edərək vurğulayıb ki, tərəfdaşları bu qədər təyyarəyə malikdir.
Xatırladaq ki, ötən ilin 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammitində Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Rəsmi Kiyev aviasiya koalisiyası yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların həmin ilin payızında Ukraynada ola biləcəyinə eyham vurmuşdu. Həmin vaxt bir sıra Avropa ölkələri də aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildirmişdilər. ABŞ prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlamışdı. Bayden hətta Ukrayna lideri Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirmişdi.
Avropa İttifaqı da Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi barədə G7-nin qərarını alqışlayıb. Ötən ilin iyul ayında isə NATO ölkələri ukraynalı pilotların F-16 üçün hazırlanması planını təsdiqləyib. NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə bildirmişdi ki, indi əsas məsələ Ukraynanın silah və sursat tədarükünə zəmanət verməklə onun bu müharibədə qalib gəlməsi üçün bütün lazım olanı etməkdir. Avqustun sonunda isə Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bəyan etmişdi. Hazırkı mərhələdə isə bəzi NATO ölkələrinin ərazisində F-16 qırıcıları ilə bağlı ukraynalı pilotlara təlimlər keçirilir. Belə ki, 2023-cü ilin sonlarında Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitiriblər. Ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.
ABŞ Müdafiə Departamentinin sözçüsü, general Pat Rayder isə deyib ki, ABŞ-da F-16-lardan istifadəni öyrənən ukraynalı pilotlar 2024-cü ilin sonuna qədər təlimləri tamamlamalıdırlar: “Mən bu hərbçilərin bu ilin sonunda məzun olacağını gözləyirəm. Təlim ABŞ Hərbi Hava Qüvvələrinin Arizonadakı bazasında keçirilir və hər bir pilotun bacarığından asılı olaraq 5 aydan 8 aya qədər davam edir”.
Ukrayna Silahlı Qüvvələrinin pilotlarının Aİ ölkələrində də hazırlığı davam edir. Bir neçə ay öncə Belçika Ukrayna pilotlarına təlim keçmək üçün Danimarkaya iki F-16 qırıcısı və 50 təlimatçı göndərdiyini açıqlamışdı. Yeri gəlmişkən, Danimarka ilk 6 F-16 qırıcısının Ukraynaya çatdırılmasını bu ilin ikinci rübünə nəzərdə tutsa da, qırıcılar hələ də verilməyib. Qeyd etdiyimiz kimi, Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 F-16 qırıcısı göndərəcəyini vəd etmişdi. Birləşmiş Ştatlar Danimarka və Niderland tərəfindən öz təyyarələrinin Kiyevə təhvil verilməsinə icazə verib. Həmçinin Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika isə 2025-ci ilə qədər F-16-ları Ukraynaya göndərməyi planlaşdırır.
Rusiyanın hədəfinə çevriləcək...
Göründüyü kimi, Kiyev hələ də bu qırıcıları əldə edə bilməyib. Halbuki, ilk F-16-ların iyul ayında Kiyevə təhvil veriləcəyi bildirilirdi. Əgər tərəfdaşları vədlərinə əməl edərsə, cari ildə proses reallaşacaq. F-16 təyyarələrinin müharibədə dönüş yarada biləcəyini isə gələcək göstərəcək. Belə bir şəraitdə Zelenskinin daha çox F-16 qırıcısı tələb etməsi real görünmür.
Rəsmi Moskva isə hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur və NATO ölkələrini münaqişəyə birbaşa cəlb edir. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya göndərilən istənilən silah Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə
kadrların hazırlanması ilə münaqişədə bilavasitə iştirak edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26

