“Vaqner” silahsızlaşdırılır...
14.07.2023 [11:20]
Şahanə XANKİŞİYEVA
Rusiya qruplaşmanı nəzarətdə saxlamağın yollarını axtarır
Ukraynada müharibənin uzanması Kreml üçün yeni problemlərə yol açmaqdadır. Bu problemlərin ən mühümlərindən biri isə daxili müstəvidə müşahidə olunan fikir ayrılıqları, hətta üsyan cəhdləridir. Təsadüfi deyildi ki, Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşən muzdlu “Vaqner” hərbi qruplaşması ilə bağlı müəmmalar davam edir. Xatırladaq ki, bir müddət öncə ölkə rəhbərliyinə qarşı üsyan edərək dövlət çevrilişinə cəhd göstərən qruplaşma 25 minlik ordu ilə Moskvaya doğru yürüşlə yadda qalmışdı. Son anda “Vaqner”lə rəsmi Moskva arasında vasitəçilik edən Belarus lideri Aleksandr Lukaşenko vəziyyətin stabilləşməsinə kömək göstərdi. Qruplaşmanın rəhbəri Priqojin “rus qanını tökməmək üçün” geri çəkildiklərini açıqladı. Təhlükəsizliyin təmini ilə bağlı “Vaqner”çilər Belarus sərhədinə yerləşdirilsə də, bu, Polşanın narahatlığına səbəb oldu. Ancaq “Vaqner”dən narahat olan təkcə Polşa deyilmiş...
Baş verənlərin üstündən müəyyən müddət keçsə də, “Vaqner”lə bağlı “əməliyyatlar” səngimir. Belə ki, Rusiya dövləti “Vaqner”in bütün silah-sursatına əl qoyaraq, bütün hərbi texnikanı öz nəzarətinə götürüb. Bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə 2000-dən çox hərbi texnika, eləcə də atıcı silah və sursat nəzarətə götürülüb. Təhvil verilən texnikalar arasında T-90, T-80, T-72 tankları, həmçinin “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri, “Pantsir” zenit-raket və silah sistemləri, “2S1 Qvozdika”, “2S3 Akatsiya”, “2S5 Hiyatsint”, “2S4 Tülpan”, haubitsa və tank əleyhinə silahlar, minaatan sistemləri, çoxməqsədli zirehli daşıyıcılar, zirehli personal daşıyıcıları kimi yüzlərlə ağır texnika var.
Müdafiə Nazirliyindən verilən informasiyaya görə nəzarətə alınan hərbi texnikaların içində heç vaxt döyüş şəraitində istifadə olunmayana silah-sursatlar da yer alır. Hərbi idarədən texnika və silahların arxa cəbhələrə çatdırılacağını, orada onlara texniki qulluq göstəriləcəyi və cəbhəyə göndərilmək üçün hazırlıq işləri aparılacağı bildirilib.
Eyni zamanda, Yevgeni Priqojin və onun “Vaqner” qruplaşmasının bir qrup komandirinin Kremldə qəbul edilmələrinə baxmayaraq, muzdluların Rusiyada fəaliyyət imkanları məhdudlaşdırılır. Kreml Priqojinin maliyyəsini və şirkətlərini nəzarət altına alıb. Əslində, Kremlin “dərdi” yalnız Priqojin deyil - 25 minlik “Vaqner” muzdlularının yönləndirilməsi ən mühüm məqamlardandır. Prezident Putin isə muzdlulara 3 seçim “tanıyır”: onlar Müdafiə Nazirliyinin sıralarına qatıda bilərlər, evlərinə dönə bilərlər və nəhayət, Belarusa yerləşə bilərlər. Bir sıra siyasi mütəxəssislərin fikrincə, “Vaqner”in tam şəkildə Belarusa yerləşdirilməsi fikri Polşa üçün qəbuledilməzdir. Bunu hətta Rusiyanın müharibənin gələcəyinə hesablanan manevr sayanlar belə var.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Tural İsmayılov bildirib ki, “Vaqner” birləşməsini Rusiya özü üçün bir təhdid kimi dəyərləndirir: “Həmçinin “Vaqner”in Rusiya rəhbərliyi üçün gözlənilməz anda üsyana cəhd etməsi, Priqojinin artıq uzun müddətdir ki, Rusiyanın hərbi elitası haqqında və Ukraynadakı müharibənin uğursuzluğu barədə açıqlamaları Vladimir Putinin səbr kasasını doldurub. Amma Priqojin prezidentin yaxın ətrafından biri hesab olunub və bu baxımdan Rusiya siyasi-hərbi elitası Priqojini itirmək də istəmir. Çünki “Vaqner” çətin hesab edilən bir sıra “işlərin” öhdəsindən yaxşı gəlir - Afrika kimi bir sıra riskli coğrafiyalarda Rusiya “Vaqner”çilərin vasitəsilə əməliyyatlar həyata keçirirlər. Lakin son anda üsyana əl atılması münasibətlərdə ziddiyyət yaradıb”.
T.İsmayılov hesab edir ki, “Vaqner”çilərin silahlarının əlindən alınması artıq bu hərbi birləşmənin Rusiyada imkanlarının genişlənməsinin əleyhinə yönəlib. “Və Rusiyanın siyasi rəhbərliyi “Vaqner”in əvvəki dövrdə olduğu kimi yüksək səlahiyyət və imkanlara sahib olumasını istəmir. Dövlət rəhbərliyi bu prossesi ən sadə üsullarla əngəlləməyə çalışır. Təbii ki, deyilənlər mülahizələr olsa da, bunu rusiyanın yeni siyasi həmləsi kimi də dəyərləndirənlər tapılır”, - deyə T.İsmayılov əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

