Kiyev ATACMS-la silahlandırılır...
19.07.2023 [11:41]
Müharibənin gedişatına necə təsir edəcək?
Y.SAHİB
Ağ Evdə Ukraynanın uzunməsafəli ATACMS taktiki ballistik raketləri ilə təchiz edilməsinə dair gizli müzakirələr aparılır. Bu barədə “New-York Times” nəşri adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb: “İki Amerika və bir Avropa rəsmisi Bayden Administrasiyası daxilində digər təhlükəsizlik təhdidləri üçün saxlanılmış, heç olmasa, bir neçə quru-quru tipli idarəolunan raketin (Ukraynaya-red.) göndərilməsi barədə sakit debat aparıldığını təsvir edir”.
Qeyd olunub ki, ABŞ rəsmiləri ATACMS arsenalının nisbətən kiçik olması, həmçinin Pentaqonun bu raketlərlə bağlı xüsusilə də Koreya yarımadasında olmaqla digər hərbi planlarının olması barəsində xəbərdarlıq ediblər.
Əsas xüsusiyyətləri
ATACMS raketlərinin özəllikləri və Rusiya-Ukrayna müharibəsinin gedişatına nə kimi təsirlərinin olacağı barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ATACMS yaxınmənzilli ballistik raket sinfinə aiddir və onların buraxılması M270 reaktiv yayılım atəşləri kompleksinə aid atıcı qurğudan mümkündür. Ekspert ATACMS-ların kifayət qədər bahalı raket olduğunu, hazırlanmasında ABŞ-ın minimum 7 böyük şirkətinin iştirak etdiyini qeyd edib: “Raketin 8 növü var ki, onlardan birinin istehsalı naməlum səbəblərdən dayandırılıb. 1990-cı illərdən bu günə qədər ATACMS-ın 7 modifikasiyası istehsal olunub və ABŞ-ın müttəfiqi olan müxtəlif ölkələrə də ixrac edilib.
Bu raketlərdən bir neçə döyüş əməliyyatlarında istifadə olunub. Əsasən 5 versiyası daha populyardır və daha çox satılıb. İlk dəfə 1991-ci ildə səhrada fırtına əməliyyatlarında istifadə olunub, həmin ildə İraq hədəflərinə qarşı ABŞ yayılım atəşi sistemləri 32 ədəd ATACMS raketlərinin baza versiyasını buraxıblar. İkinci dəfə yenə İraqda 2003-2011-ci illər ərzində ABŞ 450-dən çox raketi İraq hədəflərinə qarşı istifadə edib”.
Raketlərin Ukraynaya verilməsi məntiqlidir
Ə.Verdiyevin sözlərinə görə, nəzərə alsaq ki, Ukraynada M142 HIMARS və M270 MLRS sistemləri mövcuddur, ABŞ-ın ATACMS raketlərini Ukaynaya verməsi tamamilə məntiqlidir. Ukrayna tərəfi həmin atıcı qurğulardan kifayət qədər uğurla istifadə edir: “8 növdə olan ATACMS raketlərinin müxtəlif blok versiyalarının 4-ü sırf kaset tipli sursatlardır. Onlar istifadə olunsa da, görünür, ABŞ mövcud reallıqları nəzərə alaraq qadağan olunmuş silahları belə Ukraynaya verməkdən çəkinmir”.
Müqavimət potensialı artacaq
Ekspertin qənaətincə, ATACMS-ların Ukraynaya verilməsi təbii ki, onun Rusiya qarşısında müqavimət potensialını kifayət qədər artıracaq: “Ukrayna tərəfinin bu sursatlardan daha çox Rusiyanın hərbi hava bazalarına, enerji infrastrukturuna və komanda idarəetmə mərkəzlərinə qarşı istifadə edəcəyi də görünür.
Hər bir halda bu raketlərin Ukraynaya zəruri sayda verilməsi ABŞ arsenalının yenilənməsi ilə Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli və dəqiq atəş imkanlarını təmin edəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

