Paşinyan Baydenin “demokratiya dərsi”nin “tələbəsi” olacaq
12.11.2021 [10:25]
Ermənistanın baş naziri virtual məktəbdən nə öyrənə bilər?
ABŞ prezidenti Co Baydenin 2021-ci ilin dekabrında keçirəcəyi virtual “demokratiya sammiti”nin “qonaqları” arasında Ermənistanın baş naziri Nikol Paşinyanın da olması bəzi suallar doğurur. Ağ Ev bu sammitlə bağlı açıqlamasında bildirmişdi ki, dekabrın 9 və 10-da baş tutacaq tədbir üç əsas mövzu üzrə öhdəliklərin və təşəbbüslərin stimullaşdırılmasına xidmət edəcək: avtoritarizmdən qorunmaq, korrupsiya ilə mübarizə və insan hüquqlarına hörməti təşviq etmək.
Ermənistanın bugünkü mənzərəsi isə virtual sammitin mövzularının tam əksini göstərir. Bu ölkədə artıq uzun illərdir ki, korrupsiya adi həyat tərzindən fərqlənmir. İnsan hüquq və azadlıqları isə Ermənistanda tanınan və “hörmət edilən” ən sonuncu normadır. İrəvan küçələrində sosial böhranda boğulan insanların etirazları polis zorakılığının və dəyənəyinin altında əzilməkdədir. Demokratiyadan isə... danışmağına dəyməz. Ən azından həbsdə olan siyasilərin sayı bunu deməyə əsas verir.
Bir sözlə, Paşinyanın bu sammitə bir dövlətin rəsmi təmsilçisindən, “demokratik dünyanın hissəsinin” nümayəndəsindən çox dərsə ehtiyacı olan tələbə qismində qatılacağına şübhə yoxdur. Məhz bu nöqteyi-nəzərdən də həmin sammitə Azərbaycanın və Türkiyənin qatılmaması anlaşılandır. Çünki müasir Azərbaycan dövləti hər zaman insan hüquq və azadlıqlarının qorunmasında, tolerantlığın, multikulturalizmin təbliğində və təşviqində, eləcə də korrupsiyaya qarşı mübarizədə nümunəvi ölkələrdən sayılıb. Günümüzün mühüm siyasi aktorlarından sayılan Türkiyə də demokratik ənənələrə sadiqliyini hər zaman nümayiş etdirməkdədir.
Bəli, Paşinyanın belə bir dərsə ehtiyacı var və ABŞ prezidenti Bayden də bunu bildiyi üçün onu “qonaqlar siyahısı”na əlavə edib. İkinci bir tərəfdən, bu gün Cənubi Qafqaz regionuna yeni bir nizam gətirmiş Azərbaycan-Türkiyə birliyi dünya üçün yeni iqtisadi əsaslar formalaşdırır. Bu, olduqca mühüm bir nüansdır. Nəinki ABŞ, dünyanın digər aparıcı dövlətləri də fürsət düşdükcə bunu etiraf edirlər. Azərbaycan qlobal dünyanın sivilizasiyalararası dialoq məkanı statusunda çıxış edir. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməklə mühüm problemlərin məhz Azərbaycan paytaxtında müzakirə edilməsinə nail olur. Rəsmi Bakının qlobal pandemiya dövründəki nümunəvi davranışı, digər dövlətlərə yardım etməsi və bu bəlaya qarşı beynəlxalq mübarizənin təşkilində əsaslı rolu əsl reallıqları növbəti dəfə hər kəsə nümayiş etdirdi: Azərbaycan inkişaf etmiş, beynəlxalq müstəvidə öz sözü və çəkisi ilə tanınan, gücünə, qətiyyətinə arxayın və demokr?tik inkişaf yolu seçmiş bir dövlətdir. Həm Azərbaycanın, həm də Ermənistanın müasir müstəqillik tarixi eyni olsa da, gedilən yol fərqlidir. Ötən 30 ildə Ermənistan hələ də “demokratiya dərsi alacaq”, el dili ilə desək bir düyü dənəsi boyda yol qət edibsə, Azərbaycan ötən 30 ildə BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına sədrlik edəcək, regionun əsas güc mərkəzi qismində çıxış edəcək qədər yol gedib. Təbii ki, bu yolda xalqının, dövlətinin gələcəyinə işıq salan Lider də mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, ötən 30 ildə köçəryanların, sarkisyanların və paşinyanların arxasınca sürünən Ermənistan hələ də “demokratiya dərsi”nə ehtiyac duyur...
P. İsmayılov
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47

