“Böyük qayıdış”ın müjdəçisi...
19.07.2023 [11:04]
Ağalıya qayıdışın bir ili tamam olur
44 günlük Vətən müharibəsində əldə olunan qələbə böyük siyasi - hərbi əhəmiyyəti ilə yanaşı, mənəvi müstəvidə də əvəzolunmaz qürura çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlara məcburi köçkünlərin qayıdışına imkan yarandı. Vaxtilə məcburən öz yurd - yuvasını tərk etmiş vətəndaşlarımız öz evlərinə, öz doğma kəndlərinə qayıtdılar. Bu qürurverici anlar bizə bir daha qələbənin böyüklüyünü və əhəmiyyətini anlatmış oldu.
Ağır dağıntılar və mina təhlükəsi...
Müharibədən sonrakı ilk günlərdə ağır mənzərə ilə qarşı-qarşıya idik. 30 illik işğal dövründə torpaqlarımızda miqyasagəlməz dağıntılar törədilmiş, vəhşiliklər həyata keçirilmişdi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş dağıntıları, urbisiti, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd edirdilər. Lakin cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra baş tutdu. Bu, ölkəmizdə vətəndaş-dövlət vəhdətinin ən mühüm uğurlarından biri kimi çıxış etdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahı durur. Məcburi köçkünlərin tezliklə evlərinə qayıtmaq istəkləri bərpa-quruculuq işlərinin sürətlə aparılmasını şərtləndirən vacib amillərdən oldu.
4 mərhələdə 41 ailə...
İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, “Böyük qayıdış” proqramının uğurla reallaşdırılması birimənalı şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir. Artıq demək olar ki, işğaldan azad olunmuş bütün regionlarımızda böyük quruculuq-abadlıq işləri aparılır. Amma bu işdə ilk qaranquş, ilk abadlaşdırılan region Zəngilan rayonunun Ağalı kəndi oldu. 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulan “Ağıllı kənd” layihəsinin təməli qısa zamanda yeni sakinlərin Ağalıya qovuşmasına böyük təkan verdi. Sürətli və planlaşdırılmış şəkildə aparılan fəaliyyət nəticəsində 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 41 ailə köçürüldü. Bu, təxminən 200 nəfər demək idi.
Abad, yenidən qurulmuş Ağalı...
Ağalı kəndinin bərpası Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin növbəti təntənəsinə çevrildi. Qeyd edək ki, kəndin qısa müddətdə sakinlərin ixtiyarına verilməsinə baxmayaraq, bütün zəruri infrastrukturlar yüksək səviyyədə idi. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur. Kənddə enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur.
Eyni zamanda, Ağalıda Smart DOST, ASAN, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir. Xüsusilə vurğulanmalıdır ki, kəndin aqrar sektorunun inkişafına xüsusi önəm verilib. Ağalının kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.
Hədəf ilk beşillikdə 34 min 500 ailənin köçürülməsidir
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələri kimi yüksək inkişaf yolun qədəm qoyması üçün güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm bu ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 34 min 500 ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir.
Uğurlu dövlət siyasətinin təntənəsi...
Ölkəmizin ərazisinin 20%-də (Livan dövləti miqyasında ərazi) dağıdılmış şəhər, kənd və qəsəbələri bərpa etmək, yeni şəhər və kəndlər tikmək hətta böyük, iqtisadi cəhətdən güclü dövlətlər üçün də ciddi çağırış hesab olunur. ?mummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkldə davam etdirilən irnkişaf strategiyası Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan müstəqilliyini təmin edib. Bu isə özlüyündə işğaldan azad olunmuş ərazilərdə də bərpa və yenidənqurma işlərini yüksək səviyyədə və sürətlə aparmağa imkan verir. Azərbaycan dövləti kənardan heç bir yardım olmadan, öz gücünə işğaldan azad olunmuş əraziləri yenidən qurur, nəhəng infrastruktur layihələri reallaşdırır
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

