Papa Fransisk imza atdı - səhhəti pisləşərsə...
20.12.2022 [10:22]
Müqəddəs Taxt-Tacın sahibi öz statusundan imtina edəcək
Xristian aləminin müqəddəs məkanı sayılan Vatikan yenidən diqqət mərkəzindədir. Dekabrın 17-də 86 yaşı tamam olmuş Roma Papası Fransisk səhhətinin ciddi şəkildə pisləşəcəyi təqdirdə taxt-tacdan imtinası ilə bağlı sənəd imzalayıb. Bu barədə pontifik İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib. “Tibbi və ya başqa bir səbəbdən maneə yaranarsa, mənim imtinam budur”, - pontifik deyib.
O, həmçinin 2013-cü ildə son bir neçə əsrdə taxtdan imtina edən ilk Papa olmuş XVI Benediktə tez-tez baş çəkdiyini vurğulayıb. Frensis 95 yaşlı Benedikti “müqəddəs” adlandırıb.
İlk cənubi amerikalı Papanın istefası...
Qeyd edildiyi kimi, Papa Fransisk hər hansı bir səbəbdən öz tac-taxtından imtina edərsə, bu, bir əsrdə ikinci belə hadisə olacaq. XXI əsrin ilk papa istefası XVI Benediktlə bağlı baş vermişdi. 2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş XVI Benedikt 1055-1057-ci illərdə Roma Katolik Kilsəsinə başçılıq etmiş II Viktordan sonra ilk alman pontifiki idi. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşı olması ilə seçilirdi. Papa XVI Benedikt 11 fevral 2013-cü il tarixində gözlənilmədən istefa verdi və səbəb kimi qocaldığına görə yorulduğunu və işləyə bilməyəcəyini bildirdi. Bu xəbər bütün xristian aləmində ajiotaja səbəb olmuşdu.
İndiki halda isə Cənubi Amerikalı və Yezuitlər ordenindən ilk papa olan Fransiskin bu addımı atacağı ilə bağlı anons səsləndirməsi xristian aləmində çaxnaşmaya yol aça bilər. Çünki Papalıq institutu bütün xristian aləmi üçün vacib əhəmiyyət daşıyır - hətta bu gün də Roma Papasının mənəvi də olsa, bütün dövlətlərə təsir imkanlarının qaldığı təsəvvür edilir.
Qeyd edək ki, Roma Papası - Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir - Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa peyğəmbər papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə, Pyotr Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də varisləri Romalı yepiskoplardır.
Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında yüksək səviyyəli dialoq...
Bu ilin mayında diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi tamam olan Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına hər zaman böyük önəm verilir, xüsusi diqqət göstərilir. 2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında isə Papa Fransiskin Azərbaycana səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Ümumiyyətlə, Vatikandan Azərbaycana mənəvi-siyasi baxış - münasibət müsbət çalarlarla zəngindir. Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çox sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Qeyd edək ki, 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdi - bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi.
2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində ölkəmizin başçısı və birinci xanım Mehriban Əliyeva Papa Fransisk ilə görüşüblər. Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir. Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.
Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir. Bu isə kritik - taleyüklü anlarda və məqamlarda strateji amilə çevrilir. Konkret bir məqama nəzər salaq: məlumdur ki, Ermənistanla yanaşı, bəzi geosiyasi mərkəzlər İkinci Qarabağ müharibəsinə dini don geyindirməyə, məsələni “sivilizasiyalararası savaş” kimi təqdim etməyə çalışırdılar. Məqsəd din amilindən istifadə edərək xristian dünyasından Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq idi. Hətta onlar Roma Papası tərəfindən Azərbaycan əleyhinə bəyanat səsləndirilməsinə cəhd göstərsələr də, buna nail olmadılar.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

