Hər okeana bir hərbi blok...
23.06.2022 [10:28]
Yeni dünya düzənində hərbi qarşıdurmalar kollektiv təfəkkürə sürüklənir
Pərviz SADAYOĞLU
XX əsrin ikinci yarısından başlayaraq 50 ilə yaxın iki siyasi qütb arasında davam etmiş “soyuq müharibə” yeni dünya düzənində hərbi bloklaşmalar zərurətini ortaya çıxardı. Əsasən iki qütb - kapitalist Qərb bloku və sosialist SSRİ arasındakı ideoloji ziddiyyətlərin ortaya çıxardığı təzahürlərdən qaynaqlanan bu “qarşıdurma”lar hərbi, iqtisadi, siyasi formatları özündə təcəssüm etdirirdi. Eləcə də, yeni dövrün nizamı birləşmənin hərbi potensial üzrə inkişafını daha zəruri hala gətirdi. SSRİ-nin dağılmasının ardından isə bu proses birtərəfli şəkildə inkişaf etməyə başladı. Başqa sözlə, öz xoşu və ya zorla sosialist ideologiyasına qarşı istiqamətləndirilmiş ölkələr “Varşava” müqaviləsini tərk edərək Qərbin hərbi alyansına üz tutdu. Yeni hərbi birliklər, onlara edilən transferlər eyni hədəflərə kökləndi. Artıq yaranan yeni təşkilatlar və bloklar yeni nizamda dünya siyasətinə təsir və təzyiq mexanizmlərini əllərində toplamaq uğrunda mübarizə aparırdılar. Beləliklə, bloklar hərbi təmaüldən daha çox siyasi təmaülə üstünlük verməyə başlamışdı. Başqa sözlə, SSRİ-nin dağılması, onun varisi qismində çıxış edən Rusiyanın isə daxili problemlərə səfərbər olması Qərbin hərbi-siyasi bloklaşmasının sərhədlərinin daha da genişlənməsi ilə nəticələnirdi.
XXI əsrin əvvəlindən isə bu proses daha fərqli istiqamət aldı. Rusiyanın yenidən qarşı qütb statusu qazanması Qərb üçün müəyyən ehtiyatlılıq və müdafiə instinkti formalaşdırdı. Son 20 ildə asta templə inkişaf edən qarşıdurmalar son 2 ildə daha da intensivləşdi. Bu isə yeni siyasi reallıqlar, yeni siyasi mənzərə və yeni siyasi düzən deməkdir.
11 sentyabr terroru qlobal qütbləşmədə yeni mərhələ başlatdı
Hazırda Qərbin hərbi hegemoniyasının əsas müdafiə bazası sayılan Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı sayılır. Dünyanın ən güclü hərbi-siyasi bloku olan NATO-nu potensialına görə qlobal nizamın və müasir beynəlxalq təhlükəsizlik sisteminin əsas aktorlarından biri hesab etmək olar. Məhz bu səbəbdən də Alyansın həyata keçirdiyi siyasət, strategiya həm regional, həm də qlobal müstəvidə cərəyan edən proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Hazırda 30 üzvü olan təşkilatın XXI əsrdəki genişlənmə planları hərbi - siyasi xəritələrin yenilənməsi ilə yanaşı, dünyanın siyasi düzənini dəyişməkdədir. Qeyd edilməlidir ki, müasir dünyanın ən mühüm probleminə çevrilən Rusiya-Ukrayna müharibəsinin də səbəblərindən biri məhz Alyansın Şərqə doğru genişlənmək siyasətinə qarşı Moskvanın sərt mövqeyi olmuşdu. Ümumiyyətlə, Alyansın genişlənmə siyasəti yeni deyil və bu günə kimi səkkiz genişlənmə mərhələsindən keçib. İlk olaraq, 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR (Qərbi Almaniya), 1982-ci ildə İspaniya, 1999-cu ildə Polşa, Macarıstan, Çexiya, 2004-cü ildə Bolqarıstan, Rumıniya, Sloveniya, Slovakiya, Litva, Latviya, Estoniya, 2009-cu ildə Albaniya, Xorvatiya, 2016-cı ildə Monteneqro, 2020-ci ildə isə Şimali Makedoniya Respublikası təşkilata qəbul edilib. NATO-nun Şərqə doğru genişlənməsinin nəticəsi olaraq hazırda təşkilat Avropa kontinentinin böyük hissəsini əhatə edir. Üç Avropa ölkəsi - Bosniya-Herseqovina, Ukrayna, Gürcüstan isə artıq Alyansa üzv olmaq istəyini xarici siyasətlərinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Qeyd edək ki, bu ölkələrdən Bosniya-Herseqovinaya hətta 2010-cu ildən Üzvlük Fəaliyyət Planı (MAP) da təqdim olunub.
NATO-nun qlobal üfiqi genişlənməsi (bütün istiqamətlər üzrə) zərurətinin isə 2001-ci ilin 11 sentyabrından meydana gəlməsi sirr deyil. Məhz bu terror aktı dünyada yeni təhlükəsizlik seqmentinin formalaşdırılmasının vacibliyini ortaya qoymuşdu. Bu mərhələdən sonra ABŞ-ın qlobal dünyanın vahid qütbünə çevrilməsi uğrunda mübarizəsi iki istiqamət üzrə inkişaf etdirildi:
- terror təhdidi yaradan, qlobal birliyin iqtisadi-siyasi inkişafına mane olan, ən əsası müasir çağırışları özünün qapalı sərhədləri daxilindən içəri buraxmayan, qloballaşmanın fəal iştirakçısı qismində iştirak etməyən ölkələrin siyasi-hərbi çevrilişlər yolu ilə “tərk-silah” olunması;
- fərqli, amma rasional ideoloji xəttə malik, müasir inkişaf tələblərinə cavab verən, terrora qarşı mübarizədə iştirak etsə belə, aktiv əməkdaşlıq fazasında olmayan dövlətlərin fərdi layihələr əsasında müttəfiqliyə cəlb edilməsi.
Nəticə etibarı ilə isə, müasir mənzərə göz önündə canlanır: dünyada NATO və əməkdaşları və onların düşmənləri mövcuddur. Az-az ölkələr tapılır ki, bu qəti tərəfləşmədə öz siyasi müstəqilliyini qoruyaraq tərəflər arasında balanslaşdırılmış mövqe tuta bilsin.
NATO-nun AUKUS qolu - hərbi “illüminat”
Son baş verənlər onu göstərir ki, NATO dünyanın ən mühüm strateji nöqtələrində özünün kolonlarını formalaşdırmaq yolu seçib. Qurumun yeni inkişaf və genişlənmə planlarının masa üstünə qoyulması da bundan irəli gəlir. Alyans Avropada baş verən hadisələri nəzarət altında saxlamaq iqtidarındadır. Digər strateji ünvanlar isə “üçüncü göz” və ya “hərbi illüminat” vasitəsilə “qorunacaq”. Başqa sözlə, hər okeanın bir hərbi bloku olacaq. Məsələn, Avstraliya və Böyük Britaniyanın iştirakı ilə yaradılmış AUKUS hərbi bloku bunun bariz sübutudur. Artıq NATO özünün Uzaq Şərqə doğru genişlənməsi planını məhz AUKUS vasitəsilə reallaşdıracaq. May ayında Tokioya və Seula səfər edən ABŞ prezidenti Baydenin açıqlamaları bunu deməyə əsas verir. AUKUS bloklaşması Hind - Sakit okean hövzəsinin “Yeni NATO”suna çevrilir. Yeni mərhələdə Yaponiyanın, Cənubi Koreyanın, hətta Hindistan və Yeni Zelandiyanın da “yeni NATO”ya üzv olacağı istisna oluna bilməz. NATO gücünün Avropada yaratdığı reallığı görən uzaq şərqli müttəfiqlər də böyük arzuların arxasında getmək niyyətindədirlər. Axır ki, Hind-Sakit okean hövzəsində yeni maraq və nüfuz savaşı başlayacaq - bu isə yeni dönəmdə yeni güc mərkəzlərinin formalaşmasına yol açacaq. Kimin qalib olacağı isə əvvəlcədən bəllidir: yenə də NATO və dostları qeyri-müəyyən düşmənlərə qarşı döyüşəcək. Qüvvələr nisbətinin disbalansı isə qalibiyyətin ilk anonsunu verəcək. Perspektivdə döyüşsuz qalibiyyət də var.
“Skandinav NATO”su ideyası ölü doğulmuş təklifdir
Başqa bir situasiya isə Şimal sularında müşahidə olunmaqdadır. Təbii ki, burada vəziyyət bir az daha fərqli görünür. Atlantik və ya Hind-Sakit okean hövzəsindən fərqli olaraq Şimal Buzlu okeanında qüvvələr nisbəti qarşı cəbhənin - Rusiyanın xeyrinədir. Bu baxımdan, Atlantik Alyansın və Hind-Sakit okean AUKUS-unun ardından yeni Şimal NATO-sunun formalaşdırılması daha çətin prosesdir. İsveç və Finlandiyanın timsalında vahid Skandinav gücü arzusu ortaya çıxsa da, bu da reallaşmır. Amma həmin dövlətlər belə NATO üzvlüyü qazansa belə, bu, şimaldakı balansı dəyişə bilməyəcək. Bir sözlə, Qərbin oxu məhz burada - soyuq qurşaqda daşa dəyir. Əslində Finlandiya və İsveçi prosesə daxil etmək niyyəti də NATO-nun tək qorxusunun məhz şimal sularından qaynaqlandığının göstəricisi idi. O mənada ki, fevral ayından bəri mütəmadi olaraq təhdid saçan “nüvə müharibəsi” təhlükəsi şimal sularında “gizlənib”. Buraya “stavka” edəcək ölkələr özü birdən-birə açıq hədəfə çevrilə bilər. Rusiyanın “buzqıran” kreyserləri şimal sularındakı hegemoniyanı asan şəkildə təhvil verməyəcək. O baxımdan da “Skandinav NATO”su ideyası ölü doğulmuş təklifdən o yana gedə bilməz. Bu gün dünyada qlobal liderlik uğrunda mübarizənin iki cəbhəsində - Avropa və Uzaq Şərqdə “qələbə” planları quranların məhz şimal sularında boğulma ehtimalı olduqca böyükdür...
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

Xəbər lenti
30 May 12:49

Xəbər lenti
30 May 12:32

Xəbər lenti
30 May 12:19

Xəbər lenti
30 May 12:17

Xəbər lenti
30 May 11:51

Xəbər lenti
30 May 11:47

Xəbər lenti
30 May 11:38

Xəbər lenti
30 May 11:02

Xəbər lenti
30 May 10:53

Siyasət
30 May 10:36

Xəbər lenti
30 May 10:19

Xəbər lenti
30 May 10:17

Xəbər lenti
30 May 10:02

Siyasət
30 May 09:26

Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13
