HƏDƏF - terror təhlükəsi ehtimalını sıfıra endirmək
16.08.2025 [12:34]
Xarici qüvvələr Türkiyə ilə hesablaşmaq məcburiyyətindədirlər
Türkiyə lideri ölkədaxili siyasi qüvvələri “Terrorsuz Türkiyə” məsələsində həmrəy olmağa çağırıb. Belə ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada hakim Ədalət vəİnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsrolunmuş təntənəli tədbirdə çıxış edərkən bildirib ki, Türkiyədövləti “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açıb vəölkədə terror təhlükəsi ehtimalını sıfıra endirmək üçün dahaaktiv tədbirlər görüləcək. Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizməqarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çoxvacibdir. “Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzulardamövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin“Terrorsuz Türkiyə” məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terror problemi”nin aradan qaldırılmasına töhfə verənhər bir siyasətçi öz adını Türkiyə tarixinə yazacaq”, - deyəR.T.Ərdoğan qeyd edib. Türkiyənin dövlət rəhbəri, həmçininterrorla mübarizədə populizmin yolverilməz olduğunuvurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcək nəsillərbunu bağışlamayacaq”.
Xatırladaq ki, iyulun 9-da PKK terror təşkilatının həbsdəkilideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerəqoyun” çağırışı edib - İmralıdan videobağlantı vasitəsilə PKKüzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinəbaşlamağa çağırıb. Öcalanın çağırışından üç gün sonra İraqınşimalında yerləşən Süleymaniyə şəhərində PKK terrorqruplaşması silahlarını Türk ordusuna təhvil verdi.
Türkiyənin strateji qələbəsi
Türkiyə uzun illər boyu apardığı diplomatik-siyasi və hərbimübarizə nəticəsində PKK-nı diz çökdürdü. PKK liderləriTürkiyənin regionda hərbi-siyasi qüdrətini və regiondakıproseslərə təsir imkanlarını nəzərə almaya bilməzdilər. Türksilahlı qüvvələrinin hərbi potensialının artması, daha yenitexnoloji avadanlıqlarla təmin olunması, xüsusilə də türkordusunun müasir tələblərə cavab verən PUA-larla təzciholunması onun PKK və digər terror təşkilatlar ilə mübarizəsinidaha da gücləndirdi. Türk ordusu öz yerli istehsalı olan PUA-larvasitəsilə PKK-nın dağlardakı bütün gizli sığınacaqlarını aşkaredərək onların hamısını məhv etdi. Bir çox analitiklər bunuTürkiyənin strateji qələbəsi hesab edirlər.
Politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinəşərhində qeyd edib ki, PKK-nın silahı yerə qoyması Türkiyəninçox böyük nailiyyətidir. “Bu, Türkiyənin əhəmiyyətli stratejiqələbəsidir. Bu qələbə Türkiyənin həm ölkə daxilində, həmqonşu ölkələr ilə münasibətlərdə, həm də beynəlxalq səviyyədəuzunmüddət apardığı siyasi mübarizənin nəticəsidir. Yaxınzamanda Türkiyədə daxili vəziyyət daha da normallaşacaq. Son40 ildə - PKK-nın fəaliyyətdə olduğu dövrdə Türkiyənindaxilində ciddi problemlər baş verirdi - dəhşətli terror aktlarıtörədilirdi. Türkiyə dövləti öz daxili resurslarının böyükhissəsini PKK-ya qarşı mübarizəyə yönləndirirdi. Eynizamanda, ölkə daxilində terrora qarşı mübarizəningücləndirilməsi istiqamətində əlavə vəsaitlər xərclənirdi. Bumüddət ərzində 30 mindən çox Türkiyə vətəndaşı həlak olub. Qətiyyətli hərbi-siyasi mübarizə nəticəsində Türkiyə öz hədəfinənail olmağı bacara bildi. Türkiyə qarşısında duruş gətirəbilməyən PKK silahı yerə qoymağa məcbur oldu. Bu, onudeməyə əsas verir ki, bundan sonra Türkiyədə terrorla bağlıciddi problemlər yaşanmayacaq - bütün resurslar daxilivəziyyətin daha da normallaşmasına sərf olunacaq”, - deyə. Ə.İbrahimov əlavə edib ki, bu, Türkiyənin qonşu ölkələrləmünasibətlərində müsbət proseslərə təkan verəcək: “Vaxtiləqonşu ölkələr - İran, İraq və Suriyanın ərazisində fəaliyyətgöstərmiş PKK terror qruplaşması həmin ölkələrin ərazisindənTürkiyənin ərazisinə hücumlar təşkil edirdi və müxtəliftəxribatlar törədirdi. Türkiyə də davamlı olaraq İran və Suriyadahərbi əməliyyatlar aparmaq üçün xeyli miqdarda vəsaitxərcləyirdi. Bununla yanaşı, Türkiyənin İran, İraq və Suriya iləmünasibətlərində problemlər yaşanırdı. Ankaranın PKK-nınsilahı yerə qoymasına nail olması, həqiqətən Türkiyənin İraq vəSuriya ilə münasibətlərində yeni proseslərə yol açacaq. Bu, Türkiyənin siyasi tarixində çox əhəmiyyətli bir hadisədir”.
PKK kartından daha istifadə edilməyəcək
“PKK-nın silahı yerə qoyması həm də Türkiyənin müəyyənxarici qüvvələr üzərində qələbəsidir. Vaxtilə PKK-nısilahlandıran və bu terror qruplaşmasına hər cür dəstək verən həmin xarici qüvvələr Türkiyənin bu strateji qələbəsi iləbarışmaq məcburiyyətində olacaqlar - daha PKK kartındanTürkiyəyə qarşı istifadə edə bilməyəcəklər. Türkiyə də heç birzaman həmin kartdan ona qarşı istifadə edilməsinə imkanverməyəcək. Türkiyə daha da möhkəmlənəcək” - deyəƏ.İbrahimov vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

