Çin “yumşaq güc” yolu ilə çökdürülür
24.06.2022 [10:30]
ABŞ “uyğur kartı” üzərindən Pekinə qarşı mübarizəsini gücləndirir
PƏRVİZ
Ağ Evin qlobal liderlik uğrunda mübarizəsində ən mühüm əngəllərdən biri olan Çinə qarşı planın ən mühüm hissəsinə start verilib. Belə ki, Tayvan adası üzərindən Pekinə göstərilən təzyiqlərin ardından bu dəfə daha fərqli yola əl atılıb - Çinin “yumşaq güc” vasitəsilə zəiflədilməsinə başlanılıb. Vurğulayaq ki, ABŞ prezidenti Cozef Baydenin imzaladığı Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun artıq iyunun 21-dən qüvvəyə minib. Qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci il dekabr ayının 14-də, yuxarı palatası (Senat) isə dekabrın 16-da qəbul edib. Sözügedən qanun 2021-ci il dekabrın 23-də imzalanıb. Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır. Belə bir qanunun qəbulu insan haqları sahəsində ciddi uğurlardan sayılır. Prezident Bayden imzaladıqdan sonra ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) əsasında yaradılmış Məcburi Əməyə Qarşı İşçi Qrup qanununun tətbiqi istiqamətində bir sıra tədbirlər görüb, o cümlədən ABŞ hökumətinin ticarət və kəşfiyyat sahələrinə cavabdeh şəxslərlə məsləhətləşmələr apararaq qanunu 1930-cu ilin tariflər haqqında qanununun 307-ci bəndinə uyğunlaşdırmaq üçün strategiya hazırlayıb. 307-ci bənd məcburi əməklə istehsal olunan malların ABŞ-a daxil olmasını qadağan edir.
Çinə iqtisadi zərbə - qul əməyinə son...
Qeyd edildiyi kimi, bu qanunun məhz indi qüvvəyə minməsi, üstəlik beynəlxalq status əldə etməsi birmənalı şəkildə ABŞ-Çin mübarizəsinin yeni mərhələsi sayılır. Bir müddət öncə beynəlxalq mətbuat Sincan polisinə aid kompüterlərin serverindən oğurlanan və Çinin məxfi bölgəsində çəkilmiş minlərlə fotoşəkilləri yayımlamışdı. Həmin şəkillərdə oradan qaçmağa çalışan insanların odlu silahlarla öldürüldüyü öz əksini tapmışdı. Sızdırılan bu məlumatlar həmin bölgədə uyğurların və türk mənşəli digər xalqların internirasiyasıyla bağlı yeni və mühüm informasiya mənbəyi sayılırdı.
Bunun üzərindən fəaliyyətə başlayan rəsmi Vaşinqtonun uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilmiş malların ABŞ-a ixracına yasaq qoyması uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq. Yayılan məlumatlara görə, Sincan Uyğur Muxtar Rayonunda yaşayan milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanılır. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir. Dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri, hətta soyqırımına cəhd kimi qiymətləndirir. Bu mənada, Ağ Ev əlinə düşmüş mühüm bir fürsətdən yararlanmağa çalışır. İnsan haqlarının müdafiəsi adı altında Pekinə qarşı yeni demarş Çinin iqtisadi cəhətdən zəifləməsinə, ucuz işçi qüvvəsinin əməyi nəticəsində qazandığı yüksək ixrac qabiliyyətini itirməsinə yol açacaq. Bu isə, indiki halda Çinin maraqlarına ölümcül zərbə vurmaq deməkdir.
Pekin yeni daxili qarşıdurmaya sürüklənir
Əslində bu kimi faktlar illərdir ki, dünya mediasında yer almaqdadır. Çində uyğurların hüquqlarının pozulması, onlara ən adi azadlıq hüququnun tanınması ilə bağlı bəlkə də minlərlə hesabatlar mövcuddur. Hər zaman üstündən sükutla keçilən bu məsələnin aktuallaşması, xarici medianın birdən-birə uyğur probleminə “diqqət yetirməsi” maraqlı nüansları ortaya çıxarır. Qərblə münasibətlərin mənfi tendensiya ilə inkişaf etdiyi bir vaxtda insan hüquqlarının məhdudlaşdırılması kimi ağır bir ittiham Çin hökuməti üçün böyük problemlər yarada bilər. Bu, istər BMT-nin, istərsə də digər beynəlxalq təşkilatların siyasi, hətta hərbi sanksiyalarına qədər yol aça bilər. İkinci bir tərəfdən, son dövrlərdə ABŞ-ın uyğurlara göstərdiyi “diqqət” Çində yeni “uyğur azadlıq mübarizəsinə”, başqa sözlə isə daxili qarşıdurmaya yol açma ehtimalı yaradır. Nəzərə alsaq ki, bir müddət öncə ABŞ prezidentinin qeyri-rəsmi olaraq uyğur nümayəndələri ilə görüşməsi haqqında informasiyalar yayılmışdı, bunun gerçəkləşmə ehtimalı daha böyükdür. Hind-Sakit okean hövzəsində Çin üçün “hərbi tələ” hazırlayan anti-Çin koalisiyasının bu addımı daxili stabilliyi pozmağa yönəlib. Bu isə Çinə həm iqtisadi geriləmə, həm də daxili gərginlik vəd edir. Nəticədə, Çinin başının özünün qərbində daxili sabitliyi təmin etməyə qarışması, şərqində baş verən prosesləri tam nəzarətdə saxlaya bilməməsini şərtləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

