ABŞ 2023-cü il planına start verib
17.12.2022 [10:55]
Afrikaya G20 təklifi
ABŞ Prezidenti Cozef Bayden Afrika İttifaqını “Böyük İyirmiliy”ə (G20) daimi üzv kimi qoşulmağa çağırıb. Xarici KİV-lərin yaydığı məlumata görə, dövlət başçısı bu bəyanatı Vaşinqtonda Afrika liderlərinin ABŞ-da keçirilən sammitində səsləndirib. Bayden Afrika xalqlarını bütün dünyaya fayda verə biləcək tərəqqinin əldə edilməsində vacib tərəfdaş adlandırıb. O, həmçinin xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasında Birləşmiş Ştatların Təhlükəsizlik Şurasında islahatların aparılması və ona daimi əsasda Afrika nümayəndəsinin daxil edilməsi ideyasını dəstəkləyib.
İlk baxışdan sadə görünən, özündə heç bir mücərrəd siyasi oyunları əks etdirməyən bu təkliflərin mahiyyəti mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2023-cü ilin martında baş tutacaq II Demokratiya Sammitinin yeni dünya nizamına yol açacağı ilə bağlı iddialar bu təklifləri daha da cəlbedici edir - Afrikaya yaranan ehtiyacın səbəbləri araşdırılmalıdır. Qeyd edək ki, Afrika İttifaqı 55 Afrika ölkəsini özündə birləşdirən beynəlxalq təşkilatdır, Afrika Birliyi Təşkilatının hüquqi varisidir. Yəni Afrika qitəsinin ən böyük birliyidir.
Afrika ölkələri də “demokratikləşmə” prosesindən “paylarını” alacaqlar
ABŞ-ın dünyada tək qütbə çevrilmək uğrunda mübarizəsi artıq ikinci fazaya daxil olur. Belə demək mümkündürsə, 2022-ci il əsas rəqiblərlə - Rusiya və Çinlə müxtəlif istiqamətli mübarizələrlə yadda qaldısa, 2023-cü il fərqli status daşıya bilər. Bir xatırlatma verək - ABŞ-ın 2023-cü ilin 29-30 mart tarixlərində ikinci Demokratiya Sammitini keçirəcəyi dəqiqləşdiyi zaman Ağ Evin mətbuat katibi Karine Jan-Pier bildirmişdi ki, Kosta Rika, Niderland, Koreya Respublikası və Zambiya hökumətləri demokratiya sammitinə ortaq ev sahibliyi edəcəklər: “Sammitə ev sahibliyi etməsi üçün müxtəlif regional tərəfdaşların qoşulması demokratik dəyərlərin həm ortaq qlobal ilham, həm də qlobal məsuliyyət olduğunu vurğulayır. Sammit dünya liderlərini virtual plenar formatda bir araya gətirəcək və hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin iştirakı ilə hər bir ev sahibi ölkədə təkbətək görüşlərlə davam edəcək”.
Həmin dövrdə bu amil elə də diqqəti cəlb etməmişdisə, artıq vaxt azaldıqca əsl səbəblər ortaya çıxır. Ev sahiblərinin sırasında Zambiyanın da yer almasının səbəbi bəlli olur. Demək ki, artıq Afrika qitəsi ölkələri də “demokratikləşmə” prosesindən öz “paylarını” alacaqlar. Eyni zamanda, bu proses Afrikanın beynəlxalq aləmlə münasibətlərinə də “aydınlıq” gətirə və yeni ştrixlər əlavə edə bilər.
Yeni xammal “bazası”...
Maraqlıdır ki, G20 ilə Afrika İttifaqının yaranması təxminən eyni dövrlərə təsadüf edir. G20-nin yaranmasından ötən 23 ildə niyə məhz indi Afrika qitəsinin təmsilçiliyinə ehtiyac yarandı? Və ya ötən 23 ildə aktual olmayan Afrika təmsilçiliyini zəruri edən amillər haradan qaynaqlanır? Təbii ki, ortada səbəblər mövcuddur.
İlk olaraq vurğulamaq lazımdır ki, Ukrayna ilə Rusiya arasındakı hərbi qarşıdurma dünyada bir həqiqəti ortaya çıxardı. Dünyanın xammal ehtiyatının mühüm bir hissəsinə malik olan Rusiyasız dünya ölkələrinin işi çətinə düşür. Çünki bir çox sahələr üzrə (enerji, taxta, filiz yataqları və s.) əsas xammal bazarı məhz Rusiyadır. İrəli sürülən iqtisadi sanksiyalar isə Rusiyadan ixracın dayanmasına səbəb olub. Hazırda çətin duruma düşən dünya iqtisadiyyatı xammal üçün alternativ axtarışına çıxıb. Rusiyanı bu məsələdə əvəz edə biləcək ən əsas region isə Afrikadır. Bu baxımdan Afrikaya yaranan ehtiyac hazırda daha çox nəzərə çarpmaqdadır. Yəni, -Afrikanın gəlişi G20-ni və onun yaradıcı G7-ni rahat nəfəs aldıracaq;
-Dünya iqtisadiyatının əsas “iplərini” əlində saxlayan bu ölkələr Afrika vasitəsilə Rusiyadan asılılığını sona çatdıracaq - ən azından minimuma endirəcək;
-Bu xammalın əldə olunması artıq daha rahat şəkildə təmin ediləcək. Çünki Rusiyadan fərqli olaraq Afrika ölkələrinin heç bir siyasi iddiası yoxdur...
Yeni “bölgü” - bu dəfə xətkeş...
Digər amil isə ABŞ-ın dünya liderliyi uğrunda mübarizəsində yeni mərhələyə keçid etməsidir. Daha doğrusu, ABŞ Afrika İttifaqını da G20-yə dəvət etməklə özünün qitə üzərindəki patronajlığını rəsmiləşdirmək fikrindədir. Bu isə, həm də maraqlı “əvəzetməni” reallaşdıra bilər. Belə ki, vaxtilə öz azadlığına qovuşan Afrika ölkələrinin əksəriyyətində dominantlıq hələ də keçmiş imperiyaların varislərinə məxsudur. Başqa sözlə, vaxtilə Afrikanı “xətkeşlə bölənlər” hələ də orada müəyyən söz sahibliyi statusunu qoruyub saxlayırlar. ABŞ isə Afrika İttifaqını G20-yə dəvət etməklə:
- Avropanın Afrikadan sıxışdırılıb çıxarılmasına nail olacaq;
- Qərb “imperiyalarını” gizli kaloniyalarından əl çəkməyə məcbur edəcək;
- Hələ də ucuz işçi qüvvəsi, ucuz xammal məkanı kimi tanınan, hətta bəzi qeyri-qanuni ticarətin belə fəal yer aldığı Afrikaya “yeni nəfəs” bəxş edəcək;
- Ən əsası Afrikada nəzarətdən kənarda qalan bəzi hakimiyyətlərin “yumşaq güc” vasitəsilə ya nəzarətə alınmasını, ya da dəyişdirilməsini təmin edəcək.
Bütün bunlar isə ABŞ-ın dünya liderliyi uğrunda apardığı prosesdə önəmli bir yol qət etməsinə imkan yaradır, yaşıl işıq yandırır.
Yeni “dayanacaq” - hərbi ittifaq, yoxsa...
ABŞ, həm də Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi bazası kimi baxa bilər. Nəzərə alınmalıdır ki, Avropada NATO, Uzaq Şərqdə AUKUS kimi təşkilatlar vasitəsilə hərbi nizamı əlində saxlayan Vaşinqton Yaxın Şərq regionunda o qədər də güclü deyil. Daha doğrusu, stabil hərbi üstünlüyə malik deyil. Bunun təmin edilməsi üçün isə, güclü və dayanıqlı müttəfiqlər vacib şərtdir. Bəli, regionda ABŞ-ın ən yaxın müttəfiqi kimi Türkiyə göstərilə bilər. Amma son baş verənlər ABŞ ilə Türkiyə arasındakı münasibətlərin kövrək xarakter daşıdığını deməyə əsas verir. Ən azından, Türkiyə lideri Ərdoğanın “müttəfiqlərini”, hətta daha açıq kontekstdə ABŞ-ı onun düşmənlərini silahlandırmaqda ittiham etməsi Vaşinqtonu düşünməyə vadar edib.
Ən əsası isə ABŞ artıq bu prosesdə də mühüm bir yol qət edib - hərbi müttəfiqə çevrilə biləcək hakimiyyətlərin bəziləri “ərəb baharı” ilə, başqa sözlə “Vaşinqtonun xeyir -duası” ilə formalaşdırılıb. Bu isə ABŞ-a həmin dövlətlərin ərazisində rahat şəkildə davranmağa imkan yaradır.
Beləliklə, indiki halda Afrika İttifaqının G20-yə daxil olması ən çox ABŞ-ın maraqlarına cavab verir. Demək ki, Baydenin təklifi də “2023 planı”nın tərkib hissəsidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

