Rəisi Latın Amerikasına niyə gedib?
15.06.2023 [10:50]
AntiABŞ koalisiyasında aparıcılardan olmağa çalışan İran
ABŞ-ın sanksiyalar siyahısında ilkin sıralarda olan İran hakimiyyəti “Qərbin hegemonluğunu qəbul etməyən müttəfiqlər” adlandırdığı Cənubi Amerika ölkələrinə yaxınlaşmaq üçün aktiv fəaliyyətə başlayıb. Buna misal olaraq may ayının 12-də İran prezidenti İbrahim Rəisinin Venesuela, Kuba və Nikaraquaya rəsmi səfərini göstərmək olar. İranın dövlət televiziya kanalları Rəisinin siyasi və iqtisadi əlaqələri gücləndirmək məqsədi ilə Cənubi Amerika turuna çıxması barədə məlumat yayıb.
Məsələ burasındadır ki, Rəisinin səfər etdiyi hər üç ölkə ABŞ-ın sanksiyalar tətbiq etdiyi ölkələr siyahısına daxildir. “İran İslam Respublikası ilə Latın Amerikasının müstəqil ölkələri arasında əlaqələr strateji xarakter daşıyır. Bizim və bu üç ölkənin mövqeyi imperializmə, birtərəfliliyə müqavimət göstərməkdir”, - deyə prezident Rəisi səfərdən öncə jurnalistlərə açıqlama verib.
Rusiya üçün elçilik
Maraqlıdır, cənub qonşumuzu okeanın o tayına, Latın Amerikasına aparan səbəblər hansılardır? Doğrudanmı İran hakimiyyəti ABŞ kimi superdövlətlə açıq oyun oynamaq cəsarətindədir? Yoxsa bu cəsarət xarici təsirlərdən, konkret desək, Rusiyanın xeyir-duasından qaynaqlanır?
Bəzi analitiklərin fikrincə, Rəisinin Latın Amerikasına gözlənilməz səfəri işgüzar əməkdaşlıq məqsədilə deyil, bilavasitə Rusiya hakimiyyətinin sifarişi ola bilər. Dünyada antiRusiya meyillərinin güclənməsi nəticəsində siyasi və iqtisadi müstəvidə hər tərəfdən sıxışdırılan Putin rejimi dayanmadan yeni müttəfiqlər axtarır. Xatırlayırsınızsa, bu il mayın 20-də G7 ölkələrinin Yaponiyada keçirilən sammiti zamanı bir sıra dövlətlərin Ukrayna müharibəsi ilə bağlı mövqeyi maraq doğurmuşdu. Qlobal tədbirdə Braziliya, Vyetnam, Hindistan kimi dövlətlərin hələ uzun müddət Rusiya-Ukrayna savaşına neytral münasibət sərgiləməkdə davam edəcəyi hiss olundu. Məhz bu münasibət dünya ölkələrinin çıxışlarını dörd gözlə izləyən Kreml üçün müəyyən dərəcədə pozitiv stimul verdi. ABŞ-ın sanksiyalar siyahısına daxil olan və ya ABŞ hakimiyyəti ilə hər hansı problem yaşayan siyasi rejimlər Rusiya ilə müttəfiqlik imkanlarını bir daha nəzərdən keçirmək fikrindədir. Məsələn, G7 sammitindən dərhal sonra Braziliya prezidentinin sözçüsü Ukraynaya dəstək çağırışlarına “heç kəs Braziliyanı hansısa qərar verməyə məcbur edə bilməz” kimi fikir səsləndirmişdi. Əlbəttə, müharibə ilə bağlı neytral mövqe sərgiləyənlər də Kremlin favoritləri siyahısına daxildir. “Düşmənimin düşməni mənim dostumdur” məntiqi ilə yanaşsaq, hazırda Putin administrasiyasının İran, Şimali Koreya və nüfuz dairəsinə aldığı digər bu kimi ölkələri okeanın o tayına, ABŞ-ın qulağının dibinə “elçi göndərmək” planı ağlabatandır.
İrana gəldikdə isə görünən odur ki, Rəisidən öncəki dövlət başçılarının hakimiyyəti dövründə Qərblə getdikcə pisləşən münasibətlər elə həmin müstəvi üzərində də davam etməkdədir. İran prezidentinin ABŞ-ın qara siyahısında olan ölkələrə səfəri məlum gedişatı daha da sürətləndirəcək.
İqtisadi yaxınlıq, siyasi oxşarlıq
İranın Latın Amerikası ölkələri arasında ən sıx münasibətdə olduğu dövlət Venesueladır. Ötən il Venesuela prezidenti Nikolas Maduro Tehrana səfər etmiş və iki ölkə arasında 20 illik əməkdaşlıq sazişi bağlanmışdı. Son üç il ərzində isə İran Karakasla enerji sahəsində əməkdaşlığı önəmli dərəcədə gücləndirib. Tehran xüsusilə Venesuela neft emalı zavodlarının təmirinə və yenidən qurulmasına yardım göstərir, eyni zamanda, neft və qaz hasilatını artırması üçün bu Amerika ölkəsinə ağır neft daşımaları göndərir.
Qərb mediası yazır ki, Rəisinin səfəri Maduronun Səudiyyə Ərəbistanına işgüzar səfərindən bir həftə sonraya təsadüf edir. Bu da Ər-Riyadın daimi müttəfiqi ABŞ-ın razılığı olmadan atdığı növbəti addımlardan biri kimi dəyərləndirilir. Bundan öncə ABŞ-ın narazılığına səbəb olan daha bir məsələ isə Səudiyyə Ərəbistanı ilə İranın mart ayında diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəlməsi idi. Qərbdə belə düşünürlər ki, məhz Səudiyyə ilə İranın yaxınlaşması Suriya prezidenti Bəşər Əsədin Ərəb Liqasına qayıdışına zəmin yaradıb.
İranla isti münasibətləri olan daha bir Cənubi Amerika ölkəsi Kubadır. “COVİD-19” pandemiyası zamanı mehribanlaşan İran və Kuba bundan sonra da ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir. Bu səbəbdən ötən ay Kuba nümayəndə heyəti Tehranda olub və İran rəsmilərinin dediyinə görə, onlar biotexnologiya, səhiyyə, ticarət, bankçılıq, kənd təsərrüfatı və idman sahələrində əməkdaşlığı əhatə edən 13 saziş imzalayıblar.
Beynəlxalq təşkilatların hesabatlarında Nikaraqua da insan haqlarının vəziyyəti ilə bağlı İranla eyni sırada yer alır. Bu ölkə 2018-ci ildən bəri ABŞ və Avropa Birliyinin sanksiyalar hədəfinə çevrilib.
Bu ərəfədə Qərbin “persona non qrata”sı sayılan Şimali Koreya lideri Kim Çen In “Rusiya günü” münasibətilə prezident Putinə və Rusiya xalqına təbrik teleqramı ünvanlayıb. Təbrik mətnində “Bu gün Rusiyanı öz suverenliyindən, təhlükəsizliyindən və dinc həyatından məhrum etməyə çalışan düşmən qüvvələrin artan təhdid və çağırışlarını dəf etmək üçün apardığı mübarizə yeni həlledici mərhələyə qədəm qoyub. Ədalət mütləq zəfər çalacaq və bununla da rus xalqı özünün qələbə tarixinə yeni bir zəfər əlavə edəcək!” kimi sözlər yer alıb. Əslində, Şimali Koreya rəhbərinin bu təbriki heç kimi təəccübləndirmir, çünki 2022-ci ilin iyulunda bu ölkə qondarma Luqansk və Donetsk respublikalarının müstəqilliyini tanımışdı. Elə bu hadisədən sonra Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri tamamilə kəsdi.
Beləliklə, ABŞ-Rusiya qarşıdurmasında son durum İran prezidentinin Latın Amerikasına səfəri fonunda daha da aydınlaşır. Rusiya özünə yeni partnyorlar axtarır, İran Moskvanın göstərişi ilə antiQərb koalisiyasını genişləndirməyə çalışır, ABŞ isə hələlik bütün bunları səbrlə izləyir, daha doğrusu, bu cür görüntü yaradır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40

