Fransa yenidən etirazlar burulğanında
07.06.2023 [10:50]
Qısamüddətli fasilədən sonra Fransa yenidən çalxalanır. Belə ki, ölkədə mitinqlərin, kütləvi etirazların yeni dalğasına start verilib. Bu, daxili işlər naziri Cerald Darmanin ötən bazar günü jurnalistlərə verdiyi məlumatından bəlli olub. O bildirib ki, Fransa Daxili İşlər Nazirliyi iyunun 6-da ölkə boyu pensiya islahatına qarşı keçiriləcək nümayişlər zamanı asayişi təmin etmək üçün 11 min polis və jandarm göndərəcək. Onun sözlərinə görə, göstərilən saydan 4000-i Parisdə nümayişçiləri izləyəcək. “Daxili İşlər Nazirliyinin kəşfiyyat xidmətləri çərşənbə axşamı xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakını gözləyir”, - deyə Darman bildirib. Nazir həmçinin əlavə edib ki, onun göstərişi ilə 17 nəfərə “bu şəxslərin yürüşlərə qoşulmasının qarşısını almaq və lazım gələrsə, saxlanmalarını asanlaşdırmaq məqsədilə” inzibati qadağalar tətbiq edilib.
Fransanı çalxalayan pensiya islahatları
Fransa cəmiyyətini ayağa qaldıran prezident Emmanuel Makronun təşəbbüsü ilə hökumətin yanvar ayında təqdim etdiyi pensiya islahatları layihəsidir. Nəzərdə tutulan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.
Artıq pensiya islahatlarının reallaşdırılması istiqamətində ilk addımlar atılıb. Belə ki, mart ayında Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib. Bildirilib ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib.
Tənəzzül dövrünü yaşayan iqtisadiyyat
Bəs E.Makron hökumətini qalmaqallı pensiya islahatları aparmağa vadar edən amillər hansılardır? Mütəxəssislər ölkədə bəhs olunan islahatlara gedilməsini zəruri edən amillər sırasında qlobal miqyasda şərtlərin dəyişməsi fonunda iqtisadiyyatın geriləməsini önə çəkirlər. Nüfuzlu beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri Fransa iqtisadiyyatının perspektivləri ilə bağlı kədərli proqnozlar irəli sürürlər. 2022-ci ilin sonunda “S&P Global Ratings” beynəlxalq agentliyi Fransanın “AA” səviyyəsində suveren reytinqi üzrə proqnozu “sabit”dən “mənfi”yə endirmişdi. Agentliyin yaydığı məlumatda bildirilib: “Fransa iqtisadiyyatında yavaşıma, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək”.
Beynəlxalq Valyuta Fondu isə qarşıdakı illərdə Fransanın tənəzzülünü proqnozlaşdırıb. Qurumun dəyərləndirmələrinə görə, Fransa geridə qalır və o, avro zonasında dövlət borcunu 2028-ci ilə qədər azaltmayan yeganə ölkə olaraq qalacaq. Bu barədə BVF-nin maliyyə siyasətləri haqqında hesabatında qeyd edilib.
Fondun təqdim etdiyi hesabatda Avrozona ölkələrinin xarici borc öhdəliklərinin müqayisəsi aparılıb. Hesabata əsasən, Avropa ölkələri qarşıdakı beş ildə dövlət borcunu azaldacaq. Yalnız Fransanın dövlət borcu davamlı artacaq və 2028-ci ildə ÜDM-in 115 faizinə çataraq, hətta pandemiya dövründəki ən yüksək səviyyəni üstələyəcək.
Qeyd edək ki, hazırda Fransa təxminən 3 trilyon avro həcmində xarici borc öhdəliyinə malikdir. Bu rəqəm ÜDM-in 112 faizini təşkil edir. Ölkə dövlət borcuna xidmət olunmasında ciddi çətinliklərlə qarşılaşa bilər. Eyni zamanda, borclanmanın bahalaşması sadə fransızların kredit yükünü daha da artırır və onların həyat şəraitini ağırlaşdırır.
Fransada qiymətlərin davamlı olaraq artması beşinci respublikanın inflyasiya burulğanına düşdüyündən xəbər verir. Qiymətlərin ötən il yüksək səviyyədə olan artım tempi cari ildə də səngimir. 2023-cü ilin əvvəlində verilən məlumata əsasən, bu ölkədə illik inflyasiya 5,9%-dən 6%-ə yüksəlib. Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) məlumat yayıb. İnflyasiyanın kəskin artmasına səbəb ərzaq qiymətlərinin 13,3%, enerji qiymətlərinin isə 16,3% bahalaşmasıdır.
İqtisadiyyatda yaranan çətinliklərin qarşısını ala bilməyən hökumət E.Makronun təşəbbüsü əsasında islahatlar adı altında sosial xərclərin azaldılması taktikasına əl atıb. Məqsəd bacarıqsız hökumətin maliyyə yükünü cəmiyyətin, o cümlədən də təqaüdçülərin üzərinə yükləməkdir.
Səngiməyən etirazlar
Bəhs olunan qanun layihəsi Fransa cəmiyyətində lap əvvəldən etirazlarla qarşılanıb. İndiyədək ölkə boyunca kütləvi hal alan mitinqlərdə etirazçılar “Ömür boyu işləmək istəmirik” şüarları səsləndiriblər. Onların qənaətinə görə islahatlar bu ölkədə təqaüdləri çoxları üçün əlçatmaz hala gətirəcək. “Hümanite” qəzetində dərc olunan statistika etirazçıların narahatlığının əbəs olmadığını təsdiqləyir. Həmin statistik təqdimatda bildirilir ki, Fransada daha kasıb əhalinin 25 faizi 62 yaşdan daha tez həyatdan köçür. Başqa bir rəqəm də kədərlidir. Vurğulanır ki, 62 yaş fransızların yarısı üçün arzulanan “uzun ömür” sayılır.
Qanun layihəsinin Senatda qəbul edilməsi ölkə boyunca E.Makron hökumətinə etirazları daha da artırıb. “Həmkarlar ittifaqı yığıncağında pensiya islahatlarının geri götürülməsi tələbinin davam etdiriləcəyi ilə bağlı qərar qəbul olunub”, - deyə “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının nümayəndəsi Ketrin Perret bildirib.
Qeyd etdiyimiz kimi, Fransanı çalxalayan, insanları gələcəyə ümidsiz edən pensiya islahatlarının layihəsi prezident E.Makronun təşəbbüsü ilə hazırlanıb. Etirazçıların əsas tələbi də “onları ömür boyu işləməyə məcbur etmək” barədə düşünən dövlət başçısının istefasına nail olmaqdır. Tələb birmənalı qoyulur: Parlamentdə dinləmələr keçirilmədən qəbul edilən islahatlar paketi ləğv edilsin və E.Makron hakimiyyətdən getsin.
Bu arada, ölkədə müxtəlif qurumlar tərəfindən rəy sorğuları keçirilib. Respondentlərdən “Makrona etimad göstərirsinizmi” sualına cavab istənilib. Onun siyasətini dəstəkləyənlərin sayı heç 30 faizə də çatmayıb. Verilən məlumatlara görə E.Makronun reytinqi 2019-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Yeri gəlmişkən, parlamentdə də E.Makrona etimadın azaldığı müşahidə edilir. Fransada kütləvi etirazlara səbəb olan mübahisəli pensiya islahatı Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilərək Milli Assambleyada səsverməyə çıxarılmadan qəbul edildikdən sonra prezident Emmanuel Makron hökumətinə qarşı iki etimadsızlıq təklifi irəli sürülüb. Birinci etimadsızlıq təklifi 278 deputatın səsini qazanıb. Parlamentin E.Makrona etimadsızlıq göstərməsi üçün cəmi 9 səs çatmayıb.
Fransa daxili işlər naziri Cerald Darmanin son açıqlaması E.Makronun öyündüyü “demokratik ölkə” imicinə ciddi zərbədir. İndiyədək Parisdə və digər şəhərlərdə etiraz mitinqləri bir qayda olaraq polis dəyənəyindən, su şirnaqlarından, rezin güllələrdən, zərərli qazlardan istifadə olunması ilə dağıdılıb və yüzlərlə etirazçı həbsə alınıb. Daxili işlər nazirliyinin rəsmisinin açıqlamasından bəlli olur ki, hökumət iyunun 6-dan startı verilən yeni etiraz dalğasının da qarşısını eyni ssenariyə əl atmaqla - polis dəyənəyini işə salmaqla yatıracaq.
E.Makron hökumətinin etirazçılara, ölkədə aparılan səhv, qeyri-humanist siyasətə qarşı çıxanlara zor tətbiq etməsi suallar yaradır: Demokratik Fransa hara, mitinqlərin polis dəyənəyi ilə dağıdılması hara? Bunlar tamam əks qütblərdə dayanan, bir-biri ilə ziddiyyət təşkil edən anlayışlardır. Belə çıxır ki, prezident E.Makron və onun komandası demokratik ənənələrdən uzaqlaşmaq yolu tutub. Sual isə belədir: Bu, E.Makron hökumətini cəmiyyətin etirazlarından və nifrətindən qoruyacaqmı?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

