Müqtəda əs-Sədr getdi
31.08.2022 [10:27]
Bağdad yenidən qarşıdurma meydanına çevrilir
SADİQ
İraqın tanınmış şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra Bağdadda yeni iğtişaşlar başlayıb. Avqustun 29-da günorta saatlarından sonra başlanan etiraz aksiyası qarşıdurmalarla müşayiət olunub. Əs-Sədrin tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub. Daha sonra İraqın nizami ordu hissələri Bağdada daxil olub. Bağdadın “yaşıl zona”sında davam edən atışmalarda İraq Federal Polisinin qərargah rəisi yaralanıb. Məlumata görə, polis zabiti qolundan güllə yarası alıb. Bundan əvvəl “Al Arabiya” telekanalı İraq paytaxtının mərkəzində toqquşmalar zamanı iki hərbçinin həlak olduğunu bildirib. Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb. Bu barədə isə “Al Jazeera” telekanalı xəbər verib. Məlumata görə, zərərçəkənlər arasında təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var. Təhlükəsizlik qüvvələrinin Bağdadda hökumətin “yaşıl zona”sının ətrafına çəkilmiş beton hasara hücum edən Müqtəda əs-Sədrin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi bəzi nümayişçilərdə boğulma əlamətlərini göstərir. Bundan başqa, bir neçə etirazçı rezin güllələrdən yaralanıb. Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.
Döyüşdən kürsüyə - kimdir əs-Sədr?
2003-2011-ci illərdə İraqda baş vermiş müharibələr zamanı populyarlıq qazanan Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə, iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər.
Onun maddi imkanlarından başqa, dini və siyasəti də ehtiva edən çevrəsi Səddam Hüseynin devrilməsindən sonra getdikcə güclənir və yaranan boşluğu doldurmaq üçün hərəkətə keçirlər. Başda ABŞ olmaqla koalisiya qüvvələrinin İraqa hərbi kontingent yeritməsindən sonra Müqtəda əs-Sədr özünü tanıdır. Uzun illər İngiltərədə yaşayan və İraqa qayıdan şiə din xadimi Əbdülməcid əl-Xoyinin qətlində günahlandırılan Müqtəda əs-Sədr ona qarşı sürülən ittihamları rədd edir. Əs-Sədrin Əbdülməcid əl-Xoyi ilə münasibətləri Əlinin Nəcəf şəhərində yerləşən məqbərəsində idarəçiliyi ələ almaq üstündə meydana gəlmişdi. Belə ki, sözügedən məqbərə şiə zəvvarların başlıca ziyarət etdiyi məkanlardan biri sayılırdı ki, bu da öz növbəsində külli miqdarda gəlir demək idi. Müqtədanın Əli əs-Sistani ilə də münasibətləri yaxşı deyildi. Belə ki, Əli əs-Sistani Kərbəla şəhərində xüsusi nüfuza sahib idi və şəhərə “nəzarət edirdi”. Müqtəda isə burada da pay sahibi olmaq niyyətini gizlətmirdi. Bunun nəticəsində 2003-cü ilin oktyabrında əs-Sədr tərəfdarları Kərbəla şəhərində nəzarəti ələ almağa çalışır. Ancaq Müqtədanın “Mehdi Ordusu” əs-Sistaninin “Bədr Ordusu”nun güclü müqaviməti ilə qarşılaşır. Yaranan gərginlik nəticəsində “Mehdi Ordusu” məğlub olur və xeyli itki verir.
Müqtəda əs-Sədr daha sonra İraqın müvəqqəti hökumətinin fəaliyyətinə qarşı tənqidi fikirlər səsləndirməyə başlayır. Bir müddət keçdikdən sonra, daha dəqiq desək 2003-cü ilin sentyabrında Müqtəda ABŞ tərəfindən təyin edilmiş Müvəqqəti Birlik Hökumətinin yürütdüyü siyasətə müxalif olduğunu deyərək, “kölgə” hökumət yaratdığını bəyan edir.
2004-cü ildə isə əs-Sədrin rəhbərlik etdiyi “Mehdi Ordusu” İraqın Nəcəf şəhərində koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. 2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin onun həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur. 2008-ci il mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı əs-Sədrin tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır. 2008-ci ildə Müqtəda əs-Sədr yaydığı bəyanatla özünün hərbiləşdirilmiş təşkilatı olan “Mehdi Ordusu”nun fəaliyyətini dayandırdığını elan edir. O, bəyanatında bu qərara tabe olmayan tərəfdarlarının “Mehdi Ordusu”nun üzvü sayılmayacağını bildirir. Bu, Müqtədanın bu tarixdən sonra silahlı deyil, siyasi mübarizəyə qoşulacağı kimi şərh olunur.
2009-cu il mayın 5-də media Qumda iki il təhsil aldıqdan sonra Müqtəda əs-Sədrin Böyük Ayətullah olduğunu yazır. 2011-ci il yanvarın 5-də ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra əs-Sədr İraqın siyasi həyatında iştirakını davam etdirmək üçün doğma şəhəri Ən-Nəcəfə qayıdır. 2014-cü ildən Müqtəda əs-Sədr İraqı bürüyən korrupsiyaya son qoymağa və mövcud siyasi elitalardan asılı olmayaraq texnokratlardan ibarət hökumətin formalaşmasına çağırır. Sadr hərəkatının 2018-ci il parlament seçkilərində əs-Sədr-in dəstəklədiyi Sairun koalisiyası 329 yerlik məclisdə 54 millət vəkili yeri qazanır. 2021-ci ildə baş tutan növbədənkənar parlament seçkilərində isə “Əs-Sədr” hərəkatı yenə də önə çıxaraq 73 mandat qazanır.
Bu il avqustun 29-da isə Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini söyləyib. Əs-Sədr sosial media hesabından açıqlama verərək bildirib: “Siyasi işi atdığımı və siyasətdən tamamilə uzaqlaşdığımı bəyan edirəm. Atamın məzarı, tarixi abidələr müəssisəsi və Sədr ailəsi muzeyi istisna olmaqla, bütün qurumları bağlamaq qərarına gəldim”.
İraqda Müqtəda əs-Sədrə bağlı siyasi büro başda olmaqla, iqtisadi və hərbi qurumlar mövcuddur.
Obamanın İraq “siyasəti”ndən kim necə yararlanmışdı?
Xatırladaq ki, 2008-ci ildə “Mehdi Ordusu”nun silahı yerə qoymasından az sonra, 2010-cu ildə ABŞ qoşunlarını İraqdan çıxaracağını bəyan etmişdi. Həmin ilin avqustunda çıxış edən o zamankı ABŞ prezidenti Barak Obama təsdiqləmişdi ki, avqustun 31-dən sonra ordu İraqda bütün hərbi əməliyyatları dayandıracaq. Bildirilmişdi ki, İraqda olan 65 min amerikalı əsgərin 50 mini 2011-ci ilin sonuna kimi ölkədə qalacaq və İraq ordusuna müşavirlik edəcək. Bu addımın atılması, eləcə də 2011-ci ilin yanvarından sonra ABŞ qüvvələrinin İraqı tərk etməsi İraqda müəyyən dövr siyasi böhrana belə yol açmışdı. Bu böhrandan isə yararlananlar da tapılmışdı...
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

