Soçi görüşü: hədəfə doğru daha bir addım
27.11.2021 [09:50]
Üçtərəfli görüşün nəticələri qalib Azərbaycanın məqsədlərinə nail olduğunu göstərir
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə, regionda sabitlik və təhlükəsizliyə dair məsələlər, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, iki tərəf arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin postmüharibə dövrünün reallıqları ilə bağlı digər bir sıra məsələlər haqqında mühüm fikirlər səsləndirilib. Üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Gözlənildiyi kimi, qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyev dəmir məntiq və yüksək diplomatik məharət nümayiş etdirdi, Azərbaycanın bəhs olunan məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi. Dövlət başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu, qarşıda duran vacib məsələlərin həllini tapmasının zəruriliyini nəzərə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Dövlət başçısının bu fikri reallığın ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə dövründə qurucu və sabitləşdirici mövqeyinin ifadəsidir.
Sirr deyil ki, ölkəmiz yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi məsələsində rəsmi Bakının mövqeyi mövcud reallıqlara əsaslanır və regional təhlükəsizliyə yönəlib. Azərbaycan Prezidenti görüş zamanı bu məsələlərə toxunaraq qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiyası aparılmayıb. “Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”, - deyə dövlət başçısı vurğuladı. Yeri gəlmişkən, üçtərəfli görüşlə əlaqədar Bəyanatda Rusiyanın məşvərətçi rolda olmaqla sərhədlərin delimitasiya və demarkasiyasına çağırış etməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Bunlarla yanaşı, Azərbaycan regionda yeni nəqliyyat dəhlizinin yaranması - kommunikasiya xətlərinin bərpası ilə əlaqədar həm səmərəli, faydalı ideya və təkliflər irəli sürür, həm də əməli addımlar atır. Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər bunun bariz nümunəsi - əyani təsdiqidir. Digər tərəfdən, bölgədə yeni formatda çoxtərəfli əməkdaşlıq platformanın yaradılması - regional inteqrasiyanın sürətləndirilməsi ilə bağlı təşəbbüslər də Azərbaycanın postmüharibə dövründə qurucu, tənzimləyici və konstruktiv fəaliyyətinin təzahürüdür. Ümumiyyətlə, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur. Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə səsləndirdiyi fikirlər də bu reallığın təsdiqidir. Bu, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqləyir. Yeri gəlmişkən, Prezident Vladimir Putin mətbuata bəyanatla çıxışında dəfələrlə “dəhliz” ifadəsindən istifadə etdi ki, bu da “Zəngəzur dəhlizi” layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini göstərən mühüm faktlardan biridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı. Digər tərəfdən, Bəyanatda “Qarabağ” sözünün olmaması Azərbaycanın haqlı, ədalətli və qətiyyətli mövqeyinin ifadəsidir.
Soçi görüşündə səsləndirilənlər, eləcə də Paşinyanın fikirləri Ermənistanın reallıqları qəbul etməkdən, mövcud gerçəkliklər əsasında hərəkət etməkdən başqa çıxış yolu olmadığını göstərir. Yeri gəlmişkən, görüşlə bağlı yekun sənəddə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Bununla yanaşı, üçtərəfli görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunması da olduqca mühüm əhəmiyyətə malikdir.
Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir. Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir. Əminliklə söyləmək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

