Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Revanşistlərə, separatçılara və Makrona tərs sillə

Revanşistlərə, separatçılara və Makrona tərs sillə

08.07.2023 [11:30]

Postmüharibə mərhələsində məğlub Ermənistanla Fransanın Cənubi Qafqaz regionunda sülhyaratma prosesini bir növ manipulyasiya predimetinə çevirdiklkərinin şahidi oluruq. Qalib Azərbaycan bölgədə davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq üçün 30 illik müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ancaq Azərbaycanın sülh çağırışları Ermənistanda adekvat qarşılanmır. Bu ölkə və Fransa sinxron fəaliyyət göstərərək sülhyaratma prosesi ilə bir araya sığmayan, üçtərəfli Bəyanatın, eləcə də Brüsseldə, Vaşinqtonda, Moskvada, Praqada, Soçidə əldə olunan razılaşmaların ruhuna uyğun olmayan yanaşmalar ortaya qoyurlar. Aydın şəkildə görünür ki, Ermənistan və çoxminlik erməni lobbisinin girovluğunda qalan Fransa prosesləri pozmaqla vaxt qazanmaq, artıq tarixdə qalan Qarabağ münaqişəsini yenidən beynəlxalq gündəliyə daşımaq, Xankəndidəki separatçılara dəstək vermək istəyirlər. Ancaq nə Ermənistanın, nə də Fransanın belə çabalamaları bir nəticə vermir. Azərbaycanın apardığı ardıcıl siyasət sayəsində maskalar yırtılıb, artıq beynəlxalq ictimaiyyət Nikol Paşinyanın, erməni lobbisinin göz yaşlarına inanmır, həmçinin Fransa prezidenti Emmanuel Makronun, necə deyərlər, ermənilərdən artıq ermənilik etməsi bir nəticə vermir. Son vaxtlarda sülhyaratma prosesinə vasitəçi qismində qoşulan Brüsseldən, Vaşinqtondan, Moskvadan onları məyus edən açıqlamalar gəlir. Dünya qalib Azərbaycanın tarixi ədalətə və beynəlxalq prinsiplərə əsaslanan mövqeyini dəstəkləyir. 

Makronun edə biləcəyi

yeganə şey - özünüpiardır

Fransa böyük dövlətdir. Bu ölkənin demokratik ənənələri var. Ancaq Makronun prezidentliyi dönəmində Fransanın bütün dünyada nüfuzunu itirdiyinin şahidi oluruq. Dövlət başçısının açıqlamaları və davranışları, bu gün ölkədə müşahidə edilənlər Fransanın ənənələrindən geri döndüyü təəssüratlarını yaradır. E.Makronun rəhbərliyi ilə Fransanın yeni müstəmləkəçiliyə, ksenofobiyaya , irqi ayrı-seçkiçiliyə açıq şəkildə rəvac verməsi acı təəssüf doğursa da, reallıqları qəbul etmək məcburiyyətindəyik.  İş o yerə çatıb ki, hazırda Fransanın bütövlükdə Avropanın təhlükəsizliyinə təhdidlər yaratdığı müxtəlif masalarda müzakirə olunur.

Makronun özünü Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə qatmaq cəhdləri isə bu ölkədə yaranan böyük ədəbiyyat nümunəsi Don Ki Xotu xatırladır. Azərbaycan onun ermənipərəstliyini, birtərəfli və qərəzli yanaşmalarını əsas tutaraq sülhyaratma prosesində iştirakını istəmir və öz mövqeyini də açıq şəkildə bildirib. E.Makron isə özündən virtual qəhrəman obrazı formalaşdıraraq sülhyaratma prosesində yer almasından, danışıqlara hansısa “töhfələr” verməsindən söhbət açır. Bu barədə o, növbəti dəfə  bir qədər bundan əvvəl Marseldə erməni icmasının nümayəndələri ilə görüşündə danışıb. Həmin görüşdə E.Makron təvəzökarlığı tamamilə bir kənara qoyaraq özünü erməni lobbisinə “qəhrəman” kimi təqdim edib və danışıqlarda Azərbaycan Prezidentinə Ermənistanın baş nazirinə nisbətən daha çox təzyiq göstərdiyini deməkdən çəkinməyib (?!). Dünya Prezident İlham Əliyevin prinsipiallığına və qətiyyətinə yaxşı bələddir. Azərbaycanın dövlət başçısının sözü və imzası eyni çəkiyə malikdir, O nəyi deyirsə, onu da yerinə yetirir. Makron hansı cürətlə Prezident İlham Əliyevi Azərbaycanın milli maraqlarından geri çəkindirə bilər! Bu fikirlər Makronun illüziyasıdır və Fransa kimi bir ölkənin dövlət başçısının məqamına qətiyyən uyğun gəlmir. Təsadüfi deyil ki, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova da E.Makronun dediklərinə təəccübünü gizlətməyib.  “Bizi az şey təəccübləndirə bilər, amma bəzən Fransa prezidenti Emmanuel Makron buna nail olur, iyunun 28-də Marseldə olduğu kimi”, - deyə Mariya Zaxarova brifinqdə Fransa prezidentinin anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən vurğulayıb. “Makron demişdi ki, sən demə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyandan daha çox təzyiq göstərir və Qarabağ məsələsində aydın mövqeyə malik olan yeganə şəxsdir ki, demək olar, təkbaşına bu mövzunu dünya birliyinin gündəliyində saxlayır”, - M.Zaxarova qeyd edib.

Qeyd olunduğu kimi, Makron bəhs olunan görüşdə öz personasını önə çəkib. Ona qısa xatırlatma edək. Fransa təxminən üç onillik ərzində ATƏT-in Minsk qrupunda təmsil olunub - bu formatda aparılan danışıqlar sıfır nəticə verib. Postmüharibə dövründə Makron Brüssel formatında öz təşəbbüsü ilə bəzi görüşlərə qatılıb - hər dəfə də poseslərdə geriləmə müşafidə edilib. Makron bunları “nəticə” kimi qəbul edirsə, daha ona deyiləsi bir söz qalmır. “Sizə deyə bilərəm ki, bu cür bəyanatlardan sonra prezident Makronun təvazökarlığının yalnız kişiliyindən geridə qalması hissi yaranır. Biz, əlbəttə ki, onun Qarabağla bağlı məsələdə şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, belə məhsuldar işin praktiki nəticələri barədə danışmadı. Proses var, amma nəticə yoxdur. Və bəlkə də ona görə demədi ki, bu nəticələri heç kim heç vaxt görməyib. Bizdə artıq uzun müddətdir ki, Fransanın Qarabağla bağlı məsələyə müsbət töhfə verə biləcəyi barədə heç bir illüziya yoxdur”, - deyə Rusiya XİN-in təmsilçisi əlavə edib.

M.Zaxarovanın daha bir fikri diqqət çəkir. O bildirib ki,  bütün bu hərəkətlər, nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiya Federasiyasını nizamlanma prosesindən çıxarmaq və öz siyasi, bəzən isə sadəcə olaraq seçkiqabağı məqsədlərini reallaşdırmaq məqsədi daşıyır. Növbəti sitata diqqət yetirək: “Nəinki danışıqlar prosesinə müsbət təsir göstərmədilər, əksinə, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu tamamilə gözdən saldılar. Amma, bilirsiniz, özünüpiarı hələ heç kim ləğv etməyib, hər kəs bu mənada öz seçimini edir. Ola bilsin ki, bu, onların sahib olduğu yeganə şeydir”, - deyə Zaxarova əlavə edib.

“Arsax prezidenti” kimi vəzifə

tanımıram”

Ermənistan hakimiyyətinin, separatçıların və lobbi maraqları naminə onlara havadarlıq edənlərin yalan konveyerinin daha bir “icadı” “Arsax respublikası”, “Arsax prezidenti” kimi uydurmalardır. Beynəlxalq ictimaiyyət belə uydurmaları qəbul etmir. Ermənilər indiyədək heç kimi öz yalanlarına inandıra bilməyiblər. “Arsax” deyilən qurum dünyada tanınmır və onun tanınma perspektivi də yoxdur. Azərbaycan unitar dövlətdir. Separatçıların yuva saldıqları Xankəndi və digər ərazilər respublikamızın yurisdiksiyasına daxildir. Ölkəmiz həmin ərazilərdə yaşayan etnik erməni azlığının hüquqlarının qorunmasına Konstitusiya ilə təminatlar verir. Rusiya XİN-in nümayəndəsi də brifinqdə bu xüsusda erməniləri məyus edən fikirlər səsləndirib. Brifinqdə erməni jurnalist hiyləgərliyə əl ataraq Qarabağdakı separatçıların başında duran Araik Arutunyanı “Arsaxın prezidenti” kimi təqdim edərək, bir neçə gün əvvəl onun adından yayılmış “bəyanata” diqqət çəkmək istəyib. M.Zaxarova, necə deyərlər, təhrikçi jurnalistin ağızından vurub. O, “Mən bu bəyanatlarla tanış deyiləm. Sizin dediyiniz vəzifələrlə də tanış deyiləm. Ona görə də, bunları şərh etməyəcəm”, -  deyə bildirib. Bununla da M.Zaxarova silahlı erməni quldur dəstələrinin başçısı Araik Arutyunyanı və onun qondarma “prezident” vəzifəsini tanımadığını bəyan edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30