Ermənistanın KTMT macərası davam edir
08.08.2023 [11:40]
Monitorinq missiyası İrəvana gəlməyəcək
İrəvan Kremlin “səbrinin sərhədlərini” yoxlayır
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı “incikliyi” davam etməkdədir. Bu dəfə rəsmi İrəvan öz “mövqeyini ifadə etmək üçün” KTMT monitorinq missiyasının ölkəsinə gəlməsinə qarşı “embarqo” tətbiqinə əl atıb. Belə ki, Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, KTMT-nin monitorinq missiyasının Ermənistan və Azərbaycanın beynəlxalq sərhədində yerləşdirilməsi ilə bağlı Ermənistan tərəfinin mövqeyi təqdim olunub. O, vurğulayıb ki, hazırda bu məsələdə heç bir dəyişiklik yoxdur.
Xatırladaq ki, bu məsələ bir neçə gün öncə yenidən aktuallaşmışdı. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikail Aqasandyan RİA “Novosti”yə müsahibəsində KTMT-nin Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, təşkilat İrəvanın cavabını gözləyir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır. KTMT sözügedən məsələ ilə bağlı Ermənistandan müsbət reaksiya gözləyir”.
Nöbəti imtina baha başa gələ bilər
Ermənistanın KTMT “macərası” təzə sayıla bilməz və rəsmi İrəvana görə hazırki “imtinanın” arxasında mühüm “arqumentlər” dayanır. Belə ki, rəsmi İrəvan Rusiya ilə arasındakı siyasi gərginlikləri, anlaşmazlıqları məhz KTMT üzərindən yürütmək niyyətindədir. Hələ ötən ildən KTMT çərçivəsindəki “anlaşılmazlıqlarla” başlayan bu “davanın” kökündə isə təşkilatın rəsmi İrəvana “yardım etməməsi” məsələsi dayanır. Ötən ilin sentyabrında erməni təxribatlarının qarşısının Azərbaycan ordusu tərəfindən alınmasının ardından Ermənistan davamlı olaraq KTMT-dən əraziyə hərbi qüvvə, olmayan “sərhədi” qorumaq üçün kontingent göndərməyi, missiya yollamağı tələb edirdi. Amma bunların heç bir baş vermədi. KTMT-də təmsil olunan ölkələr regiona hər hansı bir hərbi müdaxilənin əleyhinə oldular. Ermənistan isə onların bu mövqeyini Azərbaycanla dostluqları ilə əlaqələndirdi. Beləliklə, Ermənistan KTMT-yə qarşı bütün mümkün addımları atır ki, qurumdan xaric edilməsi gündəmə gəlsin. Hətta bir neçə ay öncə Minskdə keçirilən KTMT Sammitinə müdafiə naziri səviyyəsində qatılmaması belə İrəvanın Rusiyaya qarşı demarşı kimi qiymətləndirilmişdi. Bundan başqa, bu ilin yanvar ayında Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən də imtina etmişdi. Yeri gəlmişkən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdakı yeni təlimlərinə xilasedicilər göndərməyəcəyi ilə bağlı da bəyanat yayıb. Ermənistan daxili işlər nazirliyinin bununla bağlı məlumatında bildirilib ki, nazirlik təlimlərdə iştirakdan imtinaya səbəb olaraq “xilasetmə xidmətinin iş yükünün ağır olduğu”nu göstərib. Belarusun fövqəladə hallar naziri Vadim Sinyavskinin sözlərinə görə, KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin “Skala-2023” təliminin əsas məqsədi nüvə obyektlərində qəzanın aradan qaldırılmasıdır. Bu kimi məsələlər isə qurumla, daha doğrusu Rusiya ilə Ermənistan arasında gizli çəkişmələrin hələ də davam etdiyini göstərir.
Ermənistan ətrafında “qoruyucu sədd” formalaşdırmaq üçün...
İndiki halda Ermənistan Rusiyaya “acıq vermək” üçün özünün “Qərb yolu” seçdiyini addımbaşı biruzə verir. Avropa İtt?faqının moqnitorinq missiyasının Ermənistana göndəriliməsi məsələsi, bunun qarşılığında isə KTMT missiyasına qırmızı işığın yandırılması buna misaldır. Təbii ki, rəsmi İrəvan Rusiyanın məsələdən qıcıqlandığını görür. Sadəcə olaraq, KTMT amilini əlində “silah” kimi işlədərək bəzi üstünlüklər qazanmaq istəyir.
Məsələn, Ermənistan bu yolla Rusiyadan daha çox “imtiyaz” qoparmağa çalışır. Belə ki, rəsmi İrəvan Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı prosesdə açıq şəkildə geridə olduğunu görür - beynəlxalq aləm Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İrəvan isə öz ətrafında “qoruyucu sədd” formalaşdırmaq üçün bu kimi şantajlardan istifadə edir.
Rusiya isə öz növbəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki rolu Qərbə vermək istəmir. Bu baxımdan, onlar Ermənistan üzərindəki nüfuzularını geri qaytarmağa çalışırlar. Rusiya anlayır ki, Azərbaycan qalib ölkədir və onun mövqeyi bəllidir. İndiki halda Moskvanın regiona nüfuz etməsinin yeganə yolu Ermənistandır. Bu baxımdan da, Rusiya KTMT-nin müşahidə missiyasının Ermənistana göndərilməsində israrlıdır.
Rusiyadan açıq hədə...
Ermənistan həm də bu yolla, yəni KTMT ilə bağlarını qoparmaq bahasına özünü Qərbə “sübut etməyə” çalışır. Rusiya ilə get-gedə uzaqlaşdığını nümayiş etdirmək istəyən Ermənistan bu kimi vasitələrdən maksimum istifadə etməyə çalışır. Bu yolla da Qərbin həm maddi dəstəyini, həm də hərbi dəstəyini qazanmağa çalışır. Bəlli olduğu kimi, Fransanın Ermənistana açıq hərbi yardım etməsinə mane olan tək faktor İrəvanın Moskva ilə müttəfiqliyidir. Ermənistan bu yolla Moskva “damğası”ndan xilas olaraq Qərbin patronajlığına geçməyi düşünür. Amma bu mümkün deyil. Çünki Rusiya açıq şəkildə Ermənistanın KTMT-ni tərk edə bilməyəcəyini bəyan edib. Hətta Krem bu ilin mayında KTMT müdafiə nazirlərinin toplantısında Şoyqunun “dilindən” Ermənistana və Qərbə xəbərdarlıq da etmişdi. Minskdə keçirilən iclasda Şoyqu Qərb blokunu regiondakı vəziyyətə müdaxilə etmək və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq cəhdlərində ittiham etmişdi: “Qərbin əsas məqsədi regionda uzunmüddətli təhlükəsizlik və əmin-amanlığı təmin etmək yox, Rusiyanı buradan sıxışdırıb çıxarmaqdır. Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və xüsusi xidmətlərin əməkdaşları daxil edilib. Düşünürəm ki, onların əslində nə, ilə məşğul olduqlarını izah etməyə ehtiyac yoxdur. Bununla əlaqədar olaraq regiona KTMT missiyasının göndərilməsi istiqamətində işin davam etdirilməsini zəruri hesab edirik”.
Beləliklə, Ermənisan artıq bu manipulyasiya vasitəsini də itirmək üzrədir. Təbii ki, Ermənistan indiki halda həm qərbin, həm də KTMT-nin yardımlarından yararlanmaq üçün əldən-ayaqdan gedir. Amma hər iki tərəf İrəvanın qarşısına seçim qoyur - ya, Qərbi seçib Moskvaya xəyanət etməli, ya da...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

