İki tərəfə baxan çaş qalar
07.04.2023 [10:59]
Ermənistan Qərblə Rusiya arasında
Mübariz FEYİZLİ
Azərbaycan xalqının gözəl bir zərb-məsəli var: “İki tərəfə baxan çaş qalar”. Qərinələrin sınağından keçərək bu günümüzədək gələn bu zərb-məsəlin hikməti həm də ondan ibarətdir ki, hər kəs gərək öz əqidəsinə sadiq qalsın, bir yol, bir istiqamət müəyyənləşdirsin və onunla da irəli getsin. Sapmalar, eyni vaxtda müxtəlif səmtlərə baxaraq hərəkət etmək pis sonluqla nəticələnir. Öz oriyentasiyasını vaxtaşırı dəyişən Ermənistanın timsalında görürük ki, bu hikmət, həmçinin ölkələrə, dövlətlərə də aiddir.
Ermənistanın dövlət siyasətində erməni riyakarlığı
Dünyada mövcud olan xalqların hər biri özünün dominant cəhətləri ilə tanınır. Ermənilərin də riyakarlıqda ad çıxardıqları heç kəsə sirr deyil. Düzdür, ermənilər özləri barədə “mədəni xalq” mifi yaratmağa cidd-cəhd göstərirlər. Ancaq bu, ermənilərin özlərindən başqa heç kimin inanmadığı mifdir. Təsdiqini tapan həqiqət isə belədir: Harada erməni varsa, orada hiylə, yalan var. Buqələmun kimi dəyişmək ermənilərin genində, xislətində var. Onlar məqsədlərinə məhz riyakarlıqlara əl atmaqla çatırlar.
Bu gün Ermənistan dövlətinin - hərçənd ki, bu ölkəni dövlət adlandırmaq da doğru deyil - siyasətindən də erməni riyakarlığı qırmızı xətt kimi keçir. Bu ölkənin regional və qlobal müstəvidə faydalılıq əmsalı sıfıra bərabərdir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Belə ki, Ermənistanın əməkdaşlığa töhfə verməyə nə potensialı var, nə də istəyi. Bunun müqabilində beynəlxalq birlikdən umacaqlar yerə-göyə sığmır. Sanki ölkənin gözü yolda, qulağı səsdədir - haradan hansı köməklər gələcək. Həyati məsələlərini ianələr hesabına həll edən bu ölkəyə sadiqlik, minnətdarlıq anlayışı isə yerli-dibli yaddır. Başqalarına heç nə vermək istəməyən bu ölkə hansısa bir ünvandan istədiyi dəstəyi, yardımı, ianəni almadıqda mövqeyini həmən dəyişir.
Rusiyanın çətiri altına sığınan məzlum ölkə
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinin çətiri altına sığındığını əks etdirən foto, yəqin ki, yaddaşlardan uzun müddət si?inməyəcək. Geniş müzakirələrə yol açan və N.Paşinyanı növbəti dəfə lağ obyektinə çevirən bu foto çox doğru olaraq həm də Ermənistanın Rusiyadan asılı olduğu məzmununda təqdim edilir. Belə qənaətlər ifadə etmək üçün hər cür əsas var. Ermənistan indiyədək bir dövlət kimi mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bu ölkənin iqtisadiyyatı, enerji təhlükəsizliyi böyük dərəcədə Rusiyadan asılıdır. Şimal qonşumuz Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın silah-sursat təchizatında mühüm rol oynayıb. Rusiyadan Ermənistana silahlar bir çox hallarda pulsuz və yaxud çox aşağı qiymətlərlə göndərilirdi. Digər tərəfdən, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Xatırladaq ki, məlum üçtərəfli Bəyanat məhz bu ölkənin təşəbbüsü və səyləri sayəsində imzalanıb. Müharibə başa çatandan sonra Rusiyanın dövlət başçısının və digər yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə Moskvada və Soçidə bir neçə dəfə üctərəfli formatda görüşlər keçirilib.
Ermənistanın Rusiyadan asılılığı o səviyyədədir ki, bu ölkənin Türkiyə və İranla sərhədləri də şimal qonşumuz tərəfindən qorunur. Ermənistandakı 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur.
Bu kimi faktların fonunda belə təsəvvür yaranmışdı ki, erməni xalqı Ermənistan deyilən dövlətin yaradılmasında və onun onilliklər boyunca ayaqda qalmasında müstəsna rol oynayan Rusiyaya minnətdarlıq hissini əbədiyyətə qədər qoruyub saxlayacaq. Ancaq yox, ortada erməni xisləti və riyakarlığı var ikən minnətdarlıq deyilən hissləri də yaddan birdəfəlik çıxartmaq lazımdır. Ötən ilin yayından başlayaraq Ermənistan rəsmiləri bu və ya digər formada Rusiyadan narazılıqlar ifadə edirlər ki, bu da təsadüfi sayıla bilməz. Hazırda məlum səbəblərdən Rusiya ətrafında geosiyasi vəziyyət dəyişib. Ermənistan isə bunu başqa dairələrinin çətiri altına keçmək üçün bir fürsət kimi dəyərləndirir. Bunu etmək ermənilər üçün su içmək qədər asandır.
Qərbə doğru yeni oriyentasiya
Rusiyadan qopmağa çalışan Ermənistanın oriyentasiyasını Qərbə doğru dəyişdiyi müşahidə edilir. Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə birdəfəlik üzlüşməyə bəhanələr axtaran Ermənistan indi nicatını Avropa İttifaqına (Aİ), Fransaya bağlayıb. Bir vaxtlar Azərbaycandan narazılıqlarını tələmtələsik Moskvaya çatdıran, V.Putinin dediklərini tutuquşu kimi təkrarlayan Nikol Paşinyan indi Fransa prezidenti Emmanuel Makrondan aldığı tezislərə uyğun gəlişmələr etməyə üstünlük verir. Məhz Ermənistan-Fransa bacılaşmasının nəticəsidir ki, Ermənistanda Aİ-nin missiyası peyda olub. Mülki adlandırılsa da, tərkibində Fransanın, Almaniyanın xüsusi xidmət orqanlarının təmsilçilərinin yer aldıqları bu missiyanın ölkəyə ayaq açması əslində Ermənistanın keçmiş patronuna birdəfəlik arxa çevirmək və ona meydan oxumaq anlamına gəlir. Missiyanın cari ilin fevralın 20-dən fəaliyyətə başlamasından sonra Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca nəyinsə dəyişdiyini söyləmək mümkün deyil. Ermənistan tərəfindən sərhədlərdə ardıcıl təxribatlar davam edir. Ermənilər eyni hərəkətlərə, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində də əl atırlar. Bütün bunların fonunda missiyanın rəsmiləri onların sərhədlər boyunca baş verən insidentlərin qarşısını almağa imkanlarının olmadığından şikayətlənirlər.
Bəs Avropadan Ermənistana gələn missiya nə ilə məşğudur? Sualın cavabı bu günlərdə mətbuatda yayılan məlumatlardan məlum oldu. Sən demə, N.Paşinyanın müraciəti, E.Makronun xeyir-duası ilə Ermənistana gələn missiyaya həm də Rusiya ordusu, müharibədəki vəziyyətlə bağlı kəşfiyyat məlumatları toplamaq vəzifəsi həvalə olunubmuş. Markus Ritterin rəhbərliyi ilə çalışan missiya da əsas gücü məhz bu istiqamətdə fəaliyyətə verib.
Bu günlərdə Ermənistan Rusiyada kəskin etirazlar yaradan daha bir addım atıb. Söhbət Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun Ermənistan konstitusiya məhkəməsi tərəfindən təsdiqlənməsindən gedir. Xəbər verildiyi kimi, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentinin həbs olunmasına qərar verib. Ermənistan konstitusiya məhkəməsi Roma Statutunun ER Konstitusiyasına uyğunluğu ilə bağlı qərarın mətnini dərc edib. Həmin sənəddə vurğulanır ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının geriyə qüvvəsi olması ilə bağlı müəyyən edilmiş öhdəliklər konstitusiyaya uyğundur. Rusiya üçün indiki həssas məqamda Ermənistanın Roma Statutunu təsdiqləməsi hansı anlama gəlir? Xatırladaq ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin statutunu 1999-cu ildə imzalayıb. Ancaq həmin tarixdən 24 il vaxt ötsə də, onun ratifikasiya edilməsi məhz indi yada düşüb.
Nikol Paşinyanın impiçment edilməsi
Rusiya Ermənistanın siyasi oriyentasiyasını dəyişməsinə kəskin etirazlarını diqqətə çatdırır. Bu, başa düşüləndir. Rusiya rəsmiləri ard-arda açıqlamalar verərək N.Paşinyan hakimiyyətinin davranışlarının Ermənistan üçün acı nəticələrə gətirib çıxardacağını bildirirlər. N.Paşinyana mesajlar ünvanlanır ki, verdiyi qərarların məsuliyyəti barədə yaxşı-yaxşı düşünsün. Artıq Ermənistan liderinin Moskva ssenarisi əsasında impiçmenti məsələsi də gündəmə gəlib. Ona etimadsızlıq göstərilməsi ilə bağlı müxtəlif ssenarilərin hazırlandığı bildirilir.
Rusiyanın narahatlığı öz yerində. Hakim komandanın ölkənin oriyentasiyasını dəyişməsi Ermənistan cəmiyyətinin özündə də məyusluqla izlənilir. Erməni analitik Tiqran Koçaryan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Qərb variantının seçilməsi ən pis ssenaridir. Onun sözlərinə görə Avropanın Ermənistanı dəstəkləməsi sadəcə, imitasiya xarakteri daşıyır. Əslində isə Qərb Ermənistana görə Azərbaycanla münasibətlərini heç vaxt pozmayacaq. Tiqran Koçaryan reallıqdan şıxış etdiyini bildirib. Onun qənaətinə görə, Qərbin planı tənzimləmə prosesinə töhfə vermək yox, regiondakı maraqlarını təmin etməkdir. Bu plana Cənubi Qafqazda möhkəmlənmək və Rusiyanın buradan sıxışdırılıb çıxardılmasına nail olmaq kimi məqsədlər daxildir.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17

